Bərabərləşdirici rüsumlar - ölkəyə daxil olan mallara tətbiq edilir və bunun mahiyyəti milli istehsalçıların qiymətləri ilə idxal edilən malların qiymətlərinin eyniləşdirilməsidir.
Kompensasiya rüsumları - hər hansı bir malın idxalı və ixracı məqsədilə dövlət tərəfindən ayrılan subsidiyalar olduqda, tətbiq olunur.
Antidempinq rüsumları - ölkəyə digər ölkələrdən ucuz qiymətə gətirilən (dempinq) mallar üçün müəyyənləşdirilir.
Qeyd etmək lazımdır ki, beynəlxalq iqtisadi əlaqələr və xarici ticarət fəaliyyəti üzrə əməliyyatlar beynəlxalq sazişlər və Gömrük kodeksləri ilə tənzimlənir. Hazırda dünyada ən çox yayılmış tənzimləmə mexanizmi «İnkoterms-2000» vasitəsilə aparılır.
«İnkoterms-2000» -gömrük tariflərinə üzrə malların kodlaşdırılması və spesifik sistemləşdirilməsidir.
Beynəlxalq iqtisadi münasibətlər üzrə əməliyyatlarda milli tariflərlə yanaşı beynəlxalq statuslu Gömrük ittifaqları fəaliyyət göstərirlər və bu tip rejimlər hesabına idxal-ixrac əməliyyatları zamanı üçüncü ölkələrə ticarət-iqtisadi əməliyyatların maneəsiz təşkili təmin olunur. Bu tip gömrük ittifaqlarından uğurlu nümunə kimi Avropa İttifaqınıngömrük rejimini, gömrük kodeksini göstərmək olar.
6.4. Azərbaycan Respublikasının Gömrük Məcəlləsi.
Azərbaycan Respublikasının Gömrük Məcəlləsi - bu mühüm sənəd 1997-ci il 10 iyulunda qəbul olunub və buruda gömrük işinin, xarici-iqtisadi fəaliyyətin başlıca funksiyaları üzrə siyasət və prioritet rejimlər öz əksini tapıb. Xarici iqtisadi əlaqələrin və Beynəlxalq iqtisadi münasibətlərin tənzimlənməsində Azərbaycan Prezidentinin bir sıra fərmanları mühüm əhəmiyyət daşıyır:
«Azərbaycan Respublikasında xarici iqtisadi fəaliyyətin dövlət tərəfindən tənzimlənməsini təkmilləşdirmək tədbirləri haqqında» (15.06.1992).
«Azərbaycan Respublikasında xarici ticarətin səmərəliliyinin artırılması tədbirləri haqqında» (10.01.1994)
«Azərbaycan Respublikasında xarici ticarətin sərbəstləşdirilməsi haqqında» (05.04.1994)
«Azərbaycan Respublikasında xarici ticarətin tənzimlənməsi haqqında» (06.08.1996)
«Azərbaycan Respublikasında xarici ticarətin daha da liberallaşdırılması haqqında» (08.06.1997)
Azərbaycanda xarici-iqtisadi və beynəlxalq iqtisadi əlaqələrin tənzimlənməsi və dövlət siyasətinin formalaşması ilə Azərbaycan Respublikasının prezident Administrasiyası, Milli Məclis, Nazirlər kabineti, müvafiq Nazirliklər komitələr (İqtisadi İnkişaf Nazirliyi, Vergilər Nazirliyi, Maliyyə Nazirliyi, Gömrük komitəsi) və Mərkəzi Bank məşğul olurlar. Hazırda Azərbaycan Ümümdünya Ticarət Təşkilatına daxil olmaq üçün hazırlıq prosesindədir.