Dərslik Azərbaycan Dillər Universiteti Elmi Şurasının



Yüklə 16,97 Mb.
Pdf görüntüsü
səhifə51/175
tarix02.12.2023
ölçüsü16,97 Mb.
#137209
növüDərslik
1   ...   47   48   49   50   51   52   53   54   ...   175
1 Multikulturalizmə giriş 2019

3.3.3. 
Dini mətnlər
İslam etiqadına görə, bəzi peyğəmbərlərə Allah tərəfindən Cəbrayıl 
mələk vasitəsi ilə müqəddəs mətnlər göndərilmişdir. Bu müqəddəs mətnlərin 
bəziləri kitab, bəziləri isə səhifələr şəklində olmuşdur. Kitab şəklində olan 
müqəddəs yazılar bunlardır: “Tövrat”, “Zəbur”, “İncil” və “Quran”. “Tövrat” 


MULTİKULTURALİZMƏ GİRİŞ
110
Musaya, “Zəbur” Davuda, “İncil” İsaya, “Quran” isə Məhəmməd peyğəmbərə 
göndərilmişdir. 
Müsəlmanlar inanırlar ki, “Qurani-Kərim” son ilahi kitabdır. Həmçinin 
Məhəmməd peyğəmbərin ən böyük möcüzəsidir. Çünki “Quran” ədəbi dilinin 
mükəmməlliyi, bənzərsiz üslub xüsusiyyətləri və ehtiva etdiyi üstün hikmətləri 
ilə digər kitablardan seçilir. İslam mənbələrinə görə, “Quran” Məhəmməd 
peyğəmbərə vəhy yolu ilə 23 il ərzində tədricən nazil olub. 
“Oxumaq” mənasına gələn “Quran” 114 surədən, yəni bölümdən ibarətdir. 
Hər surə isə ayələrə bölünür. “Quran”ın ən uzun surəsi Bəqərə (286 ayə), ən 
qısası isə Kövsər surəsidir (3 ayə). 
Müsəlman alimləri “Quran”ı izah və şərh edən bir çox təfsir (ərəb 
dilində “açıqlamaq”, “bəyan etmək” mənasına gəlir) əsəri qələmə almışlar. 
Təfsir kitablarında surə və ayələrin nazil olma səbəbləri araşdırılır, qrammatik 
və semantik təhlilləri aparılır, həmçinin hədislər, tarixi məlumatlar və əqli 
mühakimələr əsasında onların mənaları izah olunur. 
Qədim Quran nüsxəsindən fraqment. IX əsr.
“Quran”dan sonra İslam dininin ikinci əsas mənbəyi hədislərdir. Hədis - 
Məhəmməd peyğəmbərin kəlam və davranışlarını, eləcə də ətrafındakı insanların 
hərəkətlərinə göstərdiyi münasibəti ifadə edən termindir. Şiə məzhəbinin 


111
DÜNYA DİNLƏRİ 
ardıcılları Məhəmməd peyğəmbərin qızı Fatimə və on iki imamın kəlam və 
davranışlarını da hədis olaraq qəbul edirlər. 
İslamın ilk dövrlərindən etibarən müsəlman alimləri, daha dəqiq desək, 
hədisçilər Məhəmməd peyğəmbərlə bağlı çoxsaylı rəvayətləri toplayaraq onları 
sistemləşdirmiş, hədis məcmuələri tərtib etmişlər. Məcmuələrdə yer alan hədis 
mətnlərinin əvvəlində ravilər, yəni hədisləri nəql edən şəxslərin adları yaşadıqları 
dövrə görə sıralama ilə verilmişdir. 
Hədisçilər Məhəmməd peyğəmbərlə bağlı rəvayətlərin etibarlılıq 
səviyyəsini müəyyənləşdirmək üçün ravilərin həyatlarından bəhs edən əsərlər 
qələmə almışlar. Müsəlman alimləri həmin bioqrafik xarakterli kitablara 
müraciət edərək ravilərin üstün və zəif əxlaqi keyfiyyətlərini (məs.: yalançı 
və ya düz danışan olduqlarını) öyrənir, onların rəvayət etdikləri hədislərin 
doğruluğunu yoxlayırlar. Bununla yanaşı, hədis elmində hədislər etibarlılıq 
dərəcəsinə görə səhih, yaxşı, zəif, uydurma kimi müxtəlif kateqoriyalara 
bölünmüşdür.

Yüklə 16,97 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin