MULTİKULTURALİZMƏ GİRİŞ
84
“İncil”lə yanaşı, bu kanonik dini mətnlər də daxildir: “Həvarilərin işləri” kitabı,
Həvarilərin 21 məktubu və “Vəhy kitabı” (“Yəhyaya nazil olan vəhy”).
Bir çox tədqiqatçının fikrincə, Əhdi-Cədidə daxil olan dini mətnlərin əsl
müəllifləri bilinmir. Bu mətnlər qədim yunan dilində qələmə alınmışdır. Əhdi-
Cədidin günümüzədək gəlib çıxmış ən qədim əlyazma fraqmenti (Matta İncilinin
26-cı fəslinin bir hissəsi) bizim eranın 66-cı ilinə aid edilir. Bununla yanaşı,
dünyanın müxtəlif muzeylərində Əhdi-Cədidin II-III əsrə aid olan əlyazma
parçaları saxlanılır. Əhdi-Cədidin ən qədim tam əlyazma nüsxəsinin yaşı isə IV
əsrə gedib çıxır.
Kanonik Əhdi-Cədidlə yanaşı, çoxsaylı qədim apokrifik, yəni kilsə
tərəfindən tanınmayan və rədd edilən “İncil” nüsxələri mövcuddur. Apokrifik
“İncil”lər arasında bunların adlarının çəkmək mümkündür: “Həqiqət İncili” (II
əsr), “Məryəmin İncili” (II əsr), “Filippin İncili” (III əsr), “Yəhudanın İncili”
(III-IV əsrlər).
Dostları ilə paylaş: