Dərs vəsaiti «Mehmanxana təsərrüfatı»


səhifə50/98
tarix19.11.2023
ölçüsü
#133252
növüDərs
1   ...   46   47   48   49   50   51   52   53   ...   98
Mehmanxana teserrufati

marketinqdir.
«Marketinq» sözü ingilis dilindən götürülüb. Onun kökü «mar­
ket» sözüdür, tərcümədə «bazar» deməkdir və bu sözdən əmələ gələn 
marketing
hərfi mənada «bazarda iş görmək» mənasını daşıyır.
Maksimal qazanc əldə etmək məqsədilə istehlak tələbatını aş­
kar edib və tədqiq edilməsi əsasında hər bir istehlakçının fərdi 
tələbatlarının təmin olunmasına yönəlmiş ticarət-istehsalat sisteminə 
marketinq
deyilir. Bu tərifdə əsas tezisləri ayırmaq məqsədəuyqun 
olardı. Əvvəla ticarət-istehsalat fəaliyyəti marketinqi kommersiya fə­
aliyyətindən fərqləndirir.
Kommersiya fəaliyyətinin bütün üsulları və stimulları artıq isteh­
sal olunmuş malların və xidmətlərin bazarda satılmasına yönəlirsə, 
marketinqin məqsədi istehlak tələbatına müvafiq olaraq malların və 
xidmətlərin istehsalı və satışının (realizə edilməsi) qarşılıqlı əlaqəsi olan 
prosesdir. Digər tərəfdən, marketinqin məqsədi fərdi istehlakçılar 
səviyyəsində tələbatın aşkar edilməsi və onun daim artması 
istiqamətində formalaşdırılmasıdır. Nəhayət, marketinqin son məqsədi 
maksimal qazanc əldə etməkdir - bu da onu son dərəcə iqtisadi 
kateqoriyaya çevirir.
Marketinq
nədir?
1. 
Məqsədi: satışın stimullaşdırılması ilə maksimum qazanc əldə 
etmək;
2. istehsal-satış fəaliyyətinin ümumi layihəsinin planlaşdırıl­
ması və həyata keçirilməsi.
FƏSİL 11
122
3. Bazarın tədqiq edilməsi:

Alıcılar nə istəyirlər (tələbat);

Onların tələbatları nə cür ödənilir (təklif və qiymətlər).
4. Qarşılıqlı mübadilə məqsədi ilə, fərdi və ya kollektiv tələbləri 
ödəyən malların və xidmətlərin bazara çıxarılması və onların 
satılması.
5. Reklam.
6. Məhsulun yeni növlərinin yaradılması.
7. 
Bazarın alıcılıq şəraitində, alıcı öz tələblərini satıcıya bu­
yurursa, marketinq istifadə oluna bilər.
8. 
Marketinq üçün azad bazar şəraiti tələb olunur və 
istehsalçı ilə istehlakçı arasında münasibətlərdə sərbəstlik 
hökm sürür.
9. 
Marketinq üçün əmtəə istehsalçıları arasında azad rəqa­
bət şəraiti, sahibkarlıq təşəbbüsü tələb olunur.
10. Bazar mallar və xidmətlərlə kifayət qədər bol olduğu 
halda marketinq faydalı hesab olunur.
Qeyd etmək lazımdır ki, marketinqin geniş və müvəffə­
qiyyətlə tədbiq edilməsi yalnız müvafiq hüquqi təminat şəraitində 
mümkündür, yəni aşağıdakı prinsiplərin həyata keçirilməsi üçün 
əlverişli hüquqi mühitin təmin olunmasına dair qanunların və 
qanunverici aktların vəhdəti olduqda:
• 
malların, 
ixtisasın, 
istehsalatın şəraitinin, 
sahibkarlığın 
formasının azad seçilməsi;
• 
istehsalat vasitələrinə və əməyin nəticəsinə xüsusi mülkiyyət 
hüquqları;
• 
müqavilələrin və tərəfdaşlıq öhdəliklərinin şərtlərinə riayət 
olunması;
• 
malların və xidmətlərin satılması prosesində istehlakçının 
üstünlüyü («müştəri hər zaman haqlıdır» prinsipi).

Yüklə

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin