Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi



Yüklə 31,99 Mb.
səhifə204/220
tarix27.11.2023
ölçüsü31,99 Mb.
#136637
növüDərs
1   ...   200   201   202   203   204   205   206   207   ...   220
[kitabyurdu.org]-Insan ve Heyvan Fiziologiyasi I hisse- Bakalavr hazirligi uchun derslik

382
Şəkil 8.9. 1.Statosit və ya makula. 2.Daraqcıqlı kanal.
Heyvanlarda bədənin, onun ayrı-ayrı hissələrinin (baş, qollar, ayaqlar və i.) fəza (məkan) vəziyyətləri haqqında sensor informasiyaları yaradan başqa tip müvazinət orqanı da formalaşmışdır. Bu, içərisi həlməşik maye ilə dolu kanaldır. Sensor hüceyrələr kanalın divarında daraqcıq formasında düzülən tükcüklərə malikdir, tükcüklər kanaldakı maye ilə təmasdadır, bədənin müxtəlif vəziyyətlərində mayedə əmələ gələn ehtizazlar kiprikcikləri əyir və qıcıqlandırır. Kanalda mayenin hərəkət surəti bədənin hərəkət surətinə müvafiqdir; bədən hərəkətləri surətli və ya yavaş olanda daraqcıq tükcüklərinin sinxron əyilmə dərəcələri də bundan asılı olaraq dəyişilir, bədən eyni surətlə hərəkət edəndə daraqcıq hüceyrələri əyri vəziyyətdən şaquli vəziyyətə keçirlər. Beləliklə, kanal tipli müvazinət orqanı daha çox hərəkətlərin bucaq təcilləri deteksiya etmək üçün uyğunlaşmışdır. Bu tip müvazinət orqanı onurğasızların, ancaq bəzi nümayəndələrində rast gəlinir.
Statosit aparatı ilk dəfə XIX əsrdə Avstriya morfoloqu və fizioloqu Kreydall xərçəngkimilərdə kəşf etmişdir. O dövrdən etibarən statosit tipli qravireseptor mexanizmlər cücülər istisna olmaqla onurğasızların bütün siniflərində aşkar edilmişdir. Cücülərdə statosit yoxdur, onlarda müvazinət hissi propriorespsiya sis-
383
temi ilə bağlıdır, cücülərdə dayaq-hərəkət aparatlarının bəzi hissi hüceyrələri həmən o statosit və ya kanal tipli müvazinət orqanlarının tükcükləri kimi qurulmuşdur. Burada ixtisaslaşmış sensor tükcüklər (sensillər) öz uclarında səthlər əmələ gətirir, bəzən də bir-birləri ilə qovuşaraq hissi sahənin sıxlığı və genişliyi artırır. Cücünün bütün ekzoskleti xərçəngkimilərdə və ya molyusklarda olan statosit kimi müvazinət sensor sistemi funksiyası daşıyır. Həşəratda öz bədəninin ən azacıq yerdəyişmələri, hərəkətlərinin sürət və təcili, havada və yerdə müvazinəti qravitasiya qüvvəsi hiss edən sensorlarla yanaşı olaraq fırlanma hərəkətləri deteksiya edən sensorlar da mövcuddur. İkiqanadlılarda bu funksiya arxa qanadların şəkildəyişməsi kimi əmələ gələn qantel formalı tükcüklü sensorlar daşıyır. Həşərat öz uçuşu zamanı tez-tez eniş və yoxuş hərəkətləri icra edir, uçuş istiqamətini dəyişdirdikdə o öz bədən oxu ətrafında fırlanma gərginliyi yaradır, sensorun qıcıqlanması baş verir.
Onurğalılarda əsas müvazinət orqanı yarımdairəvi kanallar və otolitdən (statositin analoqu) ibarətdir, onlar birlikdə vestibulyar aparat adlanır. Təkamül prosesində otolit orqanı ilbiz törəməsinəeşitmə orqanına mənşə vermişdir. Bütün bu mürəkkəb strukturlar labirint adı almışdır. Labirintin boşluqları membran zarları ilə örtüldüyünə görə ona membran labirinti də deyilir.
Otolit 2 kisəciyə (sakkulus və utrikulus) ayrılır, onlar da tükcüklü reseptor hüceyrələr makullarda qruplaşırlar. Kisəciklərə açılan yarımdairəvi kanalların genişlənmiş hissələri (ampulları) tükcüklü reseptor hüceyrələrdən ibarət daraqcıqlara malikdir.

Yüklə 31,99 Mb.

Dostları ilə paylaş:
1   ...   200   201   202   203   204   205   206   207   ...   220




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin