Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 29 iyun 2021-ci IL f-300 saylı əmri ilə təsdiq edilmişdir baki- 2021



Yüklə 1,42 Mb.
səhifə78/109
tarix08.12.2023
ölçüsü1,42 Mb.
#138468
növüDərs
1   ...   74   75   76   77   78   79   80   81   ...   109
STRATEJİ MENECMENT (1)

Şəkil 6.9. Müəssisənin marketinq məlumat sisteminin prinsipial sxemi

Daxili məlumat altsistemi müəssisədə marketinq fəaliyyəti üçün uçot sisteminə əsaslanır. Müəssisənin hər bir struktur bölmələri istehsal olunan məhsulların sifarişçiləri müəyyən növ məhsulların (malların) satış, istehsal xərclərinin həcmi və s. haqqında məlumatları toplayır. Müəssisədə onun bütün struktur bölmələrinin giriş icazəsi olan məlumatlarının işlənilməsi (təhlili) mərkəzlərinin yaradılması məqsədəuyğundur. Bu altsistemin çıxışında alınan məlumatlar müəssisədə operativ qərarların qəbul edilməsində və eyni zamanda planlaşdırma və nəzarət prosesində istifadə edilə bilər.


Marketinq araşdırmaları (kəşfiyyat) müəssisənin ətraf mühitində baş verən dəyişiliklər haqqında məlumatları mütəmadi yeniləməli, sistemləşdirərək saxlamalı və məhsul istehsalın və satışının təşkilində müntəzəm istifadə etməlidir. Bu altsistem müxtəlif mənbələrdən - müəssisənin əməkdaş-ların, sifarişçilər, alıcılar, rəqiblərdən və s. daxil olan məlumatlar əsasında yaradılır. Bu formada məlumatların toplanması və işlənilməsi üçün ən səmərəli və etibarlı vasitə kompüter şəbəkəsi ola bilər.
Marketinq tədqiqatları altsistemi mütəxəsislərin iştirakı ilə xüsusi marketinq tədqiqatlarının aparılmasını nəzərdə tutur.
Bu altsisteminin əsas vəzifələri kimi aşağıdakıları qeyd etmək olar:

  • Müəssisənin marketinq fəaliyyətinin problemlərinin aşkar edilməsi və qeyd olunması;

  • Müəssisədə matketinq fəaliyyəti sferasında tədbirlərin layihələndirilməsi, inkişafı və qiymətləndirilməsi;

  • Müəssisənin marketinq fəaliyyətinin monitorinqi və nəzarəti;

  • Təhlilin aparılması və bazar imkanlarının qiymətləndirilməsi;

  • Rəqibləri, istehlakçılara təqdim edilən məhsulları öyrənmək və təhlil etmək;

  • Qiymətləri təqib etmək və araşdırmaq;

  • Müxtəlif növ məhsulların satış həcminin təhlili;

  • İstehlakçıların alıcılıq niyyətlərini, onların müəyyən məhsul növünə olan maraqlarını, müəssisənin məhsullarının reklamı və qiymətləri müntəzəm tədqiq etmək və proqnoz­laşdırmaq.

Müəssisədə marketinq tədqiqatlarını müəssisənin istənilən elmi-tədqiqat bölməsi və yaxud müvafiq ixtisasa malik olan kənar təşkilatlar apara bilər.

Yüklə 1,42 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin