Dərslik Azərbaycan Dillər Universiteti Elmi Şurasının


Multikulturalizmə kommunitarizm yanaşması



Yüklə 16,97 Mb.
Pdf görüntüsü
səhifə26/175
tarix02.12.2023
ölçüsü16,97 Mb.
#137209
növüDərslik
1   ...   22   23   24   25   26   27   28   29   ...   175
1 Multikulturalizmə giriş 2019

1.6. Multikulturalizmə kommunitarizm yanaşması 
onun nümayəndələri
Qədim və orta əsrlərdə ictimai kimlik ön planda idi. Həmin vaxt fərdi 
kimlik anlayışı həddindən artıq zəif bir anlayış kimi qəbul olunurdu. Artıq XX 
əsrdə müxtəlif mədəniyyətlərin dəyərli olduğu və mühafizə edilməsi haqqında 
düşüncələr multikulturalizm müzakirələrinin liberal və kommunitarian 
anlayışları ətrafında aparılmağa başlandı. Xüsusilə 1980-ci illərdən etibarən 
liberal multikulturalizmin atomist fərdiyyətçi anlayışına ciddi tənqidlər 
yönəldildi. Sırf fərdi azadlıqları önə çıxaran liberalizmin yetərsiz olacağı 
düşüncəsi kommunitarianizmin daha geniş şəkildə yayılmasına təkan verdi. 
Bu görüşə görə ilkin olaraq hər bir mədəniyyət orjinaldır və xüsusi mahiyyətə 
malikdir. Kommunitarianlar fərdi dəyərlər qarşısında qrup və kollektiv dəyərləri 
(community values) müdafiə edirlər. 
Kommunitarian multikulturalizmin məşhur nümayəndələri olan Çarlz 
Teylor, Maykl Uolzer, Alasdair Makintayr və başqaları liberalizmin insan təbiə
tini düzgün dəyərləndirmədiyini düşünürlər. Onlara görə, liberalizmin insanı 
cəmiyyətdən təcrid olunmuş fərd kimi görməsi səhv fikirdir. Kanadalı məşhur 
tədqiqatçı Çarlz Teylora görə, insanın kimliyi onun aid olduğu qrup daxilində 
formalaşır. Teylor Jan Jak Russoya istinad edərək digər insanlar ilə olan 
münasibətlərimizin dialoqa əsaslandığını və demokratik çərçivədə hər hansı bir 
cəmiyyətdə fərdi kimliklərin ictimai dialoqlar nəticəsində yarandığını iddia edir. 
Fərdi azadlıqlar üçün qrup təhlükəyə atıla bilməz və multikulturalizm siyasəti də 
fərdlərdən daha çox kollektiv hüquqlara istiqamətlənməlidir. Bu mənada Çarlz 
Teylor ortaya atdığı bu multikulturalizm modelini “tanınma siyasəti” (politics 
of recognition) adlandırır. Teylor tanınma siyasəti ilə müxtəlif mədəniyyətlərin 
siyasi müstəvidə tanınmasını və ədalətli bir şəkildə qəbul olunmasını vurğulayır. 
Onun fikrincə, multikulturalizm siyasəti “hərkəsə mənsub spesifik olanı tanımaq 
yoluyla” universal mənada hər kəsin bir kimliyi olduğu həqiqətinə hörmət etmək 
deməkdir. 
Bhixu Parex, Vil Kimlika və Çarlz Teylor kimi multikulturalizm 
nəzəriyyəçilərinə görə, insanlar iki növ hörmət və ehtirama layiqdirlər:
1. Hər bir fərd cinsiyyəti, irqi və etnik kimliyindən asılı olmadan fərd 
olaraq bərabərhüquqlu kimliyə malikdir;


47
“MULTİKULTURALİZMƏ GİRİŞ” FƏNNİNİN PREDMETİ VƏ ƏHƏMİYYƏTİ
2. Hər bir fərd daxilində yaşadığı qrupun 
norma və dəyərlərinə qarşı hörmət və ehtiram 
gözləyir.
Bu baxımdan insanlardan yalnız fərdi 
azadlıqları ilə kifayətlənmələrini tələb etmək 
düzgün deyil. Çünki fərdlər diskriminasiyaya 
məruz qalarkən eyni zamanda etnik və ya 
dini qrupa aid olduqları səbəbindən də bunu 
yaşayırlar. Məhz kommunitarian baxış tərzinə 
görə, fərdlər olaraq insan hüquqlarının 
qorunması və fərdlərin mədəni ictimai sferalara 
aid olması vacibdir. Bu səbəbdən də fərdi
etnik-mədəni mənsubiyyətindən ayrı düşünmək 
mümkün deyildir. Bu mənada liberalizmin dəstəklədiyi fərdiyyətçilik və etnik 
mənsubiyyətlərə skeptik yanaşma bütün qrupun yox olması ilə nəticələnə bilər. 
Alasdair Makintayr “Əxlaqın ardınca” adlı əsərində etik qayda və 
qanunların fərddən daha çox ictimai, toplu şüurda meydana gəldiyini vurğulayır. 
Kommunitarian görüşə malik olan Makintayra görə, qrup və cəmiyyətdən 
müstəqil şəkildə fərd özbaşına inkişaf edə bilməz. Bu mənada liberalizmin 
səhvi onun dünyanı yanlış təsvir etməsində deyil, daha çox onun arzuolunmaz 
dəyişikliklərə səbəb olmasında yatdığı iddia olunur.
Bu kontekstdə qeyd olunmalıdır ki, kollektiv hüquqularda fərdiyyətçiliyə 
yer verilməklə birlikdə bu fərdlərə daha çox kollektiv və ya qrup kimliyinin və 
məqsədinin daşıyıcıları olaraq baxılır. Qısaca olaraq fərd və qrup mübahisəsində 
fərdiyyətçilər fərdin qrup və ya kollektivdən daha əvvəl gəldiyini iddia edirlər. 
Qrup və ya kollektiv hüquqların ilkinliyinə inanlar isə hər bir fərdin bir qrup və ya 
kollektiv içində dünyaya gəldiyini və “mənliklərini” orada formalaşdırdığı üçün
qrupu fərdin var olma şərti olaraq irəli sürürlər. Bu məqam birbaşa eyni zamanda 
liberallar və kommunitarianlar arasında əsas müzakirə mövzusunu da təşkil edir.
Kommunitarian yanaşmasına görə, fərdlər cəmiyyət tərəfindən qəbul 
olunan sərhədləri aşdıqda ictimai həyatda xaoslar yarana bilir. Digər tərəfdən isə 
insanlardan sadəcə fərdi azadlıqları ilə kifayətlənmələrini istəmək ehtiyaclara 
tam cavab verməz. Məhz liberal demokratik baxış tərzi müxtəlifliyə universal 
insan hüquqları və azadlıqları çərçivəsində baxır. 
Çarlz Teylor


MULTİKULTURALİZMƏ GİRİŞ
48
Kommunitarian baxış tərzində şəxs fərdi səviyyədən (intimate plane) 
ictimai sfera (public sphere) səviyyəsinə keçir. Bu sfera kommunitarian sferadır. 
Bu mənada kommunitarianlara görə, hər bir fərd qrup və icma daxilində anadan 
olduğu üçün öz “mən” və kimlik anlayışlarını orada qazanır. Bu qrup anlayışına 
görə, fərd ictimai formalaşmanın daxilində var olur və “yaxşı həyat” anlayışını 
irs olaraq əldə edir. Parex və Teylora görə, liberalizm liberal olmayan qrupları 
və həyat tərzlərini qəbul etmir. Buna görə də Teylor müxtəlifliyə qarşı onları 
“fərqliliklərə kor” olaraq tənqid edir. 
Məşhur alman filosofu Yurgen Habermas liberal və kommunitarian 
multikulturalizmə dair dilemmanı belə ifadə edir: 
“Bir tərəfdə mədəni 
müxtəlifliyi əsas alan siyasət, digər tərəfdə isə fərdi hüquqların universallığına 
dair siyasət...“.
Habermas demokratiya və “konstitusional vətandaşlıq” ilə 
müxtəlifliklərə qarşı “fərqliliklərə kor” olmama tərzini birləşdirərək məsələnin 
həlli yollarını təqdim edir. Bu mənada Habermas fərdi azadlığın yolunun eyni 
zamanda qrupun bəzi hüquqlara malik olmasından keçdiyinə inanır. Nəticədə 
ona görə, fərdi kimliklərimiz daxilində yaşadığımız kommunitarian anlayış 
tərəfindən xarakterizə olunur.
Bu mövzuda Vil Kimlikanın görüşləri də əhəmiyyət kəsb edir. O, hesab 
edir ki, kommunitarian hüquqlara inanmanın məntiqi arxa planında fərdlərin 
yaşadıqları qrupun mədəniyyət anlayışından təsirləndikləri durur və fərdi razı 
salmanın yolu onun sahib olduğu mədəniyyəti nəzərə almaqdır. Kimlika fikrini 
belə tamamlayır: “Əgər qruplar öz daxillərində fərdlərə kifayət qədər azadlıq 
verirlərsə və ya ən azından fərdə istədiyi andan etibarən o qrupun yaşam 
tərzindən çıxma imkanı verirsə, bu məqsədəuyğundur“.
Müasir dövrdə qlobal dünyada fərqli multikultural anlayışlar mövcuddur. 
Məsələn, multikulturalizm deyildiyində daha çox milli azlıqlar və xaricdən gələn 
işçi qüvvəsi anlaşılır. Ancaq multikultural baxış tərzi demokratik dövlətlərdə 
birbaşa konstitusiyadakı vətəndaşlıq maddəsinə istinad edərək tənzimlənir. Belə 
ki, bir cəmiyyəti təşkil edən bütün fərdlərin və fərqli qrupların din, dil, irq və digər 
mənsubiyyət fərqi olmadan dövlət nəzdində bərabərhüquqlu olduğu, ölkənin 
ictimai resursları və imkanlarından bərabər şəkildə istifadə etdiyi, bu səbəblə də 
vətandaşı olduğu dövlətdə konstitusional vətəndaşlıq statusunu daşıyır. Xüsusilə 
bu istiqamətdə Yurgen Habermasın «konstitusional vətəndaşlıq» ideyası 
əhəmiyyət kəsb edir. O, “Vətandaşlıq və milli kimlik” («Citizenship and National 


49
“MULTİKULTURALİZMƏ GİRİŞ” FƏNNİNİN PREDMETİ VƏ ƏHƏMİYYƏTİ
İdentity») adlı məqaləsində mövzunu belə xarakterizə edir: 
«İsveç və ABŞ-dakı 
multikultural cəmiyyət nümunələri göstərir ki, konstitusional prinsiplərin içində 
yer aldığı siyasi hakimiyyət daxilində qətiyyən bütün vətəndaşların eyni dili, eyni 
etnik mənsubiyyəti yaxud eyni mədəniyyəti bölüşmələri məcburi deyil. Əksinə 
multikultural bir cəmiyyətdə siyasi strategiya, müxtəlif həyat anlayışlarının 
plüralizmini və inteqrasiyasını şüurlu şəkildə təşviq edən konstitusional 
vətəndaşlığa istinad edilməlidir».
Digər tərəfdən Habermasa görə, bu arqument 
kommunitarian kontekstdə həm etik relyativizmin, həm də etik doqmatizmin 
əleyhinə yönəlmişdir. 
Maykl Uolzer irqçi və nifrət ehtiva edən tendensiyaların multikulturalizmlə 
uzlaşmayacağını, bunlara tolerant yanaşmanın qeyri mümkünlüyünü 
vurğulayır. O, bu kontekstdə anti-demokratik proseslərə qarşı gəlməyi heç də 
multikulturalizmə qarşı olma mənasında başa düşülməməsinin vacibliyini ifadə 
edir. 
Yekun olaraq qeyd olunmalıdır ki, multikulturalizm kontekstində müxtəlif 
mədəniyyətlərin mövcudluğuna dair məsələlər liberal və kommunitarian 
anlayışlar çərçivəsində müzakirə olunur. Bu mənada multikulturalizmə 
kommunitarian yanaşma hər bir mədəniyyətin özünəməxsus dəyərlər sisteminə 
mənsub olduğu prinsipinə əsaslanır. Bu yanaşmanın tərəfdarları fərdin hər hansı 
bir mədəniyyət və ya kollektiv dəyərlər sisteminə sahib olmadan öz varlığını və 
inkişafını həyata keçirməkdə ciddi manelərlə qarşılaşacağını iddia edirlər. 


MULTİKULTURALİZMƏ GİRİŞ
50

Yüklə 16,97 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin