Turizm iqtisadiyyatın əsas istiqamətidir. Heydər Əliyev MÜƏLLİFLƏRDƏN
Mehmanxana və restoran biznesi turizm sənayesinin aparıcı
amili və bazasıdır.
Mehmanxana biznesi turizm sənayenin digər sahələrindən fərqli
olaraq müxtəlif və geniş təşkilati strukturlara malikdir (Məsələn,
mehmanxanada yaşamaq, yemək, xidmətlərdən istifadə etmək,
əylənmək və s.).
Respublikamız turizm sahəsində çox böyük potensiala malikdir.
Turizmin inkişaf etdirilməsi ilə əlaqədar çox mühüm qərarlar veril
mişdir. Bu qərarları əsas tutaraq və respublikamızda turizmin inkişafı
amillərini qiymətləndirərək böyük işlər görülmüş və görülməkdədir.
Buna baxmayaraq, Azərbaycanda turizmin müasir durumu və inkişaf
səviyyəsi arzu edilən vəziyyətdə deyildir. Bunun bir çox səbəbləri
vardır. Onlardan biri yerləşmə vasitələrində müasir vəziyyət və
xidmətin səviyyəsidir.
Hal-hazırda
iri
şəhərlərlə
müqayisədə
Bakı
şəhərində
mehmanxana bazasının məhdudluğu (nömrə fondunun az olması),
xüsusən iki və üç ulduzlu (Əlavə 1) mehmanxanaların, demək olar ki,
yoxluğu («Abşeron» mehmanxanası istisna olmaqla), regionlardakı
mehmanxanalann texniki səviyyəsi, acınacaqlı vəziyyəti, köhnəliyi,
xidmətlərin məhdudluğu və aşağı səviyyəsi, enerjinin mütəmadi verilmə
məsi, texniki təchizatı və s. turizmin inkişafına mane olur.
Turistlərin Azərbaycana gəlişini
fəallaşdırmaq məqsədilə
dünyanın müasir mehmanxana təsərrüfatı bazarını öyrənmək və
qabaqcıl mehmanxanaların iş təcrübəsini nümunə kimi qəbul etmək
vacibdir. «Ümumdünya Turizm Təşkilatının (ÜTT) məlumatlarında qeyd
6
edilmişdir ki, dünyada 15-17 iş yerindən biri turizm sahəsinə və
mehmanxana təsərrüfatına aiddir».*
Respublika Nazirlər Kabinetinin 16 iyul 2004-cü il tarixli qərarı ilə
təsdiq olunmuş «Turist ekskursiya xidmətlərinin sertifikatlaşdırılması»
qəbul olunmuşdur. Bu hüquqi normativ sənədlərdə, mehmanxana
təsnifatının aparılması qaydalannın tətbiq edilməsi təqdirə layiqdir.
Öz evindən kənarda olan insanlara kompleks xidmətlər göstərən,
xüsusən yaşamaq və yeməklə təmin edən müəssisə