MULTİKULTURALİZMƏ GİRİŞ
340
siyasətini sərtləşdirməyə çağıraraq, bunu türk və ərəblərin cəmiyyətə inteqrasiya
ola bilmədikləri ilə əlaqələndirir. O, yazır:
“Avropada heç bir başqa din İslam
qədər tələb irəli sürmür. Cinayətkarlıqla bağlı olan və sosial rifahı riskə ata bilən
başqa heç bir immiqrant qrupu müsəlmanlar qədər güclü deyil. Başqa heç bir qrup
öz fərqliliyini cəmiyyətə (xüsusilə də qadınların geyimi vasitəsilə) sırımır. Başqa
heç bir dində zorakılığa, diktaturaya və terrorizmə keçid bu qədər rahat deyil”
.
Ümumiyyətlə, Qərbdə multikulturalizm əleyhinə debatların əsas mövzusu
məhz müsəlman mühacirlər, habelə bu kontekstdə İslam dini ilə bağlıdır. Avropa
ictimai fikrində anti-müsəlman əhval-ruhiyyəsinin yüksək səviyyədə olduğunu
keçirilmiş rəy sorğuları təsdiq edir. Amerika Birləşmiş Ştatlarının nüfuzlu
“The
Pew Research Center”
tədqiqat mərkəzinin keçirdiyi sorğulara görə, 2004-
2005-ci illərlə müqayisədə 2008-ci ildə avropalılar arasında müsəlmanlara
“nisbətən mənfi” və “mənfi” yanaşanların sayı xeyli artmış, bəzən hətta 50
faizə çatmışdı. Həmin beyin mərkəzinin 2016-cı ilin yazında keçirdiyi sorğuya
əsasən, müsəlmanlara mənfi münasibət Avropada ortalama 43%, o cümlədən
Macarıstanda 72%, İtaliyada 69% təşkil edir.
Avropa Şurasının 2010-cu ildə miqrant siyasətinə dair hazırladığı
təlimatda immiqrantlarla bağlı Qərb ölkələrində aşağıdakı fikirlərin geniş
yayıldığı qeyd olunur:
-
İmmiqrantlar cinayətkarlığın artmasına səbəb olur. Bu fikir media və
bəzi təhlükəsizlik üzrə ekspertlər tərəfindən təkrar olunur və cəmiyyət tərəfindən
sorğu-sualsız qəbul edilir. Onların fikrincə, mühacirlər, xüsusən qeyri-leqal
miqrantlar cinayətkardır, onlar qanunlara yerli vətəndaşlarla müqayisədə az tabe
olur, eləcə də ictimai asayişə təhlükə törədirlər;
-
İmmiqrantlar xəstəlikləri ölkəyə gətirir və ya
Dostları ilə paylaş: