183
MİLLİ DİNLƏR
dində əsas tanrılar bunlardır:
cinalar, arixantalar və tirtxankaralar.
Onlar öz
nəfsi istəklərinə
qalib gələrək ilahi, pak şüur əldə edən şəxslərdir.
Bununla
yanaşı, Caynizmdə
“yakşi”
(kişi cinsindən olan tanrı) və
“yakşini”
(qadın
cinsindən olan tanrı) adlı tanrıların varlığı qəbul olunur.
“Vyantara”
(“gəzib-
dolaşan”) qrupuna daxil olan bu tanrılar ölçü və formanı dəyişdirmək kimi bir
sıra fövqəlqüvvəyə malikdirlər. Lakin
“yakşi”
və
“yakşini”
tanrıları da digər adi
ruhlar kimi, reinkarnasiya qanununa tabedirlər. Gördüyümüz kimi, Caynizmdə
tanrılar fövqəltəbii xarakter daşımırlar, onlar da adi insanlar kimi doğulur və
ölürlər.
Etik prinsiplər
Caynizmin məqsədi sonsuz doğulma zəncirindən xilas olma yolunu
göstərmək, eyni zamanda ruhu yanlış davranış, düşüncə və sözlərdən dolayı
yaranmış mənfi təsirlərdən qorumaqdır. Buna nail olmaq üçün “üç cavahirat”
Dostları ilə paylaş: