2.Etnik qruplarla sosial iş
Etno-həssas müştərilərlə sosial iş təcrübəsi sosial işçidə müəyyən biliklərin olmasını tələb edir. Bunlar müştərinin mədəniyyəti ilə, sosial dəyərlər və oriyentasiyalar ilə , davranış stereotpiləri ilə, müxtəlif referent qruplarda qarşılıqlı münasibətlərin xüsusiyyətləri ilə tanışlıq. Etnohəssas müştərilərlə qarşılıqlı münasibətlərdə sosial işçi aşağıdakı prinsiplərə riayət etməlidir:
Dəstəyi müştərinin sosio-mədəni özünəməxsusluğunun dərk olunması əsasında reallaşdırmaq.
Müştərilərə onlar haqqında qərəzli fikirlər olmadan yardım etmək.
Müştərilərlə birgə onların problemlərinin həllərini planlaşdırmaq və buna administrativ imkanlar addımlar şərait yaratmalıdır.
Sosial agentlikdə işləyən etnik azlıq nümayəndəsi olan əməkdaşlar kvalifikasiya əsasında işləməlidirlər, bərabərhüquqlu əsaslarda karyera üzrə yüksəlmə imkanı olmaldır.
Etnik azlıqlara xüsusi peşə üzrə təhsil alması üçün şərait yaradılmalıdır.
QƏRƏZ - obyektin adekvat qavranılmasına mane olan, onu təhrif edən ustanovkadır. İnformasiyanın qeyri-tənqidi qəbul edilməsinin nəticəsidir.
Bu prinsiplərin özünəməxsusluğu ondadır ki, anti-diskriminasiya təcrübəsi yalnızmüştəriləmünasibətlərin formalaşdırılmasına yox, həm də institutsional diskriminasiyanın qarşısını almağa yönəlib. Etnik homogen mühitdə sosial iş təcrübəsi «ikili yanaşma konsepsiyası» -na əsaslanır. Bu konsepsiyaya görə müştərilər iki sistemdə qarşılıqlı təsirdədirlər. Birinci-dominant sistem o hakimiyyət, gəlir mənbəyidir və nəzarət vasitəsidir; ikinci-ailə və icmada etnomədəni əhatə. Müştərilərlə işdə onların həyatına gımin ətrafın təsirini nəzərə almaq önəmlidir.
Xarici ədəbiyyatda sosial iş təcrübəsində Barbara Solomonun etnik qruplarla iş yanaşması səlahiyyətlərstrategiyası kimi təqdim olunub.
Dostları ilə paylaş: |