MÜASİR DÖVRDƏ QƏRB ÖLKƏLƏRİNDƏ
ETNİK-MƏDƏNİ MÜXTƏLİFLİK VƏ ONUN TƏNZİMLƏNMƏSİ
351
illəri başa çatır. Qeyd olunan hadisənin ən əsas nəticələrindən biri mədəniyyətin
ictimai inkişafda aparıcı rolunun artmasıdır. Əvvəlki fəsildə qeyd etdiyimiz
kimi, mədəniyyətin ictimai inkişafda aparıcı rolunun artması müasir ictimai
inkişafın xüsusiyyətlərindən irəli gəlir.
Mədəniyyətin ictimai inkişafda rolunu mütləşləşdirməklə, mədəniyyətin
mahiyyətcə sabit, dəyişməz və konservativ bir sosial hadisə olmasını qeyd
edən Samuil Hantinqton “sivilizasiyaların toqquşması” haqqında hipotezi
irəli sürür. Bu hipotez müasir dövrdə islamofobiyanın nəzəri-ideoloji əsasını
təşkil edir. Çünki Hantinqton Qərb sivilizasiyasının ideoloqu kimi, müsəlman
sivilizasiyasını ölkənin sosial-iqtisadi və demokratik inkişafına mane olmaqda
suçlayır. O,
“Sivilizasiyaların toqquşması və dünya düzəninin yenidən qurulması”
adlı əsərində keçmiş sovet respublikaların sosial-iqtisadi və siyasi inkişaflarını
proqnozlaşdırarkən qeyd edir ki,
Qərbi xristian mədəni irsinə malik olan ölkələr
iqtisadi inkişaf və demokratik siyasət istiqamətində irəliləyəcəklər. Ortodoks
Dostları ilə paylaş: