Cədvəl 5. MİPEX üzrə ölkələrin reytinqi
3
Reytinq
2014
Qiym
ə
t
2010-cu
ild
ə
n
etibar
ə
n
d
əyiş
klik*
Reytinq
2014
Qiym
ə
t
2010-cu
ild
ə
n
etibar
ə
n
d
əyişiklik*
1. İsveç
78
-
0
20. Avstriya
50
↑
3
2. Portuqaliya
75
↑
1
2
1. İsveçrə
49
↑
1
3. Yeni Zelandiya
70
-
0
22. Estoniya
46
↑
1
4. Finlandiya
69
↑
2
23.
Macarıstan
45
↑
1
4. Norveç
69
↓
1
23. İslandiya
45
6. Kanada
68
↓
1
23. Çexiya
45
↑
3
7. Belçika
67
↑
2
23. Rumınya
45
↑
1
8. Avstraliya
66
-
0
27. Sloveniya
44
-
0
9. ABŞ
63
↑
1
27.
Yunanıstan
44
↓
2
10. Almaniya
61
↑
3
27.Yaponiya
44
↑
1
11. Niderland
60
↓
8
30. Xorvatiya
43
11. İspaniya
60
-
0
31. Bolqarıstan
42
↑
3
13. İtaliya
59
↑
1
32. Polşa
41
↑
5
13. Danimarka
59
↑
10
33. Malta
40
↑
2
15. Lüksemburq
57
↑
2
34. Slovakiya
37
-
0
15. Böyük
Britaniya
57
↓
6
34. Litva
37
↑
1
17. Fransa
54
↑
1
36. Kipr
35
-
0
18. C
ə
nubi Koreya
53
↓
1
37. Latviya
31
↑
2
19. İrlandiya
52
↑
1
38. Türkiy
ə
25
↑
1
Siyasət göstəricilərindəki dəyişikliyi müəyyənləşdirmək üçün cədvələ
daha yaxından nəzər salaq. Cədvəldən göründüyü kimi, 2010-cu ildən etibarən
13 ölkə mövcud proqramları gücləndirərərək və prosedurları təkmilləşdirərək
ortalama +1 xal irəliləyiş əldə edib. 10 ölkədə daha böyük islahatlar həyata
keçirilmişdir (Danimarkada 2-ci nəsil miqrantlar üçün ikili vətəndaşlıq, Çexiya
və Polşada anti-diskriminasiya qanunları və daxili vətəndaşlıq islahatları,
Bolqarıstanda Aİ qanunlarının tətbiqi və s.). 7 ölkə isə məhdudiyyətlər tətbiq
etdiyi üçün -1 xal (və ya daha çox – Yunanıstan (-2), Niderland (-8), Böyük
Britaniya (-6) itirib. Bu məhdudiyyətlər Vətəndaşlıq və səsvermə hüquqları,
Ailə birləşməsi kimi sahələrdə tətbiq olunub. Demək olar ki, bütün sahələrdə
3 International Key Findings/Policy indicators: Key Findings/http://www.mipex.eu/key-findings
ETNİK-MƏDƏNİ MÜXTƏLİFLİYİN QORUNMASI VƏ
MULTİKULTURALİZM SİYASƏTİNİN ÖLÇÜLMƏSİ
329
məhdudiyyətlər tətbiq edildiyi üçün ən çox azalma Niderland (-8) və Böyük
Britaniyada (-6) müşahidə olunub. 6 ölkədə cüzi inkişaf (İsveç), məhdudiyyətlər
(Yeni Zelandiya, Sloveniya, İspaniya) olduğu üçün və ya sabit qaldıqları üçün
rəqəmlər dəyişməmişdir (Kipr, Slovakiya).
İndi isə siyasət istiqamətləri üzrə ayrı-ayrılıqda tanış olaq.
Ölkələrin
məşğulluq siyasəti
miqrantların əksəriyyətinə iş tapmaq üçün
kömək edir. Lakin onlara əksər hallarda 10 ildən sonra iş tapmağa kömək
edilir və bu işlər, adətən, ixtisas səviyyələrindən aşağı və az maaşlı işlər olur.
Ümumilikdə, Avropa ölkələrində əmək qabiliyyətli qeyri-Aİ vətəndaşlarının
1/3 hissəsi məşğulluq, təhsil və təlimdən kənarda qalır. Məşğulluq, təhsil və
ya təlimdən yararlana bilməyən qeyri-Aİ vətəndaşlarının sayının ən yüksək
olduğu ölkələr Belçika, Fransa, Yunanıstan və İspaniya, ən aşağı (20-25%) olan
ölkələr isə Skandinaviya ölkələri, Kipr, Çexiya, Portuqaliya, Niderland, İsveçrə
və Böyük Britaniyadır. Yüksək təhsilli kişilər arasında işsizlik (1/4) aşağı təhsilli
qadınlardan (40%) daha azdır. Miqrantlar ənənəvi miqrasiya ölkələri (Avstraliya,
Kanada, Yeni Zelandiya), Qərbi Avropa ölkələri, Yaponiya və Cənubi Koreyada
əmək bazarına daha yaxşı çıxış və ünvanlı dəstəkdən yararlandıqları halda, Kipr,
İrlandiya, Türkiyə və Mərkəzi Avropa ölkələrində ən zəif hüquq və imkanlara
malikdirlər. Skandinaviya ölkələrində, Avstriya, Almaniya, Niderland, İsveç,
Avstraliya, Kanada, Yeni Zelandiya, ABŞ, Yaponiyada yüksək məşğulluq
səviyyəsi (≥70%) olduğu halda, Xorvatiya, Yunanıstan, İtaliya, İspaniya,
Türkiyədə aşağı səviyyə (≤60%) müşahidə olunur. Əmək bazarının mobilliyi
istiqaməti üzrə ən yüksək göstəricilər İsveç (98/100), Portuqaliya (91/100),
Norveç (90/100), Almaniya (86/100), Kanadada (81/100), ən aşağı nəticələr isə
Türkiyə (15/100), Slovakiya (21/100) və Kiprdə (34/100) qeydə alınmışdır.
İnteqrasiya siyasətlərinin nəticələrinə əsasən, məlum olmuşdur ki, qeyri-
Aİ vətəndaşlarının 5-7%-i həyat yoldaşları və ya ailəsi ilə yaşamır. Ailələri
yanında olmayan miqrantlar Skandinaviya ölkələri, İspaniya və Portuqaliya
kimi ailə birləşməsi siyasətləri daha uğurlu olan ölkələrdə birləşməyə ümid edir.
Ancaq bir çox ölkələr populist partiyaların təsirini nəzərə alaraq, bu imkanları
məhdudlaşdırırlar. Ailə birləşməsi getdikcə siyasiləşdirilir, bu siyasət seçki
vədlərinə əsasən dəyişir. Siyasətlər, əsasən, ərizələrin sayı barədə statistikaya
əsaslanaraq məhdudlaşdırılır. Ailə birləşməsi siyasəti üzrə ən yüksək göstəricilər
İspaniya (90/100), Portuqaliya (88/100), Sloveniya (80/100), Kanada (79/100),
MULTİKULTURALİZMƏ GİRİŞ
330
ən aşağı nəticələr Böyük Britaniya (33/100), Kipr (39/100), İrlandiyada (40/100)
qeydə alınmışdır.
Ölkələrdə müxtəliflik artdıqca, məktəblər və səhiyyə miqrantların xüsusi
ehtiyaclarını ödəməyə çətinlik çəkir. Xaricdə doğulmuş uşaqlar Avstraliya,
Kanada və Yeni Zelandiyada bütün şagirdlərin 10-17% -ni, İtaliyada və Şimali
Avropanın əksər ölkələrində 5-7%-ni təşkil edir. Rəqəmlər Lüksemburq (17%),
İrlandiya, İspaniyada (təxminən 8.5%) daha yüksək, Danimarka, Almaniya,
Niderlandda (3%) daha aşağıdır. Avstraliya, Kanada, Yeni Zelandiya kimi
ənənəvi miqrasiya ölkələrində həm birinci, həm də ikinci nəsil şagirdlərin sayı
olduqca çoxdur, bu da bütün şagirdlərin 20-30%-ni təşkil edir. Şimal-Şərqi Avropa
ölkələrində birinci nəsil şagirdlərin sayı nisbətən az, ikinci nəsil şagirdləri sayı
isə daha çoxdur (bütün şagirdlərin 6-10%-i). İsveç (17,5%) və Lüksemburqda
(29%) isə bu rəqəmlər daha yüksəkdir. Ümumiyyətlə, miqrant keçmişə malik
şagirdlərin çox olduğu ölkələr təhsil siyasətinə daha çox əhəmiyyət verir.
Skandinaviya ölkələri bütün şagirdlər üçün fərdi ehtiyaclara yönələn yanaşmanı
əsas götürür. Avstraliya, Kanada, Yeni Zelandiya multikulturalizm vasitəsilə
güclü təhsil siyasətini inkişaf etdirir, ABŞ isə həssas irqi və sosial qruplara diqqət
yetirir. Əksinə almandilli ölkələr, Fransa, Lüksemburqda təhsil sistemi miqrant
şagirdlərin ehtiyaclarına daha az cavab verir. Təhsil siyasətin sahəsində ən
yüksək nəticələr İsveç (77/100), Avstraliya (76/100), Yeni Zelandiya (66/100),
Norveç (65/100) və Kanadada (65/100), ən aşağı nəticələr isə Bolqarıstan
(3/100), Türkiyə (5/100), Macarıstan və Xorvatiyadadır (15/100).
Ünvanlı
səhiyyə siyasətləri
varlı, daha çox miqrant və vergi bazasına
sahib olan ölkələrdə güclüdür və miqrantların ehtiyaclarına daha çox cavab
verir. Məsələn, bu sahədə ən həssas siyasətə sahib olan 9 ölkənin (ABŞ istisna
olmaqla) 8-i (Avstraliya, Danimarka, Norveç, Birləşmiş Krallıq, Yeni Zelandiya
və s.) bu dəyişikliyə nail olmaq üçün milli sağlamlıq sistemlərinə malikdir.
Bəzi ölkələr (Yaponiya, Fransa, Estoniya və Cənub-Şərqi Avropa ölkələrinin
əksəriyyəti) miqrantlara sağlamlıqları üçün qanuni hüquqlar təqdim edirlər,
lakin xidmətləri onların ehtiyaclarına uyğunlaşdırmaq üçün az səy göstərirlər.
Səhiyyə siyasətinin uğurlu olduğu ölkələr Yeni Zelandiya (75/100), İsveçrə
(70/100), ABŞ (69/100), Avstraliya və Norveç (67/100), ən uğursuz olduğu
ölkələr isə Latviya (17/100), Sloveniya (18/100), Xorvatiyadır (20/100).
Miqrantları
siyasi iştirakçılığa
təşviq etmək ölkənin inteqrasiya
ETNİK-MƏDƏNİ MÜXTƏLİFLİYİN QORUNMASI VƏ
MULTİKULTURALİZM SİYASƏTİNİN ÖLÇÜLMƏSİ
331
siyasətinin vacib halqasıdır. 2014-cü ilin məlumatlarına əsasən, Aİ-nın 13
ölkəsində 10 milyon qeyri-Aİ mənşəli vətəndaş məhdudlaşdırıcı siyasətlər
nəticəsində səsvermə hüququndan məhrum edilmişdir. Bunlardan 3.5 milyon
Almaniyada (yetkin əhalinin təxmini 5%-i), 2.7 milyon İtaliyada (5,4%), 2.2
milyon Fransada (4%), 500 min Yunanıstanda (5.6%), 450 min Avstriyada
(6,4%), 275 min Latviyada (17%), 225 min Çexiyada (2,6%), həmçinin minlərlə
nəfər Kipr (6,3%), Bolqarıstan Xorvatiya, Malta, Polşa və Ruminayada qeydə
alınmışdır. Eyni vəziyyət Kanada, Yaponiya, Türkiyə və ABŞ-da da yaşanmışdır.
Beləliklə, siyasi iştirak ölkələr arasında inteqrasiya siyasətinin zəif halqasıdır.
Miqrantların siyasi imkanları ölkədən-ölkəyə, xüsusilə də Qərbi və Orta Avropa
müqayisə edildikdə fərqlidir. Qərbi Avropada miqrantların siyasi iştirakçılığa
çıxış imkanları Orta Avropa ilə müqayisədə daha çoxdur.
MİPEX-ə əsasən, siyasi iştirakın yüksək olduğu ölkələr Norveç (82/100),
Lüksemburq (81/100), Finlandiya (79/100), Portuqaliya (74/100) və Yeni
Zelandiyadır (74/100). Ən aşağı nəticələr isə Ruminiya (0/100), Polşa (6/100)
və Türkiyədə (11/100) qeydə alınmışdır.
Miqrantların daimi yaşama icazəsi almaları, seçici və bərabər hüquqlu
vətəndaşa çevrilmələri ölkənin
daimi məskunlaşma və vətəndaşlığa qəbul
siyasətindən
asılı olaraq dəyişir. Bəzi ölkələrdə (Avstriya, Kipr, Yunanıstan)
daimi məskunlaşmanın və vətəndaşlığın məhdudlaşdırılması çox sayda
«daimi müvəqqəti» əcnəbilərə yol açır və onların sosial təcridini sürətləndirir.
Danimarka, İtaliya, İsveçrə, Estoniya, Latviya kimi ölkələr isə daimi yaşayışa
icazənin verilməsini asanlaşdırır, lakin vətəndaşlığı məhdudlaşdırır. Nəticədə
miqrantlara milli siyasətdə və bir çox başqa sahələrdə «ikinci sinif vətəndaşlar»
kimi davranılır. Müəyyən milli və ya etnik qrupların başqaları üzərində üstünlük
təşkil etdiyi ölkələrdə (Macarıstan, Yaponiya, Cənubi Koreya və İspaniya)
bərabər hüquqlara zəmanət verilmir. Əksinə, Yeni Zelandiya, İsveç, Norveç,
Belçika və Portuqaliya kimi immiqrant ölkələrində miqrantların əksəriyyəti bir
çox sahələrdə inteqrasiyanı artıran bərabər və təhlükəsiz hüquqlara malikdirlər.
Avropa ölkələrinin əksəriyyətində 5 il ölkədə yaşayan sakinlərin çoxu daimi
status və bərabər hüquqlar üçün müraciət edə bilərlər, lakin bu o insanlara şamil
olunur ki, dövlət dəstəyi olmadan cəmiyyətdə öz yerlərini tuta biliblər. Yardıma
ehtiyacı olanlar və ya yüksək ödənişi ödəmək iqtidarında olmayanlar müvəqqəti
vəziyyətdə saxlanılır. Daimi məskunlaşma Belçika, Skandinaviya, Cənub-Qərbi
MULTİKULTURALİZMƏ GİRİŞ
332
Avropa, bir neçə Mərkəzi Avropa (Bolqarıstan, Estoniya, Macarıstan, Polşa)
ölkələrində inteqrasiya prosesinin normal hissəsidir.
2013-cü ildən 12 milyon qeyri-Aİ mənşəli vətəndaş Avropda daimi
məskunlaşma hüququ alıblar. Onların çoxu Almaniyada (2.4 milyon), İtalyada
(2.2 milyon), Fransada (1.8 milyon), İspaniyada (1.8 milyon) və Böyük
Britaniyada (1.6 milyon) məskunlaşmışdır. Daimi məskunlaşma siyasəti üzrə ən
yüksək göstəricilərə Belçika (86/100), İsveç (79/100), İspaniya və Danimarka
(74/100), ən aşağı göstəricilərə isə Türkiyə (27/100), Kipr (37/100) və Fransa
(48/100) malikdir.
Vətəndaşlıq siyasəti
əksər Avropa ölkələrində, xüsusilə Avstriya, Malta,
Baltikyanı və Cənub-Şərqi Avropa ölkələrində zəif həyata keçirilir. Vətəndaşlığa
qəbul üçün miqrantlar ortalama 5-7 il həmin ölkədə yaşamalı, dövlət dilini A2,
bəzən B1 səviyyəsində bilməli, inteqrasiya testlərindən keçməlidirlər. Demək
olar ki, Avropa ölkərinin yarısından çoxunda vətəndaşlığa qəbul üçün şərtlərdən
biri də miqrantın işə-gəlirə sahib olmasıdır (Ənənəvi miqrasiya ölkələrində bu
şərt tələb olunmur). İkili vətəndaşlıq qanunla (28 ölkədə) və ya ən azından istisna
kimi (Bolqarıstan, Almaniya, Latviya, Litva) qəbul olunmuşdur. Vətəndaşlığa
qəbul istiqaməti üzrə ən yüksək nəticələr Portuqaliya (86/100), İsveç (73/100),
Almaniya (72/100), Yeni Zelandiyada (71/100), ən zəif nəticələr isə Latviya
(17/100), Estoniya (18/100), Bolqarıstandadır (21/100).
Nəticələrə əsasən, diskriminasiyaya məruz qalmış insanların 27%-i etnik
azlıq, 13%-i isə dini azlıq nümayəndəsidir. Avropa İttifaqı Avropa daxilində
güclü
anti-diskriminasiya qanunlarının
yayılmasına rəvac versə də, bu nisbətən
yeni və maliyyə resursları az olduğu üçün lazımi nəticə vermir. Potensial zərər
çəkmiş şəxslər zəif dəstəklənir, çünki bərabərlik siyasətinin, orqanların və QHT-
lərin gücü azdır. Ayrı-seçkiliyin qurbanları ənənəvi miqrasiya ölkələrində daha
çox qorunur və dəstəklənirlər (Kanada və ABŞ Avstraliya və Yeni Zelandiyadan
daha yaxşı nəticə göstəriblər). Demək olar ki, MİPEX-də təmsil olunan bütün
ölkələr etnik, irqi və dini diskriminasiyanı qanunla qadağan edilmişdir. Anti-
diskriminasiya siyasəti üzrə ən uğurlu nəticələr Kanada (92/100), ABŞ (90/100),
Bolqarıstan (89/100), Portuqaliyada (88/100), ən aşağı nəticələr isə İslandiya
(5/100), Yaponiya (22/100), Türkiyədə (26/100) qeydə alınmışdır.
İndi isə
Cədvəl 6-də
təqdim olunmuş məlumat vasitəsilə MİPEX üzrə 1-ci
yer tutmuş İsveçə daha yaxından nəzər salaq.
ETNİK-MƏDƏNİ MÜXTƏLİFLİYİN QORUNMASI VƏ
MULTİKULTURALİZM SİYASƏTİNİN ÖLÇÜLMƏSİ
333
Dostları ilə paylaş: |