Səlahiyyətlər strategiyası
Səlahiyyətlər strategiyasının əsasında - etnik çoxluğun neqativ, mənfi təsirlərini və qiymətləndirməsini aradan qaldırmaq. B.Solomona görə etnik azlıqlar daha çox hakimiyyət mexanizmlərinin istifadəsinin mümkünsüzküyündən əziyyət çəkirlər, nəinki maddi çatışmazlığından. Səlahiyyət strategiyası yalnız bütün müştərilərə bərabər və effektiv xidməti yox, həm də özünəyardımı aktivləşdirir, müştərinin institutsional mənfi qiymətləndirilməsinin ləğvini nəzərdə tutur.
Müəllif hesab edir ki, insan inkişafının üç səviyyəsini yaşayır:
Ailə səviyyəsi-burada etibar və subyektin sosial səlahiyyətliliyi formalaşır;
Sosial institutlarla qarşılıqlı təsir əsasında sosial səlahiyyətlilik bacarıqlarının formalaşması səviyyəsi;
Vacib sosial rolların qəbul edilməsi və yerinə yetirilməsi səviyyəsi.
Beləliklə vəzifə strategiyasının əsas məqsədləri yaranır:
Müştərilərin real problemlərinin müəyyən olunması;
Öz problemlərini həllində istifadə etmək üçün sosial işçinin spesifik məlumatları müştəriyə çatdırması(burada sosial işçi və vətəndaş partnyor rolunu oynayır)
Müştərinin vəziyyətini dəyişdirmək üçün hakimiyyət strukturlarından istifadə.
Təcrübə modelləri yalnız hakimiyyət səviyyəsini yox, həm də ailə səviyyəsini əhatə edir. Ailə - müştərinin özünəyardım qabiliyyətinin gücləndirilməsində, ətrafın neqativ reaksiyaların və mənfi qiymətləndirmələrinin öhdəsindən gəlməkdə, problemlərin həllində sosial işçini effektiv dəstəkləmək işində güclü sosio-mədəni faktordur.
Bununla bağlı sosial işçinin roluna və kompetensiyasına bir sıra xüsusi tələblər meydana gəlir. Etnohəssas qruplarla qarşılıqlı təsir zamanı sosial işçi aşağdakı rollarda çıxış edir: konsultant, problemləri olan müştərilərə həll modellərini, onun sağlamlğının yaxşılaşdırılmasının üsullarını təqdim edir; məşqçi- müştərini məsələləri həll etmə qabiliyyətlərini öyrədən müəllim.
İrqçiliklə mübarizə aparan sosial işçilərinrollarının xüsusiyyətləri sosial işçidən spesifik bacarıqları zəruri edir:
İstənilən davranışın alternativ izahını verməyi bacarmaq, vacib olanları tapmaq, yanlış olanlardan imtina etmək
Müştəriyə uyğun olan alternativ proqramlar tapmaq bacarığı
Etnik stereotiplərə baxmayaraq müştəriyə empatiya, maraq, ürəkdən yardım etmə bacarığı
ətrafda olan insanların təhrif etməsinə baxmayaraq əsl hisslərinin interpretasiyası bacarığı
Dostları ilə paylaş: |