1.4. Müasir dövr
XX əsrin 50-60-cı illərində yeni növ və markalı avtomobillər, təy
yarələr meydana çıxır. Avropada və dünyanın bir çox ölkəsində meh
manxana təsərrüfatı dirçəlir və yeni inkişaf mərhələsinə daxil olur.
Avtomobillə səyahət edənlər üçün motellər tikilir. İlk mo tellərdən
birini - 1952-ci ildə «Holidey innz»i Kemmon Uilson tikdirir. Aeroport
larda ailə istirahəti üçün otellər yaranır. Artıq mehmanxana təsərrüfatı
əyləncə və xidmət sənayesinə çevrilir (Otellər birləşir). Aviaşirkətlər
otellərin və mehmanxana şəbəkəsinin tikintisində iştirak edir. Bunlar
«Hilton», «interkontinental» və digərləri idi. Bu dövrdə dünyanın kurort
mərkəzlərində də yeni otellər inşa edilir.
ÜTT-nin məlumatına görə 70-80-ci illərdə dünya mehmanxana
larında 17 milyon mehmanxana yeri mövcud idi. «Marriott»,
«Ramada», «Şeraton», «Redisson» kimi mehmanxana şəbəkələri
inkişaf edirdi.
50-60-cı illərdə sabiq SSRİ ərazisində mehmanxanalar bərpa
edilir və yeniləri tikilirdi. Artıq 1960-cı ildə sabiq SSRİ ərazisinin 1364
şəhərində 1476 mehmanxana var idi. 60-70-ci illərdə 6 min yeni
mehmanxana,
o
cümlədən
Moskva
şəhərində
«Pekin»,
«Leninqradskaya», «Ukrayna», «Minsk», «Rossiya» və digərləri
istifadəyə verilir.
90-cı illərdə qeyri-adi mehmanxanalar tikilir, yeni konsepsiyalar
axtarılır. Mehmanxana tikintisi genişlənir və müasirləşir.
Həmin illərdə Rusiyada beynəlxalq səviyyəli mehmanxanalar
tikilir. Bunlar, əsasən, Moskva və Sankt-Peterburq şəhərlərində inşa
edilir. Bu mehmanxanaların bir çoxu xarici kapitalın iştirakı ilə tikilir.
XX əsrin 60-70-ci illərində Azərbaycanda, xüsusilə də Bakı şə
hərində «Azərbaycan» (sonradan adı dəyişdirilib «Naxçıvan», 1995-ci
ildən isə «Hyatt Regency» adlanır), «Cənub», «Bakı», «Turist»
(sonradan adı dəyişilərək «Qarabağ» olur), «Gənclik», «Azərbaycan»,
«Moskva» («inturist» Səhmdar Cəmiyyəti) və s. mehmanxanalar tikilir.
80-ci illərdə həmkarlar ittifaqının nəzdində olan «Abşeron» (948 yerlik)
mehmanxanası istifadəyə verilir. Bu illər turizmin inkişafı və Xəzər
dənizi sahilinin yeni Ümum ittifaq kurort zonasına çevrilməsini nəzərdə
tutan SSRİ Nazirlər Sovetinin 30 aprel 1983-cü il tarixli qərarına
16
əsasən Qusar, Xaçmaz, Lənkəran və digər rayonlarda yeni mehman
xanalar tikilir.
Bu tarixi qərarın müəllifi o vaxtlar SSRİ Nazirlər Soveti sədrinin
birinci müavini işləmiş Heydər Əliyev idi.
Respublikamız müstəqillik əldə etdikdən və 1994-cü ildə
Azərbaycan Respublikasının Prezidenti, ümummilli lider Heydər
Əliyevin səyləri nəticəsində bağlanmış «Əsrin müqaviləsbndən sonra
xarici qonaqların axını, səfirliklərin akkreditasiyası, konfrans, toplantı,
simpozium, sərgilərin keçirilməsi respublikada, xüsusən də Bakı
şəhərində yeni mehmanxanaların inşasına ehtiyac yaradır. Qısa
müddət ərzində «Naxçıvan» oteli yenidən bərpa edilir, «Hyatt
Regency» oteli kimi fəaliyyət göstərməyə başlayır. «İsr Plaza», «Grand
Europe Hotel», «Crescent Beach» və digər mehmanxanalar tikilir. Bu
otellərdən bir neçəsi dünya mehmanxana şəbəkəsinə daxildir. Bu
illərdə Nazirlər Kabineti nəzdində olan «Respublika» mehmanxanası
(27 nömrə, keçmiş adı «Sovetski») təmirdən sonra istifadəyə
verilmişdir. Həmçinin Bakıda «Neapol», «City Mansion», «Caspian»,
«içəri şəhər», «Wellington», «Delfin», «İrşad», «Meridian» kimi yüksək
dərəcəli, komfort mehmanxanalar inşa edilərək istifadəyə verilmişdir.
Son illər ərzində Azərbaycanın müxtəlif güşələrində, xüsusilə də
kurort zonalarında turist kompleksləri tikilmişdir. Xaçmaz rayonunun
Nabran istirahət zonasında tikilmiş «Malibu», «Palma», «Palermo»,
«Lotos», «Atlant», Xızı rayonunda «Cənnət bağı», Qubada «Cənnət
bağı», Qusarda «Qarabulaq», «Suvar», Masallıda «Daşvənd» və
başqaları bunlara misal ola bilər.
Hazırda Azərbaycanın 49 şəhərində (Bakı şəhəri istisna
olmaqla) mehmanxana mövcuddur. Gəncə şəhərində «Gəncə»,
«Kəpəz», «Lüks» və başqa mehmanxanalar fəaliyyət göstərir.
«Turizm haqqında» 4 iyun 1999-cu il tarixli (01.08.1999-cu ildə
qüvvəyə minib) qanunun turizm fəaliyyətinin dövlət tənzimlənməsi
bölməsinin 3.1.-ci
bəndində turizm infrastrukturunun inkişafına
yönəlmiş
normativ
aktların
qəbulu
zərurəti
qeyd
edilmişdir.
Mehmanxanalar habelə turizm infrastrukturuna daxil olur, deməli, bu
sahədə normativ aktlar artıq işlənib hazırlanmışdır.
| A ze rb a yca n R e s p u b lik a s ı P re z id e n tin in
iş la r İd a rə si
PREZİDENT K İTA B X A N A S I
Yüklə
Dostları ilə paylaş: