1. Məcburi və zahirən qəbul olunmuş, xoşagəlməz asılılıq
hissi ilə müşayiət olunan, yuxarıdan təzyiq kimi başa
düşülən tabeçilik;
2. Müstəqil qərar qəbul etmək iqtidarına malik olmayan
passiv tabeçilik;
3.
Rəhbəri və tabeçilikdə olanları təmin edən, başa düşülən,
dərk olunan, daxilən əsaslandırılan tabeçilik.
Təşkilati-inzibati
üsullardan
istifadə
etməklə
idarəetmə
sisteminin inkişafına və idarəetmə obyektinə məqsədyönlü, əlverişli
təsir göstərmək olar. Lakin birbaşa təsir son nəticədə passiv tabeçiliyə
və hətta gizli itaətsizliyə gətirib çıxara bilər. Ən səmərəli dolayı təsir
üsuludur.
Bu zaman tabeçilikdə olanların qarşısına vəzifə qoyulur və
həvəsləndirmə şəraiti yaratmaqla həyata keçirilir.
Təşkilati-inzibati üsul qanunvericilik (normativ aktlar) aktları
sistemi və güclü menecerin səlahiyyətinə söykənir və menecmentin
digər üsulları kimi oxşar vəzifələri yerinə yetirir, lakin bunu təşkilati və
sərəncamlar vasitəsilə idarəetmə sisteminə təsir göstərməklə həyata
keçirir.
Yüklə
Dostları ilə paylaş: