29
“MULTİKULTURALİZMƏ GİRİŞ” FƏNNİNİN PREDMETİ VƏ ƏHƏMİYYƏTİ
fərqli olaraq deduktiv metod vasitəsilə alınan nəticə ehtimal xarakterli deyildir.
İnduksiya kimi deduksiya da tədqiqat metodu olmaqla yanaşı müəyyən
məntiqi forma kimi də çıxış edir. Bu özünü deduktiv əqli nəticədə göstərir. Deduktiv
əqli nəticədə təfəkkür ümumi müqəddimədən (ilkin verilən həqiqi müddəa) xüsusi
müqəddiməyə tərəf yönəlir.
Deduktiv əqli nəticədən alınan yeni biliyin (nəticənin) həqiqi olması üçün
müqəddimələr həqiqi olmalıdır və məntiqin qaydalarına riayət edilməlidir. Əgər
müqəddimələr həqiqi müddəalardan ibarətdirsə və düzgün təfəkkürün qaydalarına
riayət
olunursa, alınan nəticə həqiqi olacaqdır.
“Multikulturalizmə giriş” fənnində induktiv metod kimi deduktiv metodun
da istifadə sahəsi genişdir. Bu metod vasitəsilə həqiqiliyi müəyyən edilmiş ümumi
müddəalardan məntiqi yolla yeni həqiqi müddəalar əldə olunur. Məsələn, etnik-
mədəni müxtəlifliyin multikulturalizm siyasəti vasitəsilə tənzimlənməsinin
vacibliyini əsaslandırarkən bir çox tədqiqatçılar tərəfindən həqiqi müddəa
kimi qəbul olunmuş müasir dövrdə ictimai inkişafda mədəniyyətin aparıcı rol
oynaması ideyasına istinad etmək olar.
Analiz və sintez
Analiz (
yunan dilindən tərcümədə - təhlil, bölmə, ayrıma
) – tədqiq
olunan obyektin xəyalən tərkib elementlərə bölünməsini
nəzərdə tutan bir
tədqiqat metodudur. Analiz tədqiqatçıya obyekti tərkib hissələrə bölməklə onun
mahiyyətini dərk etməyə imkan verir. Analiz vasitəsilə tədqiq olunan obyektin
strukturu, tərkib hissələri, onların arasındakı münasibət müəyyənləşdirilir. Bir
məntiqi əməliyyat olaraq analiz hər bir elmi tədqiqatın tərkib hissəsi kimi özünü
göstərir. Tədqiqatçı tədqiq olunan obyektin quruluşunu, tərkibini, funksiyalarını,
əlamətlərini, eləcə də əlamətlər arasındakı əlaqələri öyrənmək məqsədini
güdəndə analiz elmi tədqiqatın birinci mərhələsini təşkil edir. Analiz ümumi
dərketmə prosesinin hissi idrak mərhələsində özünü büruzə verir.
Ümumi
dərketmə prosesinin nəzəri mərhələsində analiz özünü əqli yaxud məntiqi təhlil
kimi göstərir.
Analiz vasitəsilə tədqiq olunan obyektin bütün tərkib hissələri
öyrənildikdən sonra dərketmə prosesinin
sintez
adlanan növbəti mərhələsi gəlir.
İnduksiya deduksiyaya əks olduğu kimi,
analiz də
sintezə
əks olan
MULTİKULTURALİZMƏ GİRİŞ
30
metoddur. Əgər analiz tədqiq olunan obyektin xəyalən tərkib elementlərə
bölünməsini nəzərdə tutursa, sintez (
yunan dilindən tərcümədə- birləşmə
) bu
elementlərin fikrən bütövə birləşdirilməsini nəzərdə tutur.
Sintez analizə əks olsa da, o, sonuncunun davamı kimi çıxış edir. Sintez
tədqiq olunan obyekti bütövlükdə öyrənir. O, bütövün elementlərini necə gəldi
birləşdirmir. Sintez nəticəsində hissələr bütövə müəyyən bir mühüm cəhət
əsasında birləşdirilir. Analiz və sintez metodlarının əhəmiyyətini Azərbaycan
Respublikasının multikulturalizm siyasətinin timsalında göstərmək olar.
Azərbaycan Respublikasının multikulturalizm siyasətini
öyrənərkən əvvəlcə
analiz metodu vasitəsilə bu siyasətin əsas elementləri (istiqamətləri) müəyyən
edilir, hər bir element (istiqamət) ayrı-ayrılıqda nəzərdən keçirilir, onlar
arasında əlaqə nəzərə çarpdırılır. Sonra isə sintez metodu vasitəsilə Azərbaycan
Respublikasının multikulturalizm siyasətinin tərkib hissələri haqqında toplanan
məlumat bir yerə cəmləşdirilərək bu siyasət haqqında bütöv bilik əldə olunur.
Dostları ilə paylaş: