Dərslik Azərbaycan Dillər Universiteti Elmi Şurasının



Yüklə 16,97 Mb.
Pdf görüntüsü
səhifə149/175
tarix02.12.2023
ölçüsü16,97 Mb.
#137209
növüDərslik
1   ...   145   146   147   148   149   150   151   152   ...   175
1 Multikulturalizmə giriş 2019

“Bu Xartiya Kanadanın multikultural irsinin qorunması 
və yaxşılaşdırılmasına uyğun olaraq şərh edilməlidir”.
Multikulturalizmin aliliyi 1988-ci ildə Multikulturalizm Aktının qəbul 
edilməsi ilə bir daha təsdiq edildi. Rəsmi adı “Kanadada multikulturalizmin 
qorunması və təkmilləşdirilməsi Aktı” olan bu sənəddə aşağıdakıların bundan 
sonra Kanada hökumətinin siyasəti olacağı açıq şəkildə ifadə edilirdi: 
1. Multikulturalizm Kanadada mədəni və irqi müxtəlifliyin əks etdirilməsi 
və Kanada cəmiyyətinin bütün üzvlərinin özlərinin mədəni irsinin mühafizəsi, 
yaxşılaşdırılması və paylaşılması azadlığının tanınması kimi qəbul edilsin. 
Multikulturalizmin bu anlayışı təşviq edilsin;
2. Multikulturalizmin Kanadanın irsinin və kimliyinin fundamental 
xüsusiyyəti və ölkə gələcəyinin formalaşmasında əvəzedilməz mənbə kimi başa 
düşülməsi qəbul olunsun və təşviq edilsin;
3. Mənşəyindən asılı olmayaraq bütün fərdlərin və icmaların Kanada 
cəmiyyətinin bütün aspektlərinin formalaşmasında tam və bərabər iştirakının 
təmin olunması təşviq edilsin və bu cür iştiraka hər hansı maneənin aradan 
qaldırılmasına yardım göstərilsin;
4. Üzvləri ümumi kökləri paylaşan və Kanada cəmiyyətinə töhfələr verən 
icmaların mövcudluğu tanınsın və onların inkişafına yardım göstərilsin;


MÜASİR DÖVRDƏ QƏRB ÖLKƏLƏRİNDƏ 
ETNİK-MƏDƏNİ MÜXTƏLİFLİK VƏ ONUN TƏNZİMLƏNMƏSİ
365
5. Fərdlərin fərqliliyi nəzərə alınaraq və onlara hörmət edilərək bərabər 
rəftar və bərabər mühafizə təmin edilsin;
6. Kanadanın sosial, mədəni, iqtisadi və siyasi təsisatları tərəfindən ölkənin 
multikultural xarakterinə hörmət bəsləmələri və inklüziv olmaları təşviq edilsin 
və onlara bu istiqamətdə yardım göstərilsin;
7. Fərqli köklərdən gələn fərdlər və icmalar arasında qarşılıqlı əlaqədən 
doğan anlayış tərzi və kreativlik təşviq edilsin;
8. Kanadanın mədəni müxtəlifliyinə dəyər verilməsinə və onun tanınmasına 
yardım edilsin, bu mədəniyyətlərin inkişafı və müxtəlif formalarda təqdimatı
(ifadə edilməsi) təşviq edilsin;
9. Kanadanın rəsmi dilləri olan ingilis və fransız dillərinin statuslarının 
və istifadəsinin gücləndirilməsi ilə yanaşı, digər dillər də mühafizə olunsun və 
istifadəsi genişləndirilsin;
10. Multikulturalizm bütün ölkədə inkişaf etdirilsin.
Birgəyaşayışın ideallarını təsbit etməklə və Kanada multikulturalizminin 
özünəməxsus hədəflərini müəyyənləşdirməklə bu sənəd ilhamverici xarakter 
daşıyır. Kanada multikulturalizminin 1990-cı illərdən başlanan yeni dövrünü 
vətəndaş multikulturalizmi adlandırırlar. Bu mərhələdə əvvəlki fərqlilik və 
bərabərlik prinsiplərinin qorunması ilə yanaşı, multikulturalizm vətəndaşlıq 
prinsipləri ilə eyniləşdirilərək milli maraqlara xidmət xarakteri kəsb etməyə 
başlayır.
Yeni mərhələnin xarakterik xüsusiyyətləri 1996-cı ildə qəbul edilən 
“Multikulturalizm proqramı”nda öz əksini tapır. Burada etnik azlıqların aktiv 
iştirakçılığının təmin edilməsi, etnik münaqişə və nifrət cinayətinin azaldılması 
üçün icma təşəbbüslərinin dəstəklənməsi, daha inklüziv federal departament 
və agentliklərin yaradılması, multikulturalizmlə ictimai məlumatlılığın 
artırılmasından ibarət dörd əsas məqsəd qarşıya qoyulmuşdur. 
2009-cu ilin iyun ayında hökumət “Multikulturalizm proqramı”na 
– 
inteqral, sosial vəhdətdə olan cəmiyyətin qurulması, rəngarəng əhalinin 
ehtiyaclarını ödəmək üçün təsisatların həssaslığının artırılması və beynəlxalq 
səviyyədə multikulturalizm və müxtəliflik barədə diskussiyalarda aktiv 
iştirak edilməsindən 
ibarət 3 yeni məqsəd daxil etmişdir. 2008-ci ilədək 
“Multikulturalizm proqramı”na Kanada İrsi Departamenti rəhbərlik edirdi. Bu 
dövrdən sonra proqramın idarə edilməsi Kanada Vətəndaşlıq və İmmiqrasiya 


MULTİKULTURALİZMƏ GİRİŞ
366
Departamentinə həvalə edilmişdir. 2009-2011-ci illərdə “Multikulturalizm 
proqramı”na 28,5 milyon Kanada dolları məbləğində vəsait xərclənmişdir.
Bundan əlavə Kanada hökuməti 2008-ci ildə “İcmaların Tarixi Tanınması” 
adlanan 5 illik proqram qəbul etmişdir. Bu proqramın məqsədi Kanadada 
immiqrasiya məhdudiyyətləri dövründə müharibə zamanı əziyyət çəkmiş 
icmaların tarixi ilə ölkə insanlarını tanış etmək idi. Bu proqram çərçivəsində 
icmalar tərəfindən təqdim olunmuş 68 layihəyə 13,5 milyon dollar məbləğində 
vəsait xərclənmişdir.
Kanada multikulturalizminin maraqlı cəhətlərindən biri də xalqın 
çoxmədəniyyətliliyinin rəsmi şəkildə qeyd edilməsidir. 1996-cı ildən Kanada 
parlamentinin qərarına əsasən, hər il qara kanadalıların ölkəyə töhfəsinin rəmzi 
olaraq “Qaralar Tarixi Ayı” (Black History Month), hər ilin may ayında isə 
“Asiyalılar İrsi Ayı” (Asian Heritage Month) qeyd olunur. 27 iyun tarixi bütün 
kanadalıların öz ölkəsinə fərqli töhfələrinin qeyd olunması günü kimi təsdiq 
edilməsi də məhz “Multikulturalizm proqramı”nda yer alır.
Bu gün Kanada multikulturalizmi sosial ədalət, mədəni kimlik və vətəndaş 
iştirakı prinsipləri üzərində qurulub. Qeyd edilməlidir ki, son dövrlərdə əksər 
Avropa ölkələrinin dövlət siyasətində, siyasi partiya liderlərinin çıxışlarında, 
mediada və ümumiyyətlə, ictimai müzakirələrdə multikulturalizmin getdikcə 
daha çox mənfi qarşılanmasına və neqativ çalar daşımasına baxmayaraq, 
Kanadada multikulturalizm hələ də cəmiyyətin birgəyaşayışının ən effektiv 
modeli kimi bütün səviyyələrdə müdafiə olunur və ictimai diskursda həmişə 
müsbət notlarla xarakterizə edilir.

Yüklə 16,97 Mb.

Dostları ilə paylaş:
1   ...   145   146   147   148   149   150   151   152   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin