Dərs vəsaiti Sumqayıt 2015 Azərbaycan Respublikasi Təhsil Nazirliyi Sumqayıt Dövlət Universiteti


«Daxili» və «xarici» iqtisadiyyat və «xarici ticarət» dövriyyəsi anlayışları



Yüklə 0,68 Mb.
səhifə50/85
tarix19.09.2023
ölçüsü0,68 Mb.
#129090
növüDərs
1   ...   46   47   48   49   50   51   52   53   ...   85
Şəfa Əliyev-Azərbaycanın xarici iqtisadi siyasəti-Dərs vəsaiti-2015-prof. Şəfa Əliyev

7.1. «Daxili» və «xarici» iqtisadiyyat və «xarici ticarət» dövriyyəsi anlayışları

Hər bir ölkənin iqtisadi sisteminin əsasında «daxili» və «xarici» iqtisadi sahələri durur. «Xarici iqtisadiyyat» sistemi isə kompleks halda «xarici ticarət» dövriyyəsi anlayışını formalaşdırır.


«Daxili» iqtisadiyyat - ölkənin iqtisadi sisteminin müxtəlif sektorlarını və sahələrini özündə birləşdirir və əsas etibarı ilə ölkənin zəruri istehlak və sanaye malları ilə tələbatını, onun ərzaq təhlükəsisziyini və digər zəruri ehtiyyatlarının ödənilməsini təmin edir. Burada ölkə iqtisadiyyatının dinamik və davamlı inkişafı üçün həmin ölkənin maraqlarına cavab verən, əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılmasına, yoxsulluğun, işsizliyin azaldılmasına, sahibkarlığın, kiçik və orta biznesin inkişafına bütövlükdə ölkə iqtisadiyyatının rəqabət qabiliyyətinin artmasına şərait yaradan «Daxili» iqtisadi siyasəti formalaşdırılır. İnkişaf etmiş ölkələrinin əksəriyyətinin təcrübəsi göstərir ki, bu ölkələrdə ilk növbədə onların milli maraqlarına cavab verən «Daxili» iqtisadi siyasəti müəyyənləşdirilmiş, təkmilləşdirilmiş və ölkənin prioritet strateji istiqamətlindən birinə çevrilmişdir. Məhz «Daxili» iqtisadiyyatın dinamik və davamlı inkişafı, kapitalın effektivli formada yerləşdirilməsi, istehsalın və yeni texnologiyaların daimi olaraq müasirləşdirilməsi, yüksək səmərəliliyi ilə seçilən iqtisadiyyat sahələrinin yaradılması, elm və texnikanın kompleks inkişafının və bütövlükdə «Ölkədaxili» iqtisadiyyatın effektivliyinin təmin edilməsi hər bir ölkənin dünya təsərrüfat sisteminə uğurlu inteqrasiyasına əsaslı zəmin yaradır və bu ölkənin dayanıqlı «Daxili» iqtisadiyyat siyasəti effektiv olaraq, yüksək potensiala malik «xarici» iqdisadiyyatın yaradılmasına (inkişafına) rəvac verir.
«Xarici» iqdisadiyyat dedikdə bir ölkənin digər ölkələrlə apardığı iqtisadi əməkdaşlıq nəticəsində formalaşan və ölkə hüdudlarından kənarı əhatə edən iqdisadi fəaliyyət, bununla bağlı investisiyalar, kapital yatırımları, istehsal sahələrinin, birgə müəssisələrin yaradılması, müştərək layihələrin reallaşdırılması və sair fəaliyyətlər nəzərdə tutulur. «Xarici» iqdisadiyyatın əsas göstəricisi kimi, ölkədən kənarda yatırılan kapitalın həcmi, onun rentabelliyi, rəqabətqabiliyyətliliyi, əldə edilən mənfəətin həcmi, gəlir kimi ölkəyə qaytarılan valyuta vəsitləri və eyni zamanda bu kimi fəaliyyətlərdən əldə edilən ölkələrarası iqtisadi-siyasi dividentlər, ölkənin regionda, dünya ölkələri arasında imicinin artması, nüfüzünün yüksəlməsi və dünya ölkələrinin onunla hesablaşması amilləri və sairlər hesab edilə bilər.
«Xarici-ticarət dövriyyəsi» - anlayışı hər bir müstəqil dövlətin mühüm makroiqtisadi göstəricilərindən biri hesab edilir. Birincisi, bu göstəricinin yüksək olması, həmin ölkənin dünya təsərrüfat sisteminə, dünya bazarlarına, regional proseslərə və digər qarşılıqlı iqtisadi əməkdaşlıq məkanlarına nə dərəcədə effektivli inteqrasiya etməsinin mühüm əlamətidir. İkincisi, ölkənin imicinin artması, iqtisadi qüdrətinin güclənməsi, zəruri istehlak tələbatının ödənilməsi, rəqabətqabiliyyətli ixrac məhsullarının istehsalının təşkili, ölkənin valyuta ehtiyatlarının artırılması zərurəti və digər mühüm amillər xarici ticarət dövriyyəsinin daimi təkmilləşdirilməsini, çeşidinin artırılmasını və onun bütün sahələrinin diversifikasiya edilməsini tələb edir. Üçüncü, qloballaşma və iqtisadi transformasiyalar şəraitində effektivli xarici ticarət dövriyyəsini formalaşdırmaqda çətinlik çəkən dövlətlərin uğurlu iqtisadi inkişaf mərhələsinə yüksələ biləcəyi ehtimalı azdır və qapalı rejimli iqtisadi sitemin tarixi uğurlarının davamlı olacağını sübut edə biləcək tutarlı nümunələr yoxdur.
Bu baxımdan, bu proseslərin effektivli təşkili, onların prioritet istiqamətlərini müəyyənləşdirilməsi və kəsərli iqtisadi vasitələrinin işlənib hazırlanması icra mexanizminin təkmilləşdirilməsi, ölkələrarası maraqlar qorunmaqla ən səmərəli iqtisadi-ticarət əməkdaşlığının, xarici iqtisadi ələqələrin yaradılmasında iqtisadi diplomatiyanın qlobal rəqabət mühiti genişləndikcə və dünya iqtisadiyyatının innovasiya iqtisadiyyatına keçidi sürətləndikcə rolu və dünya iqtisadi sistemində əhəmiyyəti artmaqdadır.



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin