Dərs vəsaiti «Mehmanxana təsərrüfatı»


Orta əsrlər dövrü. Bu dövr V-XV əsrləri əhatə edir


səhifə7/98
tarix19.11.2023
ölçüsü
#133252
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   98
Mehmanxana teserrufati

1.2. Orta əsrlər dövrü. Bu dövr V-XV əsrləri əhatə edir
Orta əsrlərdə dini ənənələr mehmanxana müəssisələrinin 
inkişafına böyük təsir göstərmişdir. Bu dövrdə müqəddəs ziyarət 
yerlərinə gedənlərin sayı xeyli artmışdı. Kilsə rəhbərliyi monastrlara 
tapşırmışdı ki, ziyarətə gedənlərə qonaqpərvərlik göstərərək onları 
yatmaq və yeməklə təmin etsinlər. Bu dövrdə yeni, oxşar 
mehmanxana müəssisələri yaranırdı. Kilsəyə himayə göstərən Frank 
kralı Karl (742-814) ziyarətə gələnlər üçün xüsusi istirahət evləri 
tikdirmişdir.
10
Zəvvarlar üçün monastrlar, xüsusi istirahət evləri və burada 
göstərilən xidmətlər pulsuz idi. Bu isə o dövrdə özəl yerləşdirmə mü əs- 
sisələrinin yaranmasını ləngidir və inkişafına mane olurdu.
İngiltərədə yalnız islahatlar zamanı taverna və dayanacaqlar 
orta əsrlərin sonunda yaranır və inkişaf edir. Burada nümunəvi yol 
mehmanxanaları olan «inn»lər* inşa edilir. Bu tikilinin birinci mərtəbəsi 
taverna, tövlə, xidməti və təsərrüfat yerləri, yuxarı mərtəbəsi isə yataq 
otağı və daxili həyətə çıxışı olan eyvandan ibarət idi.
Həmin dövrdə İngiltərədə sevimli nəqliyyat növü poçt karetası 
idi. Məsələn, Londondan Bat şəhərinə 3 günlük məsafə var idi. Yol 
boyu kareta bir neçə dəfə dayanacaqlarda və tavernalarda dayanırdı. 
Sonradan bu dayanacaqların adı poçt stansiyaları adlandırıldı. Hazırda 
isə Londondan Bat şəhərinə avtomobillə 2 saata getmək olur.
1282-ci ildə İtaliyanın Florensiya şəhərinin mehmanxanalarının 
sahibləri öz bizneslərinə kömək məqsədilə gildiya larini (ittifaqlarını) 
təsis edirlər. Bu mehmanxanalar Florensiya şəhərinə məxsus idi və üç 
illiyə icarəyə verilirdi.
Orta əsrlərdə insanlar daha çox səyahət etməyə başlayır və bu 
səbəbdən də taverna və dayanacaq yerlərinin sayı artırdı. Bu daya- 
nacaqların müsafirləri bir böyük otaqda gecələyirdilər. Hər bir müsafir 
özü ilə gətirdiyi yeməyi yeyir və ya taverna sahibindən ərzaq alırdı. Bu 
yerlərdə xidmətin keyfiyyəti artdıqca səyyahların sayı da artırdı. Varlı və 
imkanlı səyyahlar komfort (rahat) şəraitdə istirahət, müxtəlif çeşidli, 
keyfiyyətli xidmətlərdən istifadə etmək istəyirdilər.
XI-XIII əsrlərdə 
müasir mehmanxanaların prototipi olan 
dayanacaq həyətləri (yerləri) Rusiyada da var idi. Bu cür yerlər o 
zaman «yama» adlanırdı və bir-birindən at keçidi (70-100 km) 
məsafədə yerləşirdi. XV əsrdə dayanacaq həyətləri (yerləri) poçt 
stansiyaları nəzdində yaradılmış və Yamskoy Prikaz tabeliyində 
olmuşdur. Yamskoy Prikaz Rusiyada mərkəzi dövlət idarəsi idi ki, poçt 
daşımaları və yamşiklər* xidmətinə nəzarət edirdi.
XV əsrdə Rusiyada böyük şəhərlərdə qonaq həyətləri (qosti niy 
dvor) 
tikilməsi 
müşahidə 
olunur. 
Bu 
qonaq 
həyətlərinin
' İnn - Dayanacaq yeri.
' Yamşiklər - Rusiyada XIX əsrin sonunadək fəaliyyət göstərən dövlət daşıma 
(arabaçılar, faytonçular) mükəlləfiyyətini yerinə yetirən kəndlilər idi.
11


dayanacaqlardan fərqi ondan ibarət idi ki, burada yalnız gecələmək 
(yaşamaq) deyil, kommersiya fəaliyyəti də aparırdılar. Qonaq 
həyətlərində mebelli otaqlar, ticarət sıraları, köşklər, anbarlar var idi. 
Qonaq həyətləri, bir qayda olaraq, yüksək divarlarla əhatə olunardı və 
həyətə giriş-çıxış böyük darvazalardan idi. Bu həyətlərdə xarici 
qonaqlar milli mənsubiyyətinə görə yerləşdirilirdi. Məsələn, Moskvada 
«ingilis», «yunan», Nijni Novqorodda «alman», «holland» qonaq 
həyətləri, bu günədək qalmış «Kaluqa qonaq həyəti» misal ola bilər.
Azərbaycanda orta əsrlərə aid karvansaralar Giləzi, Saray 
kəndləri, Bayıl, Səngəçal və başqa yerlərdə tapılmışdır.
Tarixçilər karvansaraların ən çoxunun Bakı qalasında mövcud 
olduğunu bildirir. Buradakı karvansaraların sayı 8 olmuşdur. Bu 
karvansaralar yanbayan yerləşir və yalnız dar dalanlarla ayrılırlar. 
Bunlara misal, o zaman Hindistandan gələn müsafirlərin karvansarası 
olan «Multani» və onun yanında yerləşən «Buxara», həmçinin Qasım 
bəy karvansarası və başqaları idi. «Multani», «Buxara» və Qasım bəy 
karvansaraları hal-hazırda müasir, ekzotik, milli restoranlar kimi 
fəaliyyət göstərir.
Bakı liman şəhəri kimi artıq orta əsrlərdə Şərq ölkələrinin 
ticarətində böyük rol oynayırdı. Bundan başqa, Xəzər dənizi və məşhur 
ipək yolu boyunca yerləşən Bərdə, Şamaxı, Dərbənd və digər şəhərlər 
də ticarət əlaqələrində böyük rol oynayırdı.

Yüklə

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin