mehmanxanadır .*
Son illərdə Bakıda yüksək səviyyəli, müxtəlif təyinatlı, təs nifatlı
gözəl mehmanxanalar tikilmişdir. Respublikada turizmin inkişafı ilə
əlaqədar olaraq yeni mehmanxana komplekslərinin inkişafı, köhnə
mehmanxanaların yenidən qurulması gözlənilir.
Şübhəsiz ki, gələcəkdə bu mehmanxanaları idarə edən baca
rıqlı, savadlı, yüksək səviyyəli milli kadrlar lazım olacaqdır. Respub
likanın ali təhsil ocaqlarında turizm və sosial-mədəni servis ixtisası
üzrə mütəxəssislər hazırlanır və ümid edirik ki, bunlar yaxın gələcəkdə
turizm və mehmanxana təsərrüfatı üzrə yüksək səviyyəli milli kadrları
olmaqla mehmanxanaların menecerləri və turizm firmalarının rəhbərləri
kimi fəaliyyət göstərəcəklər.
Müəlliflər kitabın hazırlanmasında göstərdiyi köməkliyə görə
Azərbaycan Respublikası Gənclər, idman və Turizm Nazirliyinin məsul
işçisi Elçin Qafarlıya, Hyatt Regency Baku və Hyatt Park Baku
otellərinin Baş Meneceri cənab A rif Həşmiyə, bu otellərin Satış və
Marketinq Şöbəsinin əməkdaşlarına və «İnturist» sisteminin restoran
xidmətində
uzun
müddət
işləmiş
Nadir
Nabatəliyevə
dərin
təşəkkürlərini bildirirlər.
' ÜTT-nin ümumdünya turist konfransı, Manila, 27 sentyabr-10 oktyabr 1980-ci il.
' Bir çox müəlliflər mehmanxana sözünü etimologiya sına görə latıncadan Hospitalis,
yani qonaqpərvər sözündən əmələ gəldiyini söyləyirlər.
Ən geniş yayılmış nöqteyi-nəzərə görə, ingilis sözü olan hospitality faonaqpər-
vərlik) qədim fransızca hospice (hospis) sözündən götürülüb, bu isə yolçuları qəbul
edən ev deməkdir. Burada yolçulara yaşamaq yeri və yemək verirdilər. Belə
müəssisələrdən ən məşhuru Burqundiyada (Fransa) «Hospice de Beanc» («Hospis
de Bon») idi. Bu müəssisə həm də «Hotel Dieu» («Otel Dyu») - «Allahın evi» adı ilə
məşhur idi və əsası 1443-cü ildə qoyulmuşdur.
Bizim dövrdə hospitality sözünü hospital anlayışı ilə əlaqələndirərək hərbi-tıbb
müəssisəsi kimi tanıyırlar.
7