ETNİK-MƏDƏNİ MÜXTƏLİFLİYİN
QORUNMASI VƏ
MULTİKULTURALİZM SİYASƏTİNİN ÖLÇÜLMƏSİ
327
3. Təhsil;
4. Səhiyyə;
5. Siyasi iştirakçılıq;
6.
Daimi məskunlaşma;
7. Vətəndaşlığa qəbul;
8. Anti-diskriminasiya.
Hər siyasət istiqaməti üzrə isə 4 ölçü əsas götürülür. Göstəricilərlə
Cədvəl
4-də
tanış olmaq olar.
Dövlətlərin inteqrasiya siyasətlərinin mövcud ehtiyaclara cavab verib-ver
-
mədiyini müəyyənləşdirmək üçün MİPEX-in 2014-cü il üçün nəticələrinə nəzər
salmaq lazımdır.
Müəyyən olunmuşdur ki, Aİ-da təxminən 20
milyon sakin
(və ya əhalinin 4%) qeyri-Aİ vətəndaşıdır. 2014-cü ildə qeyri-Aİ vətəndaşların
məşğulluq səviyyəsi orta hesabla 6 bal azalaraq 56,5%-ə çatdığı halda, onların
yoxsulluq və sosial təcrid olunma riskləri 4 bal artaraq 49%-ə çatıb ki, bu da Aİ
vətəndaşlarının səviyyəsindən iki dəfə çoxdur. Qeyri-Aİ immiqrantlarının (18-
64 yaşlı) 37%-i aşağı təhsillidirlər.
Miqrasiya haqqında ictimai rəy Aİ-da ölkədən-ölkəyə fərqlənir. 2012-ci
ildə Kipr, Macarasıtan, Litvada əhalinin 30-40%-i, Skandinaviya ölkələri, Nid
-
erland, Portuqaliya və İspaniyada əhalinin 80-90%-ə qədəri miqrantların bərabər
hüquqlara malik olduğunu düşünürdü. 2014-cü ilin tədqiqat nəticələrinə əsasən,
Aİ sakinlərinin 57%-i miqrasiyaya “mənfi münasibət” bəsləyir. (xüsusilə Baltik,
Mərkəzi və Cənub-Şərqi Avropa ölkələrində).
Miqrantların az olduğu və anti-miqrant əhval-ruhiyyənin yüksək olduğu
ölkələrdə (Estoniya, Latviya, Litva, Yaponiya, Mərkəzi və Cənub-Şərqi Avropa
- MIPEX-dəki orta balları 41/100) miqrantlar daha çox maneələrlə üzləşirlər.
Zəngin, çoxmədəniyyətli və demokratik ənənələrə sahib olan ölkələr isə miqrant
-
lar üçün bərabər hüquqlar və imkanlar təmin edir. Nümunə kimi Qərbi Avropa
(MİPEX orta balı 60/100) və ənənəvi miqrasiya ölkələrini (Avstraliya, Kanada,
Yeni Zelandiya, ABŞ - orta balı 67/100) göstərə bilərik. Amma siyasi iradə bir
ölkənin miqrasiya ənənəsindən daha çox əhəmiyyət kəsb edə bilər. Hərtərəfli
inteqrasiya siyasəti miqrantların daimi məskunlaşmasını və ictimaiyyətin onlara
daha çox güvənməsini təmin edə bilər.
Cədvəl 5-də
göstərildiyi kimi, 2014-cü ilin nəticələrinə əsasən, MİPEX
üzrə miqrant siyasətinin ən uğurlu dövlətləri İsveç, Portuqaliya, Yeni Zelandiya,
MULTİKULTURALİZMƏ GİRİŞ
328
Finlandiya olduğu halda, ən sərt miqrasiya siyasəti həyata keçirən ölkələr Türki
-
yə, Latviya, Kipr, Litva və Slovakiyadır.
Dostları ilə paylaş: