Dərs vəsaiti Sumqayıt 2015 Azərbaycan Respublikasi Təhsil Nazirliyi Sumqayıt Dövlət Universiteti


Xarici ticarət-iqtisadi əlaqələrin milli iqtisadiyyatların inkişafında rolu



Yüklə 0,68 Mb.
səhifə51/85
tarix19.09.2023
ölçüsü0,68 Mb.
#129090
növüDərs
1   ...   47   48   49   50   51   52   53   54   ...   85
Şəfa Əliyev-Azərbaycanın xarici iqtisadi siyasəti-Dərs vəsaiti-2015-prof. Şəfa Əliyev

7.2. Xarici ticarət-iqtisadi əlaqələrin milli iqtisadiyyatların inkişafında rolu.

Milli iqtisadiyyatın inkişafında, onun dünya iqtisadi proseslərində layiqli yer tutmasında əsas iqtisadi vasitələrdən biri də - xarici ticarət-iqtisadi əlaqələri və xarici-ticarət siyasətidir. Dünya təcrübəsində bu sahədə əsasən 2 mühüm istiqamət diqqəti cəlb edir.:


 İxrac təyinatlı, dünya iqtisadiyyatına sıx inteqrasiya edən açıq iqtisadiyyat;
 Həddindən çox gömrük baryerləri ilə əhatə edilən və idxaləvəzedici istehsal sahələrinə üstünlük verən qapalı (bağlı) iqtisadiyyat.
Qeyd etmək lazımdır ki, dünya iqtisadi proseslərinin sürətləndiyi və qloballaşma elementlərinin artığı bir şəraitdə, hətta iri ərazisi, təbii ehtiyatları, çoxlu əhalisi və digər dominant üstünlükləri olan ölkələr belə, dünya ölkələri ilə xarici-iqtisadi və xarici-ticarət əlaqələrini genişləndirmədən güclü inkişafa nail olmaq iqtidarında deyildir. Digər tərəfdən bağlı iqtisadi inkişaf prosesləri ölkənin dünya təsərrüfat sisteminə qovuşmasını ləngitməklə yanaşı, bu tip ölkələrin milli iqtisadi sektorlarının rəqabət qabiliyyətini azaldır, bu sahələrdə elm və texnikanın inkişafını gecikdirir və s. Eyni zamanda, bu tip iqtisadiyyata malik ölkələrdə sosial-iqtisadi problemlərin həlli gecikdirilir, əhalinin yaşayış səviyyəsi zəif yüksəlir, xidmət sektorları inkişafdan geri qalır, istehlak bazarının səviyyəsi artmır və s. Bağlı iqtisadiyyat monopolizmə yol açmaqla, bir çox effektivsiz istehsal sahələrinin yaradılmasına rəvac verir, bazar iqtisadiyyatı prinsiplərinin inkişafına imkan vermir, sahibkarlığın stimullaşdırılması arxa plana keçir və s.
Açıq tipli iqtisadiyyatın əsas üsiünlükləri bunlardır:
 Milli iqtisadiyyatın sürətli inkişaf prosesləri gedir;
 Milli iqtisadi sektorların beynəlmilləşməsi və dünya iqtisadi proseslərinə qovuşması sürətlənir;
 Rəqabət nəticəsində milli istehsal və milli kompaniyaların inkişafı, rəqabət qabiliyyəti artır, güclənir;
 İstehlak bazarında fəallıq yüksəlir, alıcıların tələbləri yüksək səviyyədə ödənilir, yaşayış səviyyəsi artır;
 İstehlak bazarında mal və xidmətlərin çeşidi artır, qiymətlər aşağı düşür;
 Beynəlxalq kooperasiya və ixtisaslaşma nəticəsində qeyri-səmərəsiz istehsal və fəaliyyət sahələri sıradan çıxır;
 Təbii ehtiyyatlardan daha səmərəli və effektivli istifadə üçün münbit şərait yaranır;
 Ölkənin milli maraqlarını qorumaq, iqtisadi təhlükəsizliyini təmin etmək üçün imkanlar artır və s.

Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin