Dərslik Azərbaycan Dillər Universiteti Elmi Şurasının



Yüklə 16,97 Mb.
Pdf görüntüsü
səhifə147/175
tarix02.12.2023
ölçüsü16,97 Mb.
#137209
növüDərslik
1   ...   143   144   145   146   147   148   149   150   ...   175
1 Multikulturalizmə giriş 2019

“İstənilən talanı təşkil etmək mümkündür. İstəyirsiniz - 10 
nəfərlik, istəyirsiniz – 10 min nəfərlik olsun”
.
Rus çarizmi süqut etdikdən sonra keçmiş imperiyanın ərazisində qanlı 
vətəndaş müharibəsi baş verdi. Sinfi və milli qarşıdurma vaxtı ən çox əziyyət 
çəkənlərdən biri də yəhudi əhalisi oldu. Xüsusən ağqvardiyaçılar, Ukraynadakı 
müxtəlif quldur dəstələri və ataman Simon Vasilyeviç Petlüranın başçılığı 
ilə Ukrayna mərkəzi radasının tərəfdarları yəhudilərə qarşı amansız qətliam 
törətdilər. Vətəndaş müharibəsi dövründə 100 mindən 200 minədək yəhudi 
qanlı aksiyaların qurbanı oldu. Beləliklə, antisemitizm müvəqqəti olaraq Qərbi 
Avropadan Şərqi Avropaya keçdi. 
XIX əsrdə Avropada yeni dövlətlərin yaranması ilə əlaqədar millətçi 
hərəkatlar böyük rəğbət qazandı. Bu zaman yəhudilərə dini mənsubiyyətlərinə 
görə deyil, yalnız və yalnız yəhudi xalqına aid olduqları üçün nifrət etməyə 
başladılar. Məhz bu vaxt “köhnə qitə”də irqçiliyin ilk cücərtiləri meydana gəldi. 
Millətçi nəzəriyyələri elmi fərziyyələr vasitəsi ilə izah etmə başladılar. Bu haqda 
ilk dəfə fransalı diplomat qraf Artur de Qobino 1853-1855-ci illərdə işıq üzü 
görən “İnsan irqlərinin bərabərsizliyi haqqında” adlı kitabında bəhs etmişdir. 
Onun ideyasını Hyuston Çemberlen “XX əsrin əsasları” adlı əsərində inkişaf 
etdirmişdir. Görünür, məhz bu əsərin təsiri altında nasizmin ideoloqlarından 
biri olan Alfred Ernst Rozenberq “XX əsrin əfsanəsi” adlı kitabını yazmışdır. 
Sosial-darvinizm isə sadalanan əsərlərə “elmi” zəmin yaratdı. O zamanlar əksər 
qabaqcıl Avropa dövlətlərində antisemit qanunlar qəbul olunmasa da, gizli 
səviyyədə yəhudilərə qarşı ayrı-seçkiliyə yol verilirdi.
Lakin əsl antisemit isteriya Birinci dünya müharibəsindən sonra başladı. 
Bu müharibədə Almaniya məğlub olmuşdu. Onun iqtisadiyyatı çökmüşdü. Ona 
görə də bu ölkədə “hər şeydə” günahkar olanları axtarmağa başladılar. Bu şəraitdə 
radikallar rəğbət qazandılar. Hitler bu radikallardan biri idi. Məhz o, “arxadan 
vurulan bıçaq zərbəsi” nəzəriyyəsini inkişaf etdirdi. Yəhudilərin “satqınçılığı” və 
Almaniyanın məğlubiyyətində onların “günahkar” olduğu ideyası böyük rəğbət 
qazandı. Xüsusən əhalinin kasıb təbəqələri bu ideyanın təsiri altına düşdülər. 
Nasistlərin hakimiyyəti dövründə bütün bəlalarda yəhudiləri günahlandırmaq adi 
hala çevrildi. Talanlar törədildi, bütün yəhudilər gettolara salındı, onları yenidən 
“David ulduzu” şəklində olan fərqlənmə nişanını daşımağa məcbur etdilər. 


MÜASİR DÖVRDƏ QƏRB ÖLKƏLƏRİNDƏ 
ETNİK-MƏDƏNİ MÜXTƏLİFLİK VƏ ONUN TƏNZİMLƏNMƏSİ
361
İkinci dünya müharibəsi 
dövründə 
isə 
yəhudiləri 
məqsədyönlü şəkildə məhv 
etməyə başladılar. Nasistlər 
tərəfindən 
işğal 
olunmuş 
ərazilərdə, xüsusən Polşada 
ölüm düşərgələri yaradıldı. 
Burada insanları güllələyir, diri-
diri yandırır, qaz kameralarında 
siklon “B” qazı ilə boğurdular. 
Beləliklə, Avropada əsrlərdən 
bəri geniş rəvac tapan yəhudilərə 
nifrət sonunda Holokostun 
(yunanca “tamamilə yanmış”, 
“yanıb kül olmuş” deməkdir. Nasist Almaniyası tərəfindən törədilən və təxminən 
6 milyon yəhudinin sistemli şəkildə öldürülməsi ilə nəticələnən soyqırım aktı.- 
Red.) baş verməsinə şərait yaratdı. 
Müasir dövrdə antisemitizm həm bir sıra Avropa ölkələrində, həm də 
Ermənistanda geniş vüsət alır. Məsələn, Ermənistanda nüfuzlu erməni politoloqu 
professor İqor Muradyan
1988-ci ildə “Ermənistanın səsi” qəzetində dərc olunan 
məqaləsində açıq şəkildə nasist ideologiyasının tərəfini tutur. Bu politoloqun 
məqaləsindən belə çıxır ki, yəhudi-erməni qarşıdurması semit və arilər arasında 
baş vermiş münaqişənin davamıdır. O, məqaləsində yəhudiləri qondarma erməni 
soyqırımında günahlandırmaq kimi standart ittihamlarla kifayətlənmir və daha 
dərinə gedir, cəfəng iddia ilə çıxış edərək Qarabağ münaqişəsinin arxasında 
yəhudi xalqı və İsrail dövlətinin dayandığını deyir. 
2002-ci ildə İrəvanda erməni yazıçıların rəsmi birliyi tərəfindən buraxılan 
Romen Yepiskopyanın
“Milli sistem”
adlı kitabı çıxır. Müəllif bu kitabında 
ermənilərin başına gələn bütün “bəlalarda” yəhudi xalqını günahlandırır, eyni 
zamanda Holokostu inkar edir. O, nasistlər tərəfindən yəhudilərə qarşı törədilmiş 
bu soyqırımı “ariləri rüsvay etmək məqsədilə ortaya atılmış yəhudi uydurması” 
adlandırır. Təəssüflər olsun ki, Holokostu inkar etmək ideyası yeni deyildir. Bu 
ideya Avropanın yüksək dairələrində günü-gündən özünə daha çox tərəfdar tapır 
ki, bu hal da ciddi narahatçılıq doğurur.
Varşava “getto”sunda yəhudilərin həbs 
olunaraq ölüm düşərgələrinə göndərilməsi. 
1943-cü il. 


MULTİKULTURALİZMƏ GİRİŞ
362

Yüklə 16,97 Mb.

Dostları ilə paylaş:
1   ...   143   144   145   146   147   148   149   150   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin