Cədvəl 5.2. İnkişaf strategiyası: Baza strateji alternativlər.
S/s
Strateji alternativlər
Elementləri
Sahə (sfera)
Əsas alətlər
1.
Bazarın intensivləş-dirilməsi
Məhsul,
Məhsul istehsalı
Bazar
Sahə daxili
Bazara daxil olma
Bazarın inkişafı
Coğrafi şərait
2.
Şaxələndirmə (diversifikasiya)
Sahibkarlıq sferası
Sahə daxili və kənar
Daxili inkişaf şaquli, üfiqi, yardımçı şaxələndirmə (diversifikasiya)
3.
Strateji alyans
Məhsul
Bazar
Sahibkarlıq sferası
Sahə daxili və ondan kənar
Əməkdaşlıq haqqında razılaşma birgə istehsal
4.
Xarici-iqtisadi fəaliyyət
Məhsul
Bazar
Sabibkarlıq sferası
Ölkə hüdudlarından kənar
İxrac
Xarici lisenziya-laşdırma
Birbaşa vəasit qoyuluşu
Alternativ 1. Bazarın intensivliyi Bazarın intensivləşdirilməsi müəssisənin gücünü bazarın uğurları və mövqeyinin möhkəmləndirilməsinə istiqamətləndirir. Bu vəziyyətdə aparıcı funksiya bütün strategiyaları qabaqlayan marketinq strategiyası olur. Bazarın intensifikasiyası, müdafiə və yaxud ekspansion ola bilər. Müdafiə metodu (mövqeyin saxlanılması) adətən qiymət metodu və qiymətə görə olmayan rəqabətin təsiri ilə məhsulun modelinin yenisi ilə əvəzlənməsi hesabına bazara müdaxilə etməsini özündə əks etdirir. Genişlənmə metodu (bazara müdaxilə, bazara daxil olma) məhsulun hərəkəti və bölüşdürülməsi sisteminə uyğunlaşmaqla yeni istehsalı özündə əks etdirir .
Bazarın intensivləşdirilməsi üç əsas metodla həyata keçirilə bilər.
1. Bazara nüfuz (müdaxilə). Bu aqressiv bazar fəaliyyəti istehsal olunan məhsulun satış həcminin artırılması ilə əlaqədardır. Buna daxildir:
İstehlak həcminin artırılmasının stimullaşdırılması (reklam, satışın stimullaşdırılması və s.);
Məhsulun istifadə sferasının genişləndirilməsi və buna uyğun olaraq istehlak həcminin artırılması;
Məhsulun qarışıq modifikasiyası. məhsulun həyat tsiklini yenisi ilə əvəz edilməklə uzadır (yetkinlik dövründə) və istehlak həcminin artmasını dəstəkləmək:
2. Bazarın inkişafı. Bu eyni zamanda bazarın yeni seqmentinə daxil olan köhnə və yeni məhsulların planlaşdırılmış markentinqidir. Bu aşağıdakı tipik vəziyyətləri özündə əks etdirir:
- hazır məhsul yüksək keyfiyyəti və ya yaxşı satış sisteminə görə bazarın başqa seqmentinə nüfuz edir.
- müəssisə yeni məhsullar ilə yeni bazarlara çıxır. Bu zaman bazarın həmin seqmentindən o rəqibləri sıradan çıxarır və yaxud rəqiblər ilə birləşərək daha yüksək keyfiyyətə malik, yüksək alıcılıq qabiliyyəti olan məhsul istehsalına başlayır.
3. Coğrafi genişlənmə. Bu aşağıdakı hallarda yeni coğrafi satış bazarlarına çıxmaq hesabına təmin edilir.
- vasitəçilərin yeni məhsullarının köməyi ilə satış üzrə öz imkanlarını genişləndirmək, eyni zamanda məhsul bölgüsünün digər sxemi və özünün nümayəndəliyini açmaqla;
- başqa şirkətlərə məxsus olan müəssisələr ilə bağlanmış müqaviləyə əsasən öz istehsal fəaliyyətini həyata keçirmək.