Mehmanxana sənayesi üçün françayzinq müqaviləsi mehman
xananın xarici görünüşü, vestibülün interyeri, nömrələrin sayı,
qonaqlara
təqdim olunan xidmətlər, onların keyfiyyəti və s. şərtləri
müəyyən edir.
Müqavilənin əsas elementlərindən biri razılaşdırılmış pul ödəmə
lərinin formalarıdır. Mərkəzi bronlaşdırma sistemindən istifadə edən
mehmanxana pul ödəməlidir. Bundan əlavə,
mehmanxana ona verilən
hüquq və imtiyazlara, göstərilən xidmətə görə birdəfəlik müəyyən
edilmiş məbləğ ödəməlidir.
Bir qayda olaraq bu ödəməyə layihə sənədlərinin paketi, mü
əssisəni idarə
etmək üçün tam təlimat toplusu, orta və yüksək rəhbər
heyətin ixtisasını artırmaq, müəssisənin açılışına qədər xidmət
heyətinin təlim və təhsili daxildir. Daxilolma haqqı françayzinq
müqaviləsi bağlanan gündən verilir və
ya iki bərabər hissəyə bölünür,
bunun 50 faizi təlimdən əvvəl, qalanı isə təlim müddətində ödənilir.
Françayzerə ilk ödənilən məbləğin haqqı onun nişanının
nüfuzundan asılıdır. Bəzən françayzdan reklam üçün ümumi gəlirin 1 -
5%-ni təşkil edən məbləğ alınır.
Françayzinq müqaviləsinə xitam vermək üçün potensial
səbəblər müxtəlif ola bilər:
1.
Françayzer tərəfindən təyin edilmiş standartlar səviyyəsini
françayz yerinə yetirməsə;
2.
Mehmanxananın xidmət mexanizmi, çeşidi,
keyfiyyəti,
restoran menyusu müəyyən edilmiş normalara uyğun
olmasa;
3.
Müqavilə üzrə pul ödəmələri olmasa.
Françayzinq sistemi hər iki tərəf üçün müsbət və mənfi
cəhətlərə malikdir.
Françayzinq müqaviləsinin françayz üçün müsbət cəhətləri:
1.
Fəaliyyətinin əvvəlində ona planlar paketi ilə yardım
göstərilir;
2. Ölkə və dünya üzrə reklamı təmin olunur;
3.
Mərkəzləşdirilmiş bron sisteminə qoşulur;
4.
Qonaqlara xidmət göstərmək məqsədilə alınan avadanlıq
güzəştlə verilir.
Françayzinq müqaviləsinin françayz üçün mənfi cəhətləri:
1. Françayzerə zəruri qəbul haqqı ödənişini vermək;
32
2.
Françayzerin tələb etdiyi zəruri standartlara əməl etmək;
3. Françayzerin yarıtmaz fəaliyyəti nəticəsində firmanın
nişan
imicinin nüfuzdan düşməsi.
Françayzinq müqaviləsinin françayzer üçün müsbət cəhətləri:
1.
Mehmanxana bazarında az investisiya qoymaqla biznesini
genişləndirir;
2. Françayzer ödəmələrdən əlavə gəlir qazanır.
Françayzer üçün mənfi cəhətlər:
1. Gəlir ancaq françayzinin ödəmələri ilə məhdudlaşır.
2. Françayzi müəyyən edilmiş keyfiyyət standartlarına əməl
etmədikdə françayzerin imici, nişanı nüfuzdan düşür.
Beynəlxalq françayzinq təşkilatının apardığı tədqiqatlar göstərir
ki, onun üzvlərinin ancaq 1 faizi iflasa uğrayır.
1960-cı ilə qədər «Hilton» və «Şeraton» şirkətləri françayzinq
müqavilə formasından imtina etmişdilər. Yalnız 1960-cı
ildən sonra bu
şirkətlərin strategiyasını françayzinq müqavilələri təşkil etməyə
başlayıb. Bu hələ də davam edir.
Yüklə
Dostları ilə paylaş: