Dərs vəsaiti Sumqayıt 2015 Azərbaycan Respublikasi Təhsil Nazirliyi Sumqayıt Dövlət Universiteti


Ümumdünya Gömrük Təşkilatının rolu



Yüklə 0,68 Mb.
səhifə47/85
tarix19.09.2023
ölçüsü0,68 Mb.
#129090
növüDərs
1   ...   43   44   45   46   47   48   49   50   ...   85
Şəfa Əliyev-Azərbaycanın xarici iqtisadi siyasəti-Dərs vəsaiti-2015-prof. Şəfa Əliyev

6.5. Ümumdünya Gömrük Təşkilatının rolu.


Ümumdünya Gömrük Təşkilatı (ÜGT) ingiliscə (World Customs Organization) - gömrük məsələləri üzrə hökümətlər arası beynəlxalq təşkilatdır və bu təşkilat 1950-ci il dekabrın 15-də Brüsseldə (Belçika) yaradılmışdır. ÜGT-in yaradılması - Gömrük əməkdaşlığı Şurasının yaradılması haqqında konvensiya, Gömrük rüsumlarının qiymətləri haqqında konvensiya və gömrük nomenklaturası haqqında konvensiyanın razılaşdırılması ilə müşayiət olunmuşdur. Həmin konvensiyalar müvafiq olaraq, 1952-ci il 4 noyabr, 1953-cü il 28 iyul və 1959-cu il 11 sentyabr tarixlərindən güvvəyə minmişlər.
Hazırda ÜGT-ı özündə 170-dən çox ölkəni birləşdirir. Bu təşkilat BMT-in strukturları, İnterpolla və sair beynəlxalq təşkilatlarla narkotiklərin qanunsuz hərəkəti və antiterror əməliyyatları üzrə sıx əməkdaşlıq edir.
ÜGT-ın Şurası 2005-ci ilin iyununda dünya ticarəti üzrə təhlükəsizlik standartları qəbul etmişdir. Bunun məqsədi gömrük proseslərınin sadələşdirilməsi, beynəlxalq ticarət kanallarının terror təşkilatlarından və cinayətkar beynəlxalq qruplardan (sindikatlardan) qorunması, ticarət və gömrük mexanizmlərinin şəffaflaşdırılması olmuşdur. Bu məqsədlə avtomat gömrük prosedurlarına keçilməsi, avtomatlaşdırılmış məlumat bazalarının əvvəlcədən mübadiləsinin təşkili, nəqliyyat vasitələri və konteynerlər üzərində nəzarətin həyata keçirilməsi üçün yeni texnologiyalardan istifadə olunması, bizneslə partnyorluq və işgüzar əlaqələrin genişləndirilməsi nəzərdə tutulmuşdur.
ÜGT-nın bir sıra beynəlxalq işlək mexanizmləri və rıçaqları diqqəti cəlb edir:
Malların kodlaşdırılması və yazılışı sistemi üzrə Beynəlxalq Konvensiya - 1983-cü ildə qəbul edilib və 1988-ci ildə güvvəyə minib. Bu sistemə 5 minə yaxın mal qrupu daxil edilmişdir. Bu sistemə əsasən gömrük tarifləri siyasəti və beynəlxalq gömrük statistikası funksiyası həyata keçirilir.
Gömrük prosedurlarının sadələşdirilməsi və razılaşdırılması haqqında Beynəlxalq konvensiya - 1974-cü ildə qəbul edilib, 1999-cu ildə yenidən baxılıb və yalnız 2006-cı ildən qüvvəyə minib. Bu konvensiyanın əsas məqsədi gömrük nəzarətinin şəffaflaşdırılması, gömrük bəyannamələri üzrə sənədləşmələrin sadələşdirilməsi, informasiya texnologiyalarından maksimum istifadə edilməsi, sərhəd xidməti əməkdaşları ilə mühüm əhəmiyyətli birgə tədbirlərin keçirilməsi mexanizminin təşkili və sairlərdən ibarət olmuşdur.
Müvəqqəti gətirilmə haqqında Konvensiya və ATA karneti haqqında konvensiya (Stambul konvensiyası) - bu sənədlər malların müvəqqəti gətirilməsi proseslərini nizamlayır. Bu rejimdə mallar sərbəst olaraq sərhəddən keçirilir və vergi, gömrük rüsumlarından azad edilir və mal bir sənədlə - ATA karneti ilə müşayiət olunur
Peşəkar etika barəsində Aruş Deklarasiyası - 1993-cü ildə qəbul edilib, 2003-cü ildə yenidən baxılıb. Bu sənəd məcburi xarakter daşımaqla gömrük sahəsində peşəkar etikanın və korrupsiya ilə mübarizənin əsas prinsiplərini özündə əks etdirir.
Qlobal ticarətə köməyin göstərilməsi və təhlükəsizliyin təmin edilməsi üzrə baza standartları sistemi (SAFE) - 2003-cü ildə qəbul edilib. Bu hüquqi sənəd olsa da, məcburi xarakter daşımır. Sənədin əsas məqsədi beynəlxalq ticarət prosedurlarının sadələşdirilməsi, təhlükəsizlik üzrə standartların müəyyənləşdirilməsi, nəqliyyat vasitələrinin bütün növlərinin qarşılıqlı idarəetməsinin təşkili, gömrük orqanları arasında beynəlxalq əməkdaşlığın güclənməsi və sairlərdən ibarətdir.



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin