Dərslik Azərbaycan Dillər Universiteti Elmi Şurasının



Yüklə 16,97 Mb.
Pdf görüntüsü
səhifə146/175
tarix02.12.2023
ölçüsü16,97 Mb.
#137209
növüDərslik
1   ...   142   143   144   145   146   147   148   149   ...   175
1 Multikulturalizmə giriş 2019

10.3.2. Antisemitizm
Yəhudi xalqının nümayəndələrinə qarşı nifrəti bildirmək üçün 
“antisemitizm” ifadəsi ilk dəfə 1879-cu ildə istifadə olunmuşdur. Toraya görə 
(Musa peyğəmbərin beş kitabından ibarət olan yəhudiliyin müqəddəs kitabı. 
Tora haqqında bu dərsliyin IV fəslinin 4.1.2.-ci bəndinin “Dini mətnlər” adlı alt-
bəndində ətraflı məlumat verilir.- Red.), yəhudilər Nuhun üç oğlundan biri olan 
Simin birbaşa nəslindən gəlirlər. Həmçinin Sim bütün semit xalqların (ərəblər, 
babilistanlılar, assuriyalılar, finikiyalılar, aramilər, maltalılar və s.) əcdadı sayılır. 
Lakin avropalılar az qala bütün Avropa ölkələrində yaşayan yəhudilərlə daha 
çox qarşılaşdıqları üçün bu termin yalnız onlara aid edilməyə başladı. Ehtimal 
olunur ki, “antisemitizm” anlayışını ilk dəfə irqçi, fanatik jurnalist Vilhelm Marr 
işlətmişdir.
Əksər alimlərin fikrincə, yəhudilərə qarşı kütləvi qırğın tarixdə ilk dəfə 
e.ə. III əsrdə Ptolomeylər sülaləsi dövründə Misirin paytaxtı olan İsgəndəriyyə 
şəhərində törədilmişdir. O zamanlar İsgəndəriyyə dünyanın ticarət və elm 
mərkəzi sayılırdı. İsgəndəriyyənin beş məhəlləsindən ikisində yəhudilər 
yaşayırdı. Şəhərdə yəhudilərə qarşı ilk talan e.ə. 38-ci ildə törədilmişdir.
Yəhudi və yunan tacirləri, sənətkarları arasında artan rəqabət həmin talanın baş 
verməsinə səbəb olmuşdur. 


MULTİKULTURALİZMƏ GİRİŞ
356
Qədim Roma imperiyası dövründə də yəhudilərə qarşı nifrət geniş 
yayılmışdı. Romalıların bu yəhudi düşmənçiliyi daha çox hər iki xalq arasında 
dini baxışlarda mövcud olan fərqliliklərdən qaynaqlanırdı. 
Bizim eranın başlanğıcında xristianlığın meydana gəlməsi də sonrakı 
dövrlərdə Avropada yəhudi düşmənçiliyin rəvac tapmasına gətirib çıxardı. 
Belə ki, xristianlıq yəhudi cəmiyyətində yarandığı üçün bu dinin ilk ardıcılları 
milliyətcə yəhudi olublar. İlk yəhudi-xristianlar iudaizmin qaydalarına riayət 
edir və özlərini yəhudi dinindən ayrı tutmurdular. Hətta Fələstindəki yəhudi-
xristianlara rəhbərlik edən İsa Məsihin qardaşı Yaqub başqa xalqların xristianlığa 
dəvət olunmasına qarşı çıxırdı. O, bu məsələdə həvari Pavel ilə fikir ayrılığına 
düşmüşdü. Həvari Pavel də yəhudi idi. Lakin o, xristianlığa yeni tərəfdarlar 
qazanmaq üçün yəhudi dininin vacib hökmlərini ləğv etməyə səsləyirdi. Pavel 
və onun şagirdləri qədim Roma imperiyasının şəhərlərində yəhudilərlə yanaşı, 
bütpərəst olan başqa xalqların nümayəndələrini də yeni dinə dəvət etməyə 
başladılar. Nəticədə xristianlıq daha çox başqa xalqlar arasında yayıldı. 
Xristianlar özlərini iudaizmin mənsublarından fərqləndirmək üçün 
yəhudiləri İsa Məsihin qətlində günahlandırdılar. Bununla yanaşı, xristian 
ilahiyyatında antisemit məqamlar yer almağa və inkişaf etməyə başladı. Bir 
çox xristian din xadimləri və ilahiyyatçılarının ritorikasında daim yəhudilərin 
ünvanına kəskin ifadələr səslənirdi. Yəhudi xalqına mənfi münasibət 
protestantlığın əsas istiqamətlərindən biri olan lüteranlığın banisi, məşhur 
din islahatçısı Martin Lüterin (1483-1546) 
“Yəhudilər və onların yalanları 
haqqında”
adlı kitabında pik həddə çatdı. O, kitabında yəhudi dini mətnlərini 
yandırmağa və sinaqoqları uçurtmağa səsləyirdi. Dörd əsr sonra isə milyonlarla 
yəhudinin ölümünə bais olan Adolf Hitler 
“Mənim mübarizəm”
adlı kitabında 
Lüterin ideyalarını həyata keçirdiyini bildirdi.
Təbii ki, orta əsrlər Avropasında bir çox xristian din xadimlərinin 
yəhudilər əleyhinə çağırışları təsirsiz ötüşə bilməzdi. Çünki o vaxtlar əhalinin 
əksəriyyəti ruhanilərin təsiri altında idi. Baxmayaraq ki, kilsə hər kəsə məhəbbət 
duymağı təbliğ edirdi, reallıqda orta əsr idealları sülhpərvərlik və humanizmdən 
çox uzaq idi. Ardı-arası kəsilməyən müharibələr vaxtı şəxsi mülkiyyət və şəxsi 
toxunulmazlıq hüququndan söhbət belə gedə bilməzdi. Belə bir vəziyyətdə başqa 
xalqların nümayəndələrinə, xüsusən digər dinlərin mənsublarına münasibət 
birmənalı olaraq mənfi idi. 


MÜASİR DÖVRDƏ QƏRB ÖLKƏLƏRİNDƏ 
ETNİK-MƏDƏNİ MÜXTƏLİFLİK VƏ ONUN TƏNZİMLƏNMƏSİ
357
Həmçinin illər boyu haqsızlıq və yoxsulluqdan, feodal zülmündən 
əziyyət çəkmiş məzlum sadə camaat daim nifrətini bildirməyə ehtiyac duyurdu. 
Şəhərlərdə ac və qəzəbli qara camaat soyğunçuluq və qarət hesabına varlanmaq 
fürsəti axtarırdı. Odur ki, mütləq köməksiz düşmən göstərmək lazım idi. 
Yəhudilər hamıdan daha çox bu obraza uyğun gəlirdilər. Qara camaat sələmçiliklə 
məşğul olan yəhudilərə nifrət bəsləyir, borc verənə borcu qaytarmaq yerinə, onu 
öldürməyə üstünlük verirdi. Yəhudi tacirləri və sənətkarları isə rəqabət səbəbi 
ilə təqibə məruz qalırdılar.
Yəhudiləri talan və qarət edənlər öz əməllərinə dini və nəcib qəhrəmanlıq 
donu geydirirdilər. Səlib yürüşləri bunun əyani sübutudur. Belə ki, İsa Məsihin 
Qüdsdəki məzarını azad etməyə gedən “nəcib” cəngavərlər və zadəganlar 
yol xərclərini ödəmək üçün varlı yəhudiləri talan edirdilər Səlib yürüşlərinə 
qatılan səfil və kasıb soydaşları isə yəhudiləri öldürərək qurbanlarının hesabına 
varlanmağa çalışırdılar. Bu səbəbdən 1096-cı ildə Birinci səlib yürüşü vaxtı 
Almaniyanın bəzi şəhərlərində yəhudilər qətlə yetirilmişdi. İkinci xaçlı səfərində 
səlibçilərdən Fransadakı yəhudilər zərər çəkmişdi. XIII əsrin sonlarında üçüncü 
səlib yürüşünə hazırlıq isə İngiltərədəki yəhudilər üçün faciəli oldu. 
Orta əsrlər Avropasında antisemitizm konkret xristian ölkəsində yerli 
əhalidən heç də pis yaşamayan, bəzən isə daha yaxşı yaşamağa cəsarətləri 
çatan köməksiz yadlara qarşı insan nifrətinin ifadəsi idi. XIII əsrdə IV Lateran 
məclisinin qərarına əsasən, Roma Katolik Kilsəsi yəhudilərdən xüsusi tanıtma 
nişanı olan paltarlar geyinməyə tələb etdi. XVI əsrdən başlayaraq bir çox Avropa 
dövlətlərində gettolar (italyan dilində “yeni tökmə emalatxanası” mənasına 
gəlir.- Red.), yəni bütün yəhudilərin məcburi şəkildə məskunlaşdırıldığı xüsusi 
məhəllələr yaradıldı. Bu məhəllələr əsl təcridetmə zonası idi.
Belə bir şəraitdə Reç Pospolita (Polşa Krallığı Taxt-tacı və Böyük 
Litva Knyazlığı arasında 1569-cu ilin iyul ayında imzalanmış razılığa əsasən 
yaradılmış federativ dövlət.- Red.) Avropada yəhudilərə tolerant münasibət 
göstərən yeganə dövlət olaraq qalırdı. Burada ən iri və sürətlə inkişaf edən 
yəhudi icması mövcud idi. XVII əsrdən Reç Pospolitada məskunlaşan yəhudilər 
əsasən icarədarlıq, kənd təsərrüfatı məhsullarının satışı, müxtəlif vergi və 
rüsumların iltizamı, şərabçəkmə, potaş basma ilə məşğul olmağa başladılar. Bu 
zaman yəhudilər arasında sələmçilərin, xüsusən sənətkarların sayı əhəmiyyətli 
dərəcədə azaldı.


MULTİKULTURALİZMƏ GİRİŞ
358
Polyak maqnatların və şlyaxtiçlərin (keçmişdə Polşada xırda zadəgan.- 
Red.) öz iri mülkləri ilə məşğul olmağa həvəsləri yox idi. Ona görə də onlar 
bu mülkləri yəhudilərə icarəyə verirdilər. İcarə müqaviləsinin qüvvədə olduğu 
müddət ərzində yəhudilər malikanəni və onun sakinlərini idarə etmək, istədiyi 
vaxt isə təhkimli kəndliləri cəzalandırmaq hüququna malik idilər. 1616-ci ilin 
astanasında polyak taxt-tacına aid olan Ukrayna torpaqlarının yarıdan çoxu 
yəhudilər tərəfindən icarəyə götürülmüşdü. Bu səbəbdən təhkimli kəndlilər 
mülkədara nifrət etdikləri kimi, icarədara da kin bəsləyirdilər. Məhz buna 
görə 1648-ci ildə Boqdan Xmelnitskinin rəhbərliyi altında kazakların qorxunc 
üsyanı baş verdikdə polyaklarla yanaşı yəhudilər də qiyamın qurbanına 
çevrildilər.
XVIII əsrin sonlarınadək yəhudilər Rusiya imperiyasının cüzi hissəsini 
təşkil edirdilər. Reç Pospolitanın parçalanması və yüz minlərlə yəhudinin 
yaşadığı ərazilərin Rusiya imperiyasının tərkibinə qatılması ilə vəziyyət kəskin 
şəkildə dəyişdi.
1791-ci ildə II Yekaterinanın fərmanı ilə “oturaqlıq hüdudları” adlanan 
yəhudi yaşayış məntəqələri yaradıldı. “Oturaqlıq hüdudları” yəhudilərə 
məskunlaşmaq üçün icazə verilən əraziləri müəyyən etdi. “Oturaqlıq 
hüdudları”ndan kənarda yalnız bu təbəqəyə məxsus yəhudilərə yaşamağa icazə 
verilirdi: xidmətini başa vurmuş əsgərlər, birinci dərəcəli tacirlər, ali təhsilli 
şəxslər, sənətkarlar və s.
Nə qədər qəribə səslənsə də, Rusiya imperiyasında yəhudilərə qarşı 
törədilmiş ilk qırğınların ümumiyyətlə rus antisemitləri ilə əlaqəsi yox idi. Belə 
ki, 1821-ci ildə Odessa şəhərində yəhudilərə qarşı həyata keçirilmiş talanların 
təşəbbüskarları yunanlar oldu. Onlar İstanbuldakı yunan pravoslav patriarxı 
Qriqorinin qətlində yəhudiləri ittiham edirdilər. Məhz yunanlar çar Rusiyasının 
ərazisində 1859, 1862 və 1871-ci illərdə yəhudilərə qarşı qırğın törətdilər. 
Əslində isə bu talanların əsas səbəbi dini ədavət deyil, ticari rəqabət olmuşdur. 
Rus çarı III Aleksandrın taxta çıxması ilə yəhudilərə qarşı siyasət daha 
da sərtləşdi. Belə ki, narodovolçuların (Rusiyada XIX əsrin 80-cı illərində 
“Narodnaya volya” adlı gizli xalqçı təşkilatın üzvləri.- Red.) törətdiyi sui-qəsd 
nəticəsində islahatçı çar II Aleksandr öldürüldü. “Narodnaya volya” üzvlərinin 
müəyyən hissəsini yəhudilər təşkil etdiyi üçün II Aleksandrın qətlində yəhudiləri 
günahkar bildilər. Onlara qarşı qırğınlar törədildi. Həmçinin 1891-ci ilin may 


MÜASİR DÖVRDƏ QƏRB ÖLKƏLƏRİNDƏ 
ETNİK-MƏDƏNİ MÜXTƏLİFLİK VƏ ONUN TƏNZİMLƏNMƏSİ
359
ayında III Aleksandr fərmanlar verməklə yəhudilərin hüquqlarını əhəmiyyətli 
dərəcədə məhdudlaşdırdı.
Bu siyasəti rus çarı II Nikolay da davam etdirirdi. Onun dövründə 
antisemitizm daxili siyasətin tənzimlənmə alətinə çevrildi. Çar müstəbid rejimə 
yəhudilərə qarşı törədilən talanlara sosial gərginliyi azaltmaq, xalqı inqilabdan 
yayındırmaq metodu kimi baxırdı. Sonuncu rus çarı dövründə yəhudilərə qarşı 
ilk iri talan 1903-cu ilin aprel ayında Kişinyovda baş verdi. Dubossarı şəhərində 
Mixail Rıbaçenko adlı 14 yaşlı yeniyetmənin həlak olması bu talanın törədilməsinə 
bəhanə oldu. Kişinyovda çıxan və məşhur çernosotenets (çernosotenetslər – 
çar Rusiyasında ifrat mürtəce-şovinist, antisemit, talançı monarxist təşkilatın 
üzvləri) Pavel Kruşevan tərəfindən buraxılan “Bessarabets” adlı qəzetdə təxribat 
xarakterli silsilə materiallar dərc olundu. Həmin materiallarda iddia olunurdu ki, 
M.Rıbaçenko yəhudilər tərəfindən dini ayin zamanı qətlə yetirilmişdir. Aparılan 
istintaq nəticəsində məlum oldu ki, əslində yeniyetmə öz qohumu tərəfindən 
mirasa görə öldürülmüşdür. 
Lakin yeniyetmənin yəhudi dini ayinlər zamanı qətlə yetirilməsi ilə bağlı 
şayiələr geniş yayılmışdı. Belə bir şayiə də yayıldı ki, güya rus çarı “Pasxadan 
sonra üç gün ərzində yəhudiləri öldürməyə və qarət etməyə icazə verib”. Bundan 
təşvişə düşən yəhudi icmasının nümayəndələrinin hakimiyyət orqanlarına 
müraciəti cavabsız qaldı. Aprelin 19-da yəhudilərin evləri daşa basıldı. 
Hökumət nümayəndələri baş verənlərə çox ləng reaksiya göstərirdilər. Yalnız 
aprelin 20-də axşama yaxın hadisələrə ordu müdaxilə etdi. Bundan sonra iğtişaş 
yatızdırıldı. Bessarabiyanın qubernatoru (Bessarabiya – cənubi-şərqi Avropada 
tarixi vilayət.- Red.) Rudolf Raaben isə vəzifəsindən azad olundu. Bir çoxları 
hakimiyyət orqanlarının fəaliyyətsizliyini onunla izah edirdi ki, yəhudilərə qarşı 
talanı imperiya əhalisinin müxtəlif təbəqələri arasında nifaq və düşmənçilik 
salmaqla bağlı göstəriş alan Mühafizə şöbəsinin agentləri təşkil etmişlər. 
Rusiya imperiyasında 1905-ci ildə inqilabın baş verməsi çernosotenslər 
tərəfindən yəhudilərə qarşı törədilmiş silsilə talanlara gətirib çıxardı. Həmin ilin 
oktyabr ayında talanlar pik həddə çatdı. Belə ki, bu zaman Rusiya imperiyasının 
102 yaşayış məntəqəsində 690-dək talan törədildi.
Həm hərbi, həm mülki, həm mərkəzi, həm də yerli hakimiyyət 
orqanları talanların təşkili və törədilməsində əhəmiyyətli rol oynadılar. Polis 
departamentində orduya və əhaliyə müraciət edərək talanlara səsləyən vərəqələr 


MULTİKULTURALİZMƏ GİRİŞ
360
çap olunurdu. Bu vərəqələri çap edən mətbəənin rəhbəri rotmistr M.Komissarov 
açıq-aşkar deyirdi: 

Yüklə 16,97 Mb.

Dostları ilə paylaş:
1   ...   142   143   144   145   146   147   148   149   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin