Dərs vəsaiti «Mehmanxana təsərrüfatı»


  Yeni dövr. XVI-XX əsrin əvvəllərini əhatə edən yeni


səhifə8/98
tarix19.11.2023
ölçüsü
#133252
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   98
Mehmanxana teserrufati

1.3. 
Yeni dövr. XVI-XX əsrin əvvəllərini əhatə edən yeni 
dövrdə dünyanın b ir sıra qabaqcıl dövlətlərində dəbdəbəli 
m ehmanxanalar tikilir.
Avropanın ilk mehmanxanalarından olan «IV Henrix oteli» 
Fransanın Nant şəhərində 1788-ci ildə tikilmişdir. 60 yerlik olan bu 
mehmanxana həm də Avropanın ən yaxşı mehmanxanalarından 
sayılırdı. XVIII-XIX əsrlərdə Avropa dövlətləri arasında iqtisadi-siyasi 
əlaqələrin genişlənməsi ilə əlaqədar mehmanxana təsərrüfatının 
inkişafında irəliləyiş nəzərə çarpırdı.
1898-ci ildə 
Londonda əsası Sezar Rits tərəfindən qoyulan 
«Savay» oteli açılır.
Həmin dövrlərdə mehmanxana müəssisələrinin inkişafında 
xüsusi yer ABŞ-a məxsus idi. Mütəxəssislərin fikrincə, ABŞ-da
12
tavernalar və dayanacaqların əsasını Avropadan köçənlər qoymuşdu. 
İlk tavernalardan biri 1634-cü ildə Bostonda, 1642-ci ildə isə Nyu- 
Yorkda (o vaxtlar Nyu-Amsterdam) hollandlar tərəfindən açılmışdır. 
ABŞ-da ilk mehmanxana 1794-cü ildə, 70 nömrəli «Siti-Otel» Nyu- 
Yorkda Brodveydə açılmışdır.
1829-cu ildə ilk birinci dərəcəli 170 nömrəli otel «Tremont» 
Bostonda açılmışdır. 
Bu mehmanxanada ilk dəfə müştərilərin 
qeydiyyatı aparılır və dəhliz növbətçilərindən istifadə olunurdu; sabun 
pulsuz verilirdi və qapılar kilidli-açarlı idi. Mehmanxananın açılışı ABŞ- 
da otelçiliyin inkişafına təkan verdi. Elektrik işığı və lifti olan ilk 
«Everett» oteli 1859-cu ildə Nyu-Yorkda açılmışdır. XIX əsrin sonunda 
ABŞ-da iki növ otel mövcud idi. Birinci növ otellər memarlıq üslubuna 
görə gözəl və zəngin idi. Geniş vestibülləri, ziyafət zalları, liftləri, 
sanitar qovşaqları, elektrik işığı və bir sıra komfort şəraiti var idi. İkinci 
növ otellərdə qiymətlər nisbətən ucuz, binaları köhnə, göstərilən 
xidmətlər məhdud və aşağı səviyyədə idi.
Həmin illərdə ABŞ-da bir çox mehmanxanalar tikilir. O cüm­
lədən, Çikaqoda «Polimer Houz», Yeni Orleanda «Çarl və Luis» 
otelləri, Sent-Luisdə «Planter otel», həmçinin Florens şəhərində 
(Kanzas ştatı) Fred Harvey özünün ilk mehmanxanasını açır. 1880- 
1890-cı illərdə Harvey ABŞ-da yeni mehmanxanalar tikdirir ki, bunlar 
«Harvey evi» adlanırdı. Burada yüksək səviyyəli xidmət və yeddi cür 
yemək verilirdi. Harveyin xidmət göstərən personalı peşəkar və 
səriştəli idi.
XX əsrin əvvəllərində ABŞ-da mehmanxanaların inşasında yeni 
konsepsiyalar yaranır. Bu konsepsiyaya görə, müştərilərə maksimum 
komfort təqdim olunur. Konsepsiyanın əsasını 1908-ci ildə açılan 
«Buffalo Statler» oteli qoyur (Buffalo şəhəri).
XX əsrin 20-ci illərində Amerikada nəhəng mehmanxana 
tikintisinə başlanır. Dünyada ən iri «Konrad Hilton» oteli inşa olunur. 
Artıq XX əsrin 30-cu illərində «Hilton» və «Enderson» («Şeraton» oteli) 
adları məşhur idi.
1906-cı ildə mehmanxana sahibkarlarının beynəlxalq ittifaqı 
yaranır. Bu ittifaq dünyanın müxtəlif ölkələrindən 1700 mehmanxana 
sahibkarını birləşdirirdi.
XX əsrin 30-cu illərində ABŞ-da mehmanxana inşası «böyük 
depressiya» ilə əlaqədar dayandırılır.
13


İkinci Dünya müharibəsi zamanı ABŞ-a xeyli işgüzar adamlar, 
alimlər, qaçqınlar gəlir və bununla əlaqədar mehmanxanala • fondu tam 
istifadə olunurdu.
Yeni dövrdə Rusiyada da mehmanxana təsərrüfatı inkişaf 
edirdi. 1818-ci ildə artıq Moskva şəhərində 7 mehmanxana fəaliyyət 
göstərirdi. Tacir N.İ.Korzinkin 1878-ci ildə restoranı, gözəl bağı olan 
beşmərtəbəli «Böyük Moskva» mehmanxanasını inşa etdirir. 1897- 
1907-ci illərdə Moskvada inşa edilmiş «Metropol», «Lüks», «Qrand 
otel», «Avropa» və digər mehmanxanalar məşhur idi. Bu otelləri 
Peterburq Səhmdar Cəmiyyəti tikmişdi. Artıq 1910-cu ildə Rusiyada 
dayanacaqlardan və tavernalardan başqa özəl 4685 mehmanxana 
mövcud idi.
XX əsrin əvvəllərində Krım və Qafqazda kurort yerləri yaranır. 
Artıq 1913-cü ildə Rusiyada 3 min yeri olan 60 sanatoriya fəaliyyət 
göstərirdi. Soçi şəhərində «Qafqaz Rivyerası» adlı 310 nömrəsi olan 4 
mehmanxana inşa olunmuşdu. Bu kompleksə 600 yerli konsert zalı, 
tennis kortu, çimərlik, avtomobil dayanacağı, müalicə korpusu və s. 
daxil idi.
1917-1922-ci illərdə mehmanxanalar milliləşdirilir və yerli 
sovetlərin sərəncamına verilərək kommunal mehman xanalara çevrilir.
1935-ci ildə Moskvada «Moskva» mehmanxanası tikilir (Hazırda 
bu mehmanxana tamam sökülüb).
XX əsrin 40-cı illərində sabiq SSRİ-nin 669 şəhərində mehman­
xana tikilir.
1941-1945-ci illərdə müharibə nəticəsində digər sahələrdə 
olduğu kimi mehmanxana təsərrüfatına böyük zərər dəyir.
Azərbaycanda karvansaralar yeni dövrdə - XVI-XIX əsrlərdə də 
fəaliyyətini davam etdirmişdir. Karvansaralar Gəncə, Naxçıvan, 
Arpaçay, Cəbrayıl rayonunda, Abşeron yarımadasında və Bakı 
qalasında, Şəkidə qalmışdır.
Neft sənayesinin inkişafı ilə əlaqədar olaraq Bakının mərkəzi 
genişlənir, abadlaşırdı. Dəbdəbəli saraylar, səhmdar cəmiyyətlərinin, 
xarici bankların binaları tikilir. Xaricilər və varlı adamlar üçün XX əsrin 
əvvəllərində «Yeni Avropa» oteli tikilir (Sonralar onun adı bir neçə dəfə 
dəyişərək «Bakı», «Göygöl» adlanır və hazırda bu binada «LUKoyl» 
şirkətinin Bakı filialı yerləşir). Bu bina Bakının H.Z.Tağıyev küçəsində 
yerləşir. Qeyd etmək lazımdır ki, bu küçədə Azərbaycan Tarixi Müzeyi
14
də yerləşir (H.Z.Tağıyevin evi olub). «Yeni Avropa» mehmanxanasın­
da, Avropadakı otellər kimi, o dövr üçün yenilik olan dəhliz növ bətçiləri, 
qeydiyyat xidməti, kilidli-açarlı qapılardan istifadə olunurdu. Bir neçə 
ildən sonra 
öz gözəlliyi və yaraşığı ilə seçilən «Metropol» oteli 
(hazırda Nizami adına Ədəbiyyat Muzeyi) inşa edilir. Bakıda bir çox 
mehmanxana və karvansaralar Bakı milyonçusu Hacı Hacıağanın idi. 
Məhz Tiflis şəhərində keçirilən hərracda (auksionda) o, «Metropol» 
mehmanxanasını alır. Həmin ildə Bakıda ikimərtəbəli «Qrand Otel» 
mehmanxanası da inşa edilir.
Bu mehmanxanalar haqqında 1905-ci ildə çap olunmuş 

Yüklə

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin