Əlavə 2. «Xarici iqtisadi siyasəti» fənnindən proqram
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Bakalavr hazırlığı üçün
«XARİCİ İQTİSADİ SİYASƏT» fənnindən
PROQRAM
İxtisas: İİM 010001 - «Beynəlxalq iqtisadi münasibətlər»
İİM 050401 - “Dünya iqtisadiyyatı”
(kredit sistemi ilə təhsilin tədris planına uyğun )
Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elmi-Metodiki
Şuranın «İqtisadiyyat» bölməsinin
“11”11.2010-cu il tarixli iclasının qərarı ilə təsdiq edilmiş (protokol № 3) və 19.03 2011-ci il. 475 saylı əmrinə əsasən qrif verilmişdir.
Sumqayıt - 2011
Proqram Sumqayıt Dövlət Universitetinin “Beynəlxalq iqtisadi münasibətlər və marketinq” hazırda “Dünya iqtisadiyyatı” kafedrası tərəfindın hazırlanmışdır.
Tərtib edən:
|
i.e.n., dosent Ş.T.Əliyev
|
Elmi redaktor:
|
i.e.n., dos. M.İ.Bərxudarov
|
Rəyçilər:
|
Azərbaycan Dövlət İqtisad Universitetinin «Beynəlxalq iqtisadi münasibətlər» kafedrasının dosenti, i.e.n., Rəhimli F.Ə. Sumqayıt Dövlət Universietinin «İqtisadi nəzəriyyə» kafedrasının müdiri, i.e.n., dos. Mahmudova L.F.
|
1. İZAHAT VƏRƏQƏSİ
Dünya təsərrüfat sistemi sürətlə qloballaşdıqca iqtisadi transformasiyaların artması bir sıra dəyişiklərə səbəb olur və bu münasibətlərin təkmilləşdirilməsini şərtləndirir.
Dünya ölkələrinin sürətli və davamlı iqtisadi inkişafında təkmilləşdirilmiş xarici iqtisadi siyasətin əhəmiyyəti xüsusi ilə seçilir. Belə ki, hər bir milli iqtisadiyyatın inkişaf aspektlərini, təbii ehtiyatlardan və bu ölkənin dominant üstünlüklərindən səmərəli istifadə edilməsinə, ölkənin sosial-iqtisadi problemlərinin həllini sürətlənməsinə, dünya bazarında rəqabət qabiliyyətinin təmin edilməsinə, insestisiyaların gətirilməsinin sürətləndirilməsinə, regional və Beynəlxalq kontekstdə fəal iştirakına imkan verən xarici iqtisadi siyasətin formalaşdırılması və həyata keçirilməsi üçün peşəkar kadrlara ehtiyac vardır. Bu səviyyədə kadrların hazırlanması üçün yüksək səviyyədə tədris prosesinin təşkil edilməsi mühüm vəzifələrdən biri kimi diqqəti cəlb edir.
Xarici iqtisadi siyasət kursunun tədrisi prosesində bu fənnin nəzəri-konseptual əsasları, mahiyyəti, prinsipial istiqamətləri, xarici iqtisadi siaysətin tənzimləmə mexanizmləri, hüquqi-normativ bazası, xarici investisiya siyasəti, Beynəlxalq əmək bölgüsü prinsiplərin mahiyyəti, regional və Beynəlxalq inteqrasiya siaysəti və Azərbaycanını xarici iqtisadi siyasətinin prioritet istiqamətlərinin öyrənilməsi nəzərdə tutulmuşdur.
Dostları ilə paylaş: |