Dərs vəsaiti «Mehmanxana təsərrüfatı»


FƏSİL 1 MEHMANXANA MÜƏSSİSƏLƏRİNİN YARANMASININ


səhifə6/98
tarix19.11.2023
ölçüsü
#133252
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   98
Mehmanxana teserrufati

FƏSİL 1
MEHMANXANA MÜƏSSİSƏLƏRİNİN YARANMASININ 
QISA TARİXİ
Mehmanxana müəssisələrinin yaranma tarixi cəmiyyətin inkişaf 
tarixi ilə üst-üstə düşür. Tarixi inkişafın müxtəlif mərhələlərində (qədim 
dövr, orta əsrlər dövrü, yeni və müasir dövrlər) səyahətlərə və turizmə 
maraq artdıqca mehmanxana müəssisələri şəbəkəsinin genişlənmə 
prosesi də getmişdir.
1.1.Qədim dövr. Bu dövr b.e.ə. IV əsr - b.e. 476-cı illəri 
əhatə edir
Tarixçilərin bir çoxu ictimai inkişafın bu dövrünə müasir meh­
manxanaların və restoranların ilkin tipi olan mehmanxana müəs­
sisələrinin yaranmasını aid edirlər. Belə müəssisələr haqqında ilk 
yazılar qədim manuskriptlərdə* aşkar edilmişdir. Bunlardan biri 
Babilistan hökmdarı Hammurapinin Qanunlar külliyyatıdır (kodekslər). 
Bu külliyyat b.e.ə. 1700-cü ilə aid edilir. Bu mənbələrdə göstərilir ki, 
qonaq qəbul edən yerin sahibi gələn müsafirlər haqqında dövlət 
məmurlarına mütəmadi məlumat verməli idi. Şübhəli qonaqlar 
haqqında məlumat verməyən müəssisə sahibini isə ölüm hökmü göz­
ləyirdi. Belə mülahizə yürütmək olar ki, qonaq qəbul edən yerin sahibi 
olmaq təhlükəli peşə imiş. Buna baxmayaraq, ticarətin inkişafı ilə 
əlaqədar olaraq qonaq qəbul edən müəssisələrin sayı getdikcə artırdı. 
B.e.ə. Il-I minilliklərdə Assuriyada səyahətçilərin müvəqqəti qalmaq və 
istirahəti üçün ilk karvansaralar yaranırdı.
B.e.ə. I əsrdə Qədim Yunanıstanda üç tip mehmanxana 
müəssisəsi yaranmışdır:
1. Kataqogilər - gələn müsafirlər üçün xüsusi həyətlər;
2. Pandogenlər - gələn müsafirlər üçün dövlət həyətləri;
3. Səyahətçilərin yerləşməsi üçün tavernalar.
4. Yunanıstanda Olimpiya oyunlarında iştirak etmək istəyən 
idmançılar müxtəlif yerlərdən gəlirdilər. Onlar üçün hamam,
' Manuskript - (latınca manus-əl, skribo-yazıram deməkdir). Bu termin antik və orta 
əsrlər əlyazmalarına aiddir.
8
dini ayinləri icra etmək məqsədilə yerlər, yeməkxana, 
azarkeş və idmançıların qalması üçün yerlər tikilirdi.
Tavernalar əhalinin sosial və dini həyatının vacib ele­
mentlərindən hesab edilirdi. Səyyahların, tacirlərin yerləşdirilməsi üçün 
nəzərdə tutulmuş otaqların olmasına baxmayaraq, tavernalar, ilk 
növbədə, yemək xidmətləri göstərmək üçün nəzərdə tutulmuşdu. 
Ticarətin inkişafı ilə əlaqədar səyahətlərin uzunmüddətli olması yemək 
və yatmaq (gecələmək) xidmətinin təşkilini də zəruri edirdi. Məhz bu, 
yeni bir müəssisə növünün - müvəqqəti dayanacaq həyətlərinin 
(yerlərinin) yaranmasına səbəb oldu. Bu tip mehmanxana m üəs­
sisələrinin yaranması və yayılması Roma imperiyasında müşahidə olu­
nur. Qədim Romada bunlar əsas etibarı ilə yolların boyunca, şəhər və 
kəndlərdə, biri digərindən 25 mil (140,5 km) aralı olaraq yerləşirdi.
Məşhur səyyah Marko Polo qeyd edirdi ki, bu dayanacaqları 
(yerləri) səriştəli romalılar tikdiyi üçün şəraiti əlverişli idi v ə hətta krallar 
da bəzi hallarda belə yerlərdə gecələyirdilər. Bu dayanacaqlarda 
hökumət məmurlarının verdiyi xüsusi sənədi təqdim etməklə qalmaq 
olurdu. Roma imperatoru Oktavianın hakimiyyəti dövründə (b.e.ə. I 
əsrdə) «Müntəzəm poçt rabitəsi haqqında» qanunun qəbul edilməsi ilə 
əlaqədar dayanacaq yerlərinin tikintisi genişləndirilir.
Bəzi varlı torpaq sahibləri də öz sərhədləri hüdudlarında 
dayanacaqlar tikirdilər. Bu dayanacaqları ev təsərrüfatı ilə məşğul olan 
qullar idarə edirdilər.
Şəhərə yaxın tavernalar və dayanacaqlarda varlı, imkanlı Roma 
sakinləri qalırdı. Bu tip taverna və dayanacaqları azad romalılar, ya da 
keçmiş qladiatorlar idarə edirdi. B.e.ə. 40-cı ildə Romada taverna 
sahibi Sekviyu Lokatu tarixdə ilk dəfə qonaqları təcili yeməklə təmin 
etməyi tətbiq etmişdir. Bu fikir «işgüzar adamın lançı» adlanırdı. 
Limanda işləyən və hər saatı qiymətli olan işçilər evlərinə nahara g e t­
məklə xeyli vaxt sərf etdiyindən işləri ləng gedirdi. Bu tədbirin həyata 
keçməsi ilə onlar vaxt itirmədən, yerindəcə naharla təmin olunurdular.
Əlbəttə, Romadakı taverna sahibləri müasir «Hilton» və «Şera- 
ton»lar deyildi. Onların çoxunun adi vətəndaşlıq hüquqları, demək olar 
ki, yox idi. Bu taverna və dayanacaqlarda çalışan aşpazlar özlərini elita 
sayır, bir-birlərini titullarla təltif edirdilər, imperator Adrianın (b.e. 117- 
138-ci illəri) vaxtında romalı aşpazlar Palatin təpəsi adlanan yerdə 
özlərinin mətbəx (kulinariya) sənəti akademiyasını yaradırlar.
9


Roma imperiyasında səyyahların, qonaqların otaqla rda yerləşdi­
rilməsi onların ictimai mənşələri əsasında aparılırdı. Tacir və digər 
səyyahlar dövlət məmurları ilə bir yerdə qala bilməzdilər. Bu vəziyyət 
isə dayanacaqların keyfiyyət baxımından dəyişilməsinə səbəb olurdu. 
Zadəgan və dövlət məmurlarının qaldığı dayanacaqlar və tavernalar 
memarlıq sənətinin tam qaydaları ilə inşa edilir və bunlardakı 
qonaqlara geniş xidmət növləri təklif olunurdu. Aşağı təbəqədən 
olanların qalması üçün nəzərdə tutulmuş taverna və dayanacaqlar 
minimum şəraitlə təmin olunurdu.
Yaxın Şərqdə, Şərqi Asiyada, Cənubi Qafqazda ticarət əlaqələri 
genişləndikcə, 
mehmanxana 
müəssisələrinin 
yaran masına 
və 
inkişafına da təsir edirdi. Bu regionların ərazisindən ticarət yolları 
keçirdi ki, bu yollarla fasiləsiz olaraq karvanlar hərəkət edirdi. 
Karvanlarla hərəkət edənlər üçün yol boyu gecələmə və dincəlmə 
yerləri yaranırdı. Bu yerlər karvansaralar adlanırdı. Karvansaralar 
adətən həm insanların qalması, həm də dəvə və atların saxlanması 
üçün nəzərdə 
tutulmuş sahələrdən ibarət idi. Karvansaralar qala 
divarları ilə əhatə olunurdu ki, bu da onları quldur və qarət çilərdən, 
habelə təbii fəlakətlərdən və maneələrdən (tufan, yağış və s.) müdafiə 
edirdi.
Azərbaycanda ilk mehmanxana müəssisələrinin karvansara 
adlandırılması məlumdur. Azərbaycan ərazisində ən qədim karvansara 
Mərəzə kəndində tapılmışdır (IV əsr).
Roma imperiyası dağıldıqdan sonra (b.e. 476-cı ili) mehman­
xana müəssisələrinin inkişafında yeni mərhələ başlandı.

Yüklə

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin