5.4. Müəssisənin inkişaf tsiklinə müvafiq strateji modelin seçimi
Müəssisənin inkişaf tsikli. Müəssisələrin inkişaf tsikli- inkişaf və qeyri-sabitlik müəssisənin fəaliyyətinin müxtəlif mərhələlərində bir-birini əvəz etmə ardıcıllığıdır [92]. Hər bir müəssisə fəaliyyəti dövrüdə, heç olmasa ilk iki mərhələni keçir, bu zaman bu mərhələlərin bir çox amillərə görə hər bir müəssisə üçün müxtəlif olması təsdiq edilmişdir. Müəssisənin inkişafının hər bir mərhələsi müxtəlif keyfiyyət göstəricilərinə malik olduğuna görə, hər bir mərhələ üçün starateji təsir amilləri əsaslı fərqlənməlidir.
Müəssisənin tsikllər üzrə inkişafının müxtəlif formaları aşağıdakı sxemdə verilmişdir.
Sxem 5.2. Bazar iqtisadiyyatı şəraitində müəssisənin inkişafı tsiklinin mərhələ və formaları
I hal müəssisənin sürətli inkişafı və gözlənilməz zəifləməsinə (inkişafın aşağı düşməsi) uyğun gəlir. Bu bir məhsul istehsalı üzrə ixtisaslaşmış yeni, çox aqressiv müəssisələr üçün xarakterikdir.
II hal isə uzun müddətli (bəzən bir neçə onilliklər) inkişafa və ya inkişafın gözlənilmədən və sürətlə aşağı düşməsinə uyğundur. Məsələn, Chrysler çirkəti şirkət “ neft böhranı ” dövründə öz fəaliyyətini uğurla idarə edə bilmədi və sonra üzün müddət fəaliyyət göstərmək üçün mübarizə aparmışdı.Bu vəziyyət inkişaf tsikilinin qeyd olunan variantına aid olur.
III halda yaxşı idarə edilən şirkət tsiklinin üçüncü mərhələsinə (uzün müddətli inkişaf və qısa fasilə) çatmır, belə ki, artıq xoşagəlməz meyillərin yaranması hallarının əvvəlində vəziyyətini sürətlə stabilləşdirir, öz faliyyətinə yenidən baxır və inkişafın yeni mərhələsi başlayır. Buna misal olaraq İBM şirkətini göstərmək olar. Bu şirkət fərdi kompüterlərin istehsalına əvvəllər lazımı əhəmiyyət vermirdi, ancaq sonra yüksək intellektual potensiala malik olan şirkət bu sahədə aparılan işlərə qoşuldu və nəticədə fərdi kompyüter istehsalında dünyada ilk sıralara çıxdı.
Müəssisələrin inkişaf tsiklinin hər bir mərhələsində strateji planlaşdırmanın əsaslarını nəzərdən keçirək. Müəssisənin bir inkişaf tsiklindən digərinə keçidi xarici və daxili amillərin birgə toplumu üzrə müəyyən edilir. Bu problem nəzərdən keçirildikdə mütləq inkişafın dörd tsiklinin qarşılıqlı əlaqələrinə xüsusi fikir verilməlidir. Bunlara iqtisadi tsikl, sahə tsikli, müəssisənin (şirkətin) inkişaf tsikli və məhsulların həyat tsikli aid edilir. Aydındır ki, bütün bu tsikllərin hər biri milli iqtisadiyyatın inkişafının müəyyən səviyyəsinə uyğundur.