Amöbvari hərəkətlər. Protoplazmanın amöbvari və ya sitoplazmatik adlanan hərəkəti canlı varlıqların hərəkət fəallığının ilk növü hesab olunur.
Amöbvari hərəkət protoplazmanın axması və cüzi təzyiqə tərəf qeyri-fəal şəkildə yerləşdirilməsi və yalançıayaqlıların və ya psevdo podiylərin əmələ gəlməsi yolu ilə həyata keçirilir. Bu növ zəif hərəkət qidalanma və müdafiə davranışını təmin edir.
Kirpikçikli və qamçılı hərəkətlər. Bu növ hərəkət infuzor tərlik və bəzi kiçik canlıların hərəkətini, mayenin bağırsaq boşluqlularının və molyuskaların bədənində sirkulyasiya etməsini təmin edir.
Onurğalı heyvanlardan bir sıra balıqların qəlsəmələrində və bağırsaqlarında, quş və məməlilərdə əsas etibarilə tənəffüs orqanlarında, eləcə də qida və sidik cinsiyyət traktlarında olur. İnsanda titrəyişli epiteli burun boşluğunda alın və haymar boşluğu, troxeya və bronxlar, qadınlarda isə fallopiyev borusunun bir hissəsini əhatə edir.
İnsanın tənəffüs yollarının, məsələn, burun boşluğunun selikli qişasının kirpikcikli epitelisi toz hissəciklərini tutub saxlayır və
103 insan xaricə sutka ərzində 20-30 qr-a qədər toz ifraz edir. Tənəffüs yollarının bu normal fəaliyyətinin pozulması ağçiyərdə toz hissəçiklərinin toplanmasına və silikoz xəstəliyinə səbəb ola bilər.
Onurğasız heyvanlarda hərəkətin inkişaf etdirilməsi Substrata birləşmiş bağırsaqboşluqlular bədəninin xarici qatında olan (məsələn, hidra və aktiniyalar) dəri-əzələ hüceyrələrinin dəstələrini yığmaqla, üzmək qabiliyyətinə malik olan bağırsaqboşluqlular (meduzalar) bədənlərini yığmaqla hərəkət edirlər.
Soxulcanlar isə uzununa və halqavarı əzələlərin növbəli şəkildə yığılması ilə hərəkət edirlər.
Molyuskaların əksəriyyəti ayağın əzələlərin yığılmasının köməyi ilə başayaq molyuskalar isə reaktiv şəkildə olan hərəkət üsulundan istifadə edirlər.
Dərisitikanlıların isə ambulokoral sistemin əzələlərinin yığılması ilə hərəkəti həyata keçirirlər.
Torpaqdan ayrılma zamanı çəyirtkənin bədəninin sürəti 340 sm/s təşkil edir.
Müxtəlif həşaratların qanadlarının hərəkət tezliyi müxtəlifdir. Məsələn, arıda saniyədə 180-250, eşşəkarısında 130-240, ağcaqanadda 278-307 və milçəkdə 180-330, alabəzək kəpənəkdə 8, ağ kəpənəkdə isə 9-12 təşkil edir.
Onurğalıların daxili skeletinin oynaqlarında yaranan hərəkət müvafiq hərəkətlərin yerinə yetirməsinə yardım edən əzələ sistemi vasitəsilə həyata keçirilir.
Demək olar ki, yerdə gəzən bütün onurğalılar sürünənləri istisna etməklə ətrafların köməyi ilə hərəkət edirlər. Ayaqüstə durma aktında bədənin on və minlərlə əzələsi yaxından iştirak edir. Tarazlığı saxlayan antoqonist əzələlər xüsusi olaraq qarşılıqlı şəkildə fəaliyyət göstərirlər.
Su həyat tərzində yaşayan onurğalılar bədənlərini əyən, quyruq və üzgəclərini hərəkətə gətirən əzələlər ilə işləyərək, üzürlər. Bu hərəkətlər quruda yaşayan heyvanlarda üzmə, quşlarda havada
104 uçma ilə əlaqədar yaranan əzələ hərəkətləri ilə özünü göstərir.
Quşlarda uçuş zamanı qanadların hərəkəti əsas etibarilə döş (qanadı endirən) və körpücükaltı (qanadı qaldıran) əzələnin işi ilə həyata keçirilir.
İnsan gəzmək, qaçış və tullanma vasitəsilə hərəkət etmək qabiliyyətinə malik olur. Bu zaman qarşılıqlı şəkildə yığılmanın müxtəlif hərəkət aktları vasitəsilə həyata keçirildiyi əzələlərin mürəkkəb kompleksi fəaliyyət göstərir.
Beləliklə, birhüceyrəli heyvanlarda müdafiə reaksiyalarını təmin edən xüsusi yığılma strukturları, çoxhüceyrəli heyvanlarda isə ixtisaslı hüceyrələr insan və heyvanın bədəninin mühüm hissəsini təşkil edən əzələ sistemi formalaşır. Onurğasız heyvanlarda primitiv hərəkət saya əzələnin fəaliyyəti ilə təmin olunur. Ali məməli heyvanlar və insanlarda saya əzələlər daxili orqanların əmələ gəlməsində iştirak edirlər. Məsələn, insan və heyvanların bir sıra daxili orqanları bu növ anotomik quruluşa malik olurlar; mədə və bağırsaq, öd və sidik kisəsi, uşaqlıq borusu.
Saya və eninə zolaqlı əzələ hüceyrələrinin yığılma aparatı miofibrildən təşkil olunmuşdur.