Məhsulların həyat tsiklinin mərhələləri
|
Biznesin gücü
|
Yüksək
|
Orta
|
Aşağı
|
İnkişaf
|
Marketinq vasitəsi ilə payı artır
|
Marketinq və ödəmələr vasitəsi ilə pay artır
|
Payı artırmaq
Dövr etmək
Çıxmaq
|
Artım
|
Marketinqə üstünlük verməklə bazar payını saxlamaq və yaxud artırmaq
|
Marketinq və ödəmələr vasitəsi ilə payı artırmaq
|
Dövr etmək
Çıxmaq
|
Yetkinlik
|
Marketinq və ya bəzi kəşflərin köməyi ilə əmlak payını saxlamaq və ya atırmaq.
Effektiv strategiya
|
Ödəmələr hesabına payın artırılması.
Seçmə ilə sıxışdırmaq
|
Çıxmaq
|
Azalma
|
Payı saxlamaq və yaxud payı artırmaq.
Seçib almaq
|
Seçimə ilə sıxışdırmaq
|
Çıxmaq
|
Şəkil 5.12. Məhsulun həyat tsikli vasitəsilə tipik strategiyalar
Artım mərhələsində şirkətin strategiyası biznesin hesabına bazar payıni saxlayır və əgər mümkündürsə bazar payı genişləndirilir. Öz növbəsində bu marketinq fəaliyyəti vasitəsinin üstünlüyünü hesabına mümkündür. Orta kateqoriyada bazar payının artırılması təxirəsalınmazdır, əgər şirkət məhsulun həyat tsiklinin sonrakı mərhələlərində maksimim gəlir əldə etmək istəyirsə, marketinq bu zaman əsas məqsədə nail olmaq üçün əsas şərt olaraq qalır. Ancaq perspektivdə digər amillər ilə də qarşılıqlı fəaliyyət mümkündür. Əgər kimin biznes gücü azdırsa bu tam mümkündür və gələcək dövrdə mənfəət əldə etmək üçün axırıncı imkandır.
Yetkinlik mərhələsində bazar daha qarışıq olur və məhsul istehsalının çeşidinin şaxələndirilməsi nəzərə çarpacaq dərəcədə azalır. Böyük biznes gücünə malik olan şirkətə bu mərhələdə bazar payını saxlamaq və gəlir əldə etmək vacibdir. Nəticədə, xərclərin azaldılmasına diqqət artırılır yəni, bu istiqamətlərə yeni ideyalar yönəldilir. Orta gücə malik olan şirkətlər üçün vahid yol kiçik şirkətlər vasitəsi ilə ödənişlər etməklə bazar payını artırmaq və yaxud şirkət bazarda gücünü geri çəkib, yeni vəsait qoyuluşunu azaldaraq ümümi biznesdən uzaqlaşmaq üçün yollar axtarmalıdır (alternativ strategiya deyil). Yuxarıdakı matrisada bu strategiya “qüvvələrin sıxışdırılması” kimi göstərilib. Biznes fəaliyyətində az gücə malik olan kateqoriyalı şirkətlər arasında özünü tapan şirkətin sahədən çıxması məqsədəuyğundur və bu zaman itkilərin minimum səviyyəyə salınmasına çalışmalıdır. Şirkətin məhsullar və xidmətlərinə olan tələbat azalmağa başlandığı andan monopolist siyasəti strukturlarının fəaliyyəti zəifləyir və onlardan gözləntilər azalır.
Şirkətin bazarda payının azalması məhsul satışı və mənfəətin daha aşağı olmasını göstərir. Belə situasiyada güclü şirkətlərin ən çox ehtimal olunan addımı, bazar payını bir sıra seqmentlər hesabına genişləndirməsidir. Orta və zəif gücə malik şirkətlərin isə gəlirlərinin azalması ehtimal olunduğu üçün, onların güclərini azaltmaq və yaxud bazardan çıxış prosesi daha məqbuldur.
Dostları ilə paylaş: |