Bazarın yaradıcılıqla seqmentləşdirilməsi. Beləki, böyük olmayan şirkətlər yalnız bazarın bir neçə seqmentinə fokuslana bilər, hansı ki, burada şirkət öz hazırlıq səviyyəsini və layiq olduğu imkanları daha yaxşı həyata keçirə bilər və eyni zamanda aparıcı rəqiblər ilə toqquşmadan qaçmaq imkanına malik olar;
ETTSİ-dən (elmi tədqiqat və təcrübə sınaq işləri) səmərəli istifadə. Belə ki, kiçik müəssisələr fundamental tədqiqatların aparılmasında böyük şirkətlər ilə rəqabət apara bilmədiklərinə görə, şirkət xərcləri azaltmaq üçün istehsal texnologiyalarını müasirləşdirmək məqsədi ilə elmi-tədqiqat və təcrübə sınaq işlərinə hədəflənməlidirlər;
“kiçik qalmaq”- uğurla fəaliyyət göstərən kiçik müəssisələr diqqətini məhsul satışının və yaxud bazarda payının artırılmasına deyil, gəlir əldə etməyə yönəldir. Bu zaman kiçik müəssisələr diversifikasiyaya deyil ixtisaslaşmaya çalışırlar;
“güclü rəhbər”. Belə şirkətlərdə rəhbərliyin təsiri şirkət üçün hzırlanmış strategiyanın çərçivəsindən kənara çıxır və şirkətin cari fəaliyyətinin idarə edilməsini əhatə edir.
4. Mütəxəssis strategiyası. Mütəxəssis öz fəaliyyətini bazarın bir və ya bir neçə seqmentinə hədəfləyir, yəni onu bazarda şirkətin payının keyfiyyət tərəfi maraqlandırır. Bu strategiya M.Porterin fokuslanma strategiyasına daha çox uyğundur. Şirkət “mütəxəssisi” təklif etdiyi məhsula görə bazar payı yüksək olsa da, eyni zamanda ümumilikdə o, “liderin arxasınca” strategiyasını da həyata keçirməlidir.
5.2. Rəqabət formalarının seçilməsinin müasir modelləri
1990-cı illərin əvvəllərində rəqabətli strategiyanın formalaşdırılması praktikasında klassik modellərdən istifadə edilməsi strateji menecmentin ünvanına yeni tənqidlər gəlməsinə səbəb oldu. Top menecerlər öz müəssisəsinin inkişafının əsas istiqamətləri kimi şirkətlərin sayının azaldılmasına, yenidən qurulmasına, restruktizasiyasına yönəldilməsi ideyalarını irəli sürüb həyata keçirməyə başladılar. Ancaq, bir neçə ildən sonra məlum oldu ki, müasir menecmentin bu istiqaməti perspektivsizdir. Beləki, şirkətin dayanıqlı inkişafı onun inkişaf strategiyasını formalaşdırmadan mümkün deyil. Müasir elm bu məqsədlə rəqabətqabiliyyətli strategiyanın formaladırılmasının bir neçə modelini təklif etdi. Onları daha ətraflı nəzərdən keçirək.
Dostları ilə paylaş: |