Dərs vəsaiti «Mehmanxana təsərrüfatı»


İngilissayağı səhər yeməyi


səhifə48/98
tarix19.11.2023
ölçüsü
#133252
növüDərs
1   ...   44   45   46   47   48   49   50   51   ...   98
Mehmanxana teserrufati

İngilissayağı səhər yeməyi - qonaq üçün nömrəyə gətirilən 
çay və ya qəhvədən başlayır. Bu səhər yeməyinə qənd, yağ, bulka 
məmulatı, cem, bal, mürəbbə daxildir. Bu, kiçik səhər yeməyi adlanır 
(Short breakfast). Bu səhər yeməyinə vetçina (donuz əti) ilə 
hazırlanmış qayğanaq, balıq, südlə hazırlanan yulaf (ofsyanka), sıyıq 
(kaşa) da əlavə oluna bilər. Bufet servisi və fa ofisiant xidmət edir.
Amerikansayağı səhər yeməyi vaxtı buzla adi içməli su, 
meyvə şirələri, tər meyvələr və ya meyvələrdən hazırlanmış kompot, 
bir az ət, piroq, düyü və ya qarğıdalı sıyığı (kaşa) verilir.
Şampan şərabı ilə səhər yeməyi adətən səhər saat 10.00-dan 
13.00-dək verilir. Qəhvə, çay, şampan və digər şərab təklif olunur. 
Bura bir az soyuq qəlyanaltı və isti yemək, sup, salat və şirin piroq 
əlavə olunur. Bu növ səhər yeməyi rəsmi səbəb olanda verilir.
Gec verilən səhər yeməyi - saat 10.00-dan 14.00-dək təqdim 
olunur. Bura səhər və nahar yeməyinin elementləri daxildir: isti və 
soyuq içkilər, bulka, cem, yağ, kolbasa, sup, isti ət yeməyi, desert. 
Bufet servis xidməti göstərir. Bu növ səhər yeməklərindən əlavə 
müxtəlif ölkələrin qonaqlarına digər səhər yeməkləri də təklif olunur 
(cədvəl 8).
116
Cədvəl 8
M üxtəlif ölkələrin səhər yeməklərinin növləri
M illi səhər yem əkləri
Səhər yem əyinin tərkibi (menyu)
Avstriya 1
Bulka, qaymaq və ya südlə qəhvə
Avstriya II
Soyuq qəlyanaltılar (kolbasa, bişmiş ət), isti 
yeməklar, mineral su
Hollandiya
Qəhvə, süd, çay, holland pendiri, yulaf sıyığı, 
ətdən hazırlanmış assorti, siyənək balığı, 
blinçik
İspaniya, Portuqaliya (erkən 
səhər yeməyi)
Qəhvə, bulka, isti şokolad peçenye ilə, 
marmelad
Gec verilmiş səhər yeməyi 
(10.00-11.00)
Tərəvəz məhsulları, balıq və yumurtadan 
hazırlanmış yeməklər
İtaliya
Tər meyvələr, südlə tünd qəhvə, bal, yağ
Almaniya I (06.00)
Qəhvə süd və ya qaymaqla, bulka, marmelad 
və ya cemlə, buterbrod yağ və pendirlə
Almaniya II (10.00-11.00)
Soyuq və isti qəlyanaltılar, I və II yeməklər, 
desert
Polşa I
Çay, südlü qəhvə, bulka, marmelad və ya 
mürəbbə
Polşa II
Soyuq və isti yeməklər, desert, qəhvə, çay 
südlə
Skandinaviya
Balıq və ət xörəkləri
Finlandiya
Südlə isti içkilər
Fransa I
Südlə tünd qəhvə, müxtəlif növ pendirlər, bulka
Fransa II
Soyuq qəlyanaltılar, isti tərəvəz qəlyanaltıları, 
qarnirlə balıq və isti yeməklər
İsveçrə I
İsveçrə II
Südlə qəhvə, bulka
Səhər, nahar və şam yeməklərinin təşkilində müxtəlif xidmət 
metodlarından istifadə olunur:
- «A lya kart»
- «A Part»
- «Tabldot»
- İsveç masası
- Bufet xidməti
117


«A lya kart» (A la carte) xidmətində, qonaqlar kart-menyudan 
yemək-içməyi sifariş edirlər. Sifariş mətbəxə dərhal çatdırılır və süfrə 
düzümü hazırlanır. Bu xidmət üsulunda qonaq ofisiantla məsləhətləşib 
yeyib-içmək seçə bilər. Ofisiant, öz növbəsində suqqesstiv (suqqe- 
stiya-inandırmaq, təsir etmək) üsuldan istifadə edərək restoranın 
gəlirini artıra bilər. Məsələn, ofisiant hansı içkinin hansı yeməklə uyğun 
olduğunu məsləhət görür və təklif edir. «A lya kart» metodu çətin və 
çox zəhmət tələb etsə də, hazırda restoran xidmətində geniş yayılıb.
«A part» (a part) - əvvəlcədən sifariş olunur və müəyyən vaxt 
ərzində qonağa xidmət göstərilir, istirahət evlərində və kurort- 
mehmanxanalarda bu xidmət metodu geniş yayılıb.

Yüklə

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin