31
“MULTİKULTURALİZMƏ GİRİŞ” FƏNNİNİN PREDMETİ VƏ ƏHƏMİYYƏTİ
əlamət (abstrakt təfəkkürə malik olmaq) götürülür və nəhayət abstraktlaşdırma
metodu vasitəsilə insanın digər canlılarda da müşahidə olunan əlamətləri kənara
qoyulur.
Ümumiləşdirmə
Ümumiləşdirmə elə bir metoddur ki, onun vasitəsilə bir neçə obyektin
ümumi cəhətləri bir məfhumda birləşdirilir. Məsələn, “udi xalqı”, “ingiloy xalqı”
və “xınalıq xalqı” məfhumları “alban xalqları” məfhumunda ümumiləşdirilir.
Obyektlərin ümumi cəhətləri onların analiz və müqayisə olunması nəticəsində
əldə olunur. Ümumiləşdirmə metodu xüsusi
məfhumdan ümumi məfhuma
doğru yönəlmişdir. Məfhumun ümumiləşdirilməsi bir məntiqi əməliyyat
kimi onun həcminin genişlənməsi, məzmununun isə daralması ilə xarakterizə
olunur. Bu əməliyyat eyni zamanda məfhumun konkretliyinin azalmasına
da səbəb olur. Məsələn, “müasir dövrdə Qərb ölkələrində multikulturalizm
siyasəti vasitəsilə cəmiyyətdəki etnik-mədəni müxtəlifliyin tənzimlənməsi”
məhfumunun ümumiləşdirməsindən alınan “Qərb ölkələrində multikulturalizm
siyasəti vasitəsilə cəmiyyətdəki etnik-mədəni müxtəlifliyin tənzimlənməsi”,
“
multikulturalizm siyasəti vasitəsilə cəmiyyətdəki
etnik-mədəni müxtəlifliyin
tənzimlənməsi” və s. məhfumlar məzmun və konkretlik baxımından verilmiş
məfhumdan kiçikdir. Lakin buna baxmayaraq yeni alınmış məfhumlar tədqiq
olunan obyektin mahiyyətinin aşkarlanması istiqamətində atılan mühüm bir
addımdır. Çünki yeni bir məfhumun mahiyyətini müəyyən edərkən atılan ilk
addım onun ümumiləşdirməsidir, yəni verilmiş məfhumun həcm baxımından
daha geniş məfhumun həcminə daxil edilməsidir. Məsələn, “multikultural
təhlükəsizlik” məfhumunu dərk etmək üçün biz ilk növbədə onu ümumiləşdirmə
metodu vasitəsilə həcm baxımından daha geniş məfhum olan “təhlükəsizlik”
məfhumunun həcminə daxil edirik. Bu isə bizdə “multikultural təhlükəsizlik”
məfhumu haqqında müəyyən fikrin yaranmasına səbəb olur.
Ümumiləşdirmə
metoduna əks olan metoda
məhdudlaşdırma
deyilir.
Məhdudlaşdırma – ümumi məfhumdan konkret məfhuma keçidə səbəb
olan məntiqi əməliyyatdır. Bu keçid verilmiş məfhuma müəyyən əlamətləri
əlavə etməklə reallaşır. Məsələn, “cəmiyyətdəki etnik-mədəni müxtəlifliyin
tənzimlənməsi”, “Qərb ölkələrində multikulturalizm
siyasəti vasitəsilə
MULTİKULTURALİZMƏ GİRİŞ
32
cəmiyyətdəki etnik-mədəni müxtəlifliyin tənzimlənməsi”, “Kanadada
multikulturalizm siyasəti vasitəsilə cəmiyyətdəki etnik-mədəni müxtəlifliyin
tənzimlənməsi”.
Dostları ilə paylaş: