Dərs vəsaiti Sumqayıt 2015 Azərbaycan Respublikasi Təhsil Nazirliyi Sumqayıt Dövlət Universiteti


ƏLAVƏLƏR. Əlavə 1. «Azərbaycanın xarici iqtisadi siyasəti» fənnindən proqram



Yüklə 0,68 Mb.
səhifə75/85
tarix19.09.2023
ölçüsü0,68 Mb.
#129090
növüDərs
1   ...   71   72   73   74   75   76   77   78   ...   85
Şəfa Əliyev-Azərbaycanın xarici iqtisadi siyasəti-Dərs vəsaiti-2015-prof. Şəfa Əliyev

ƏLAVƏLƏR.


Əlavə 1. «Azərbaycanın xarici iqtisadi siyasəti» fənnindən proqram


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ

Magistr hazırlığı üçün


«AZƏRBAYCANIN XARİCİ İQTİSADİ SİYASƏTİ» fənnindən
PROQRAM
İxtisas: İİM 010001 - «Beynəlxalq iqtisadi münasibətlər»
İIM 050401 -“Dünya iqtisadiyyatı”


Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elmi-Metodiki
Şuranın «İqtisadiyyat» bölməsinin
11”11.2011-ci il tarixli iclasının qərarı ilə təsdiq edilmiş (protokol № 3) və 19.03 2011-ci il 475 saylı əmrinə əsasən qrif verilmişdir.

Sumqayıt - 2011


Proqram Sumqayıt Dövlət Universitetinin “Beynəlxalq iqtisadi münasibətlər və marketinq” hazırda “Dünya iqtisadiyyatı” kafedrası tərəfindın hazırlanmışdır.



Tərtib edən:

i.e.n., dos. Ş.T.Əliyev

Elmi redaktor:

i.e.n., dos. L.F.Mahmudova

Rəyçilər:

ADİU-nun «Beynəlxalq iqtisadi münasibətlər» fakultəsinin dekan müavini, i.e.n., dos. M.İ.Bərxudarov SDU-nun «İqtisadi nəzəriyyə» kafedrasının dosenti, i.e.n., L.İ.Abdullayev

İZAHAT VƏRƏQƏSİ

Azərbaycan müstəqillik əldə etdikdən sonra özünün milli xarici iqtisadi siyasətinin formalaşdırmalı idi. Bu məqsədlə ölkədə aparılan iqtisadi islahatların beynəlxalq konteksdə və dünya təsərrüfat sisteminin inkişafı prizmasından nizamlanması və bu halda ölkənin milli maraqları nəzərə alınmalı idi. Bu baxımdan Azərbaycanın xarici iqtisadi siyasətinin əsasında ilk növbədə ölkənin təbii ehtiyatlarından və milli sərvətlərindən səmərəli istifadə edilməsi durur. Bundan əlavə, ölkəmizin dünya təsərrüfat sisteminə inteqrasiyasının sürətlənməsi, xarici iqtisadi ələqələrin genişləndirilməsi, strateji xarici-iqtisadi əməkdaşlıq prioritetlərinin müəyyənləşdirilməsi və xarici iqtisadi siyasət sahəsində milli konsepsiyasının işlənib hazırlanması, həyata keçirilməsi, bu sahədə mühüm vəzifələrdən hesab edilir.


Azərbaycanın xarici iqtisadi siyasət modelinə, onun əsas prinsipləri və məqsədlərinə ölkəmizin iqtisadi potensialı, regional iqtisadi siyasəti, xarici ticarət siyasətinin spesifik prinsipləri, maliyyə, pul, kredit siyasəti, kapital və xarici investisiya siyasəti, Beynəlxalq iqtisadi maliyyə qurumları ilə əməkdaşlıq strategiyası, ölkəmizin xarici iqtisadi təhlükəsizlik məsələləri və digər mühüm prioritet vəzifələrlə bağlı mühüm müddəalar daxildir.
Bu fənnin öyrənilməsində əsas məqsəd xarici iqtisadi siyasət sahəsində qarşıda duran mürəkkəb vəzifələrin yerinə yetirilməsində zəruri olan kadrların bilik və peşəkarlıq səviyyəsinin artırılmasıdır. Tədris yükü 16 saat mühazirə və 16 saat məşğələ olmaqla, cəmi 32 saat təşkil edir.

Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin