Kafedra: Xüsusi texnologiyalar və avadanlıqlar
Fənn: Maşınqayırmanın alət təminatının müasir problemləri
SƏRBƏST İŞ № 2
Mövzu: Metalkəsən alətlərin layihələndirilməsi. Alətlərin layihələndirilməsinin ümumi məsələləri.
Qrup: M561aDS.
Fakultə: Xüsusi Texnika və Texnologiya.
İxtisas: Maşın Mühəndisliyi.
İxtisaslaşma: İnteqrasiya olunmuş və komputerləşdirilmiş dəzgah sistemləri.
Tələbə: Hacıyev Sərvin.
Metalkəsən alətlərin layihələndirilməsi ümumiləşdirilmiş sxem üzrə aparılır. Əsas ilkin verilənlərə məmula olan texniki tələbat, avadanlıq və tələb olunan məhsuldarlıqdır. Sxemdə alətin layihələndirdikdə müxtəlif elementlərin əlaqəsi göstərilmişdir.
1. Alətin konstruktiv ölçülərinin hesablanması. Alətin konstruksiyasından və təyinatından asılı olaraq bu hesabat xüsusilik təşkil edir. Konstruktiv parametrlər konstruktiv fikirlər və ya movcud təcrübə əsasında təyin olunub nəzarət üçün ilkin olaraq cizgizi tərtib olunmalıdır. Mümkün olduğu halda hesabat kompüter vasitəsi ilə yerinə yetirilə bilər.
2. Kinematik həndəsi parametrlərin təyini və müəyyən edilməsi, alətin və dəzgahın kinematik parametrlərinin əlaqəsindən asılı olaraq təyin edilməlidir.
3. Kopirləmə və əymə metodu ilə səth formalaşdıran alətlərdə tələb olunan detalın formasını almaq üçün alətin kəsici tiyəsinin profillənməsi, yəni təyini. Bu zaman alətin kəsici tiyəsinin forma və ölçülərinə onun qabaq və arxa üzlərinin təsiri nəzərə alınmalıdır. Belə hallarda kəsici alətin profilini korreksiya hesabatı aparılır (şəkil 7.2).
4. Kəsici alətin və onunla bağlı köməkçi alətlərin möhkəmliyə və bərkliyə hesablanması, məsələ sağanağın hesablanması. Hesablama sxemi alətin növündən və iş şəraitindən asılı olaraq müəyyən edilir.
5. Universal və yarım universal (I və II qrup) alətlərin ölçülərinin və konstruktiv parametrlərinin hesablanması, kəsici hissənin ölçülərinin, işçi hissənin yerləşdirilmə (baza) və bərkidilmə səthlərinə görə vəziyyətinin müəyyən edilməsi.
Alətin ölçülərini təyin etdikdə iş prosesində alətin yeyilməsi və işçi hissənin ölçülərinin dəyişməsini, alətin hazırlanma dəqiqliyini və ölçülərinə verilən müsaidələri nəzərə almaq lazımdır. Alətin yeyilməsinə buraxıla bilən müsaidə alətin iş müddətinin daha çox olması məqsədi ilə mümkün qədər böyük qiymətdə götürülməsi məsləhətdir.
Hər bir müsaidə ayrı ayrı alətlər üçün emal şəraitindən asılı olaraq təyin edilir. Əgər toplanan müsaidələri təyin etmək çətin olduqda onları ümumi müsaidənin üçdə biri qədər götürürlər.
Alətin dəqiqliyini artırmaq üçün onu hazırladıqda, işlətdikdə nə nəzarət etdikdə bir bazadan istifadə edilir. Bəzi hallarda bir bazadan istifadə etmək mümkün olmadıqda emal, istismar və nəzarət zamanı başqa başqa bazalardan istifadə edilir. Məsələn quyruqlu alətləri hazırladıqda mərkəz yuvalarından, istismar zamanı quyruqda istifadə edilir. Belə halda alətin konstruktiv elementlərinə qoyulan müsaidələrə tələbləri daha da artırmaq lazımdır
MA ALS layihələndirmə alt sistemi layihələndirmə işlərini yerinə yetirmək üçündür. Hər bir layihələndirmə alt sistemi xüsusiyyətlərə malik olub müxtəlif xidmət alt sistemləri ilə işləyə bilər. Bütöv alətin layihələndirilməsi üçün olan layihələndirmə alt sistemi bütöv kəskilərin, dartıların, burğuların, rayberlərin, zenkerlərin, yiv və dişaçan alətlərin layihələndirilməsində istifadə edilir.
Konkret bir layihələndirmə alt sistemi işlədikdə kəsic alətlərin oxşar tiyələrinin növlərini qruplaşdırmaq lazımdır ki, eyni bir layihə-hesabat modulundan müxtəlif alətlər üçün istifadə edilə bilinsin
.
Yığma konstruksiyalı alətlərin layihələndirilməsinin alt sistemi (YMA ALS) yığım vahidlərinin və yığma konstruksiyalı alətin detallarının layihələndirilməsi alt sistemləri kimi işləyir. Bütöv alətin BMA ALS-si bir alətin layihələndirilməsi, yığma alətin YMA ALS-si alətin bir neçə detalının layəhələndirilməsi və daha sonra yığma alətin tərtibi üçün nəzərdə tutulur. Aydındır ki, BMA ALS ilə YMA ALS fərqlidirlər.
Metalkəsən alətin hazırlanma texnoloji prosesinin layihələndirilməsi alt sistemi (TP MA ALS) əsas istehsalın bir məmulu kimi metalkəsən alətin mexaniki emal ilə hazırlanma texnologiyasının ona uyğun texnoloji sənədlərin marşurut və əməliyyat xəritəsi və eskizlərinin hazırlanması nəzərdə tutulmuşdur.
Alətin nizamlanmasının layıhələndirilməsi alt sistemi (NMA ALS) avtomatlaşdırılmış istehsalda proqramala idarə olunan (PİD), çox funksiyalı dəzgahlarda texnoloji prosesi yerinə yetirmək üçün standart və xüsusi alətlərin qruplarını formalaşdırır.
Alətin hazırlanması üçün istifadə edilən tərtibatların layihələndirilməsi alt sistemi (TMA ALS) dəzgahlar üçün nəzərdə tutulmuş tərtibatların layihələndirilməsi alt sistemindən (DT ALS) xüsusiliyi ilə fərqlənir.
Alət istehsal edən sahənin, sexin, zavodun layihələndirilməsi üçün nəzərdə tutulan alt sistem (SSZ MA ALS) müəyyən tip alətin istehsalını yerinə yetirən sahələrdə avadanlığın yerləşdirilməsi, sahənin planlaşdırılması və s. həll edir.
Metalkəsən alət istehsal edən çevik istehsal sisteminin layihələndirilməsi alt sistemi (ÇİS MA ALS) alt istehsal edən çevik istehsal sisteminin layihələndirilməsi funksiyasını yerinə yetirir.
Alətin cizgisi olmadan alət istehsal edən proqramla idarə olunan dəzgahlarda proqramın tərtibi alt sistemi (PİD MA ALS) dəzgahlarda proqram şəklində hesablanmış verilənlərin realizə edilməsidir.
MA ALS-nin xidmət alt sistemləri layihələndirmə alt sistemlərinin işinin yüksək texniki səviyyətə yerinə yetirilməsinə üçündür. Xidmət altsistemləri qrupu əsasən üç yerə ayrılır:
- Baza verilənlər (BV);
- Qrafik proqramları (Qrafik MA);
- Texnoloji proseslərin alət təminatının avtomatlaşdırılmış sistemləri (AAT TP).
Baza verilənlər bir neçə təşkilatın tələblərini yerinə yetirə bilən və kompüterdə emal edilə bilən verilənlərdən ibarətdir. Metalkəsən alətlər üçün baza verilənlərin formalaşdırılması aşağıdakı alt sistemlər realizə edilməsi məqsədə uyğun sayılır:
- BV NMA-normallaşdırılmış alətlər üzrə baza verilənlər;
- SSMA BV-sahə standartları üzrə yerinə yetirilənlər;
- XLMA BV-əvvəllər xüsusi layihələndirilən alətlər üzrə;
- TP MA BV-eyni tipli texnoloji proseslət üzrə hazırlanan alətlər;
- ASMA BV-anbarlarda saxlanılan alətlər;
- AİT BV-alət istehsalı tərtibatları üzrə;
- SSZ BV-alət istehsal edən sahənin, sexin, zavodun tipik layihələri üzrə;
- KA BV-koməkçi kəsən alətlər üzrə;
- PİD BV – alət istehsal edən proqramla idarə olunan dəzgahlar üzrə;
- İSBV MA- baza verilənlərin idarə olunma sistemi üzrə.
“Qrafika MA” alt sistemi alətin, köməkçi alətin,tərtibatın, marşurut və əməliyyat texnoloji xəritələrin, əməliyyat eskizlərinin, alət istehsal edən sahənin, sexin və zavodun planlaşdırılması sənədlərini işçi cizgi şəklində buraxılmasını təmin edir.
Müəsisələrdə layihələndirmə və xidmət alt sistemləri və eləcədə eyni qrup alt sistemləri arasında əlaqələndirici rolunu texnoloji proseslərin avtomatlaşdırılmış alət təminatı alt sistemi (AAT TP) yerinə yetirir.
Hər bir konkret hal üçün MA ALS-nin strukturunun formalaşdırılması çoxlu amillərdaə asılıdır: istehsal bölməsinin tipindən (sahə, sex, zavod), əsas məmulun növündən, istehsalın seriyalığından, məmulun nomenklaturasından, hesablama texnikasının xarakteristikasından və s.
Alət istehsalı sahəsi və ya böyük maşınqayırma müəsisəsi üçün MA ALS-ni işlədikdə ümumi struktura bütün alt aiatemlər qoşula bilər.
Maşınqayırma müəssisələri üçün struktur qısaldılır və baza verilənlərdən BV NMA, SSMA BV, XLMA BV, ASMA BV və həmçinin İSBV MA, AAT TP, “Qrafika MA” istifadə etməklə BMA ALS, YMA ALS, TP MA ALS alt sistemləri işlənilir.
Müəyyən olunmuş alət növü üzrə çevik istehsal sistemi layihələndirdikdə MA ALS strukturuna baza verilənləri NMA BV,SSMA BV, XLMA BV, ASMA BV həmçinin İSBV MA, AAT TP və “Qrafika MA” istifadə etməklə BMA ALS, YMA ALS, TP MA ALS, KMA ALS, NMA ALS, ÇİS MA ALS, PİD MA ALS alt sistemləri daxil edilir.
Kiçik zavodlarda alət sexləri bürolarında alt sistemlərin sayı iki-üçə qədər azaldılır. Belə halda metalkəsən alətin konstruksiya edilməsi (BMA ALS, YMAALS) və ya alətin konstruksiya edilməsi və texnoloji hazırlanması (BMA ALS, YMA ALS və TP MA ALS) məsələləri həll edilir.
Layihələndirmə və xidmət alt sistemləri iş prosesi zamanı bir biri ilə əlaqəni ayrı modullar vasitəsi ilə qururlar. Layihələndirmə və xidmət alt sistemlərin bir biri ilə əlaqəli variantı sxemi şəkil 7.7-də göstərilmişdir.
Detalın giriş parametrləri vasitəsi ilə alətin əsas parametrləri BMA ALS sistemi ilə müəyyən edilir: alətin parametrləri vasitəsi ilə NMA BV alt sistemi normallaşdırılmış alət, SSMA BV alt sistemi ilə sahə standartına uyğun alət, XLMA BV alt sistemi ilə əvvəl xüsusi layihələndirilmiş alət axtarılır.
Qeyd olunan alt sistemlərin vasitəsi ilə alət tapılarsa onda ASMA BV alt sistemi vasitəsi ilə anbarda alət axtarılır. Əks halda xüsusi kəsici alətin layihələndirilməsi və hazırlanması (TP MA ALS), dəzgah üçün proqramın yazılması PİD MA ALS) lazımdır. Əgər anbarda axtarılan alət olarsa onun anbardan verilməsi komandası alt sistem vasitəsi ilə verilir. Anbarda olmadığı halda ya onun hazırlanması və ya alınması üzrə komanda verilir.
0
İstənilən metalkəsən alət üçün layihələndirmə alt sistemi aşağıdakı atdıcıllıqla işlənir:
- Layihələndirmənin ümumi metodiki prinsiplərinin işlənməsi;
- Emal edilən detalın parametrlərinin yazılması;
- Metalkəsən alətin konstruktiv parametrlərinin hesablanması metodikasının tərtib edilməsi;
- Hesablanma metodikası üzrə sxemin işlənməsi;
- Proqram modulların funksiyasının və tərkibinin təyini;
- Alətin parametrlərinin hesablanması üzrə proqramın işlənməsi.
Yüksək effektli layihələndirmə sisteminin yaradılmısında əsas məsələlərdən biri alətin məlumat strukturunun düzgün təyin edilməsidir. MA ALS-nin alətin optimal konstruksiyanın təyin edilməsi pejimində işləməsi üçün aşağıdakı əlaqələr göstərilməlidir:
- fəzada ayrı ayrı elementlərin yeri və yerləşmə ardıcıllığı (məsələn, əsas və kalibirləyici kəsici tiyələr, quyruq və s.);
- funksional, parametrlərin qiymətini müəyyən edən (məsələn, alətin möhkəmliyini və bərkliyini təmin edən konstruktiv elementlərin parametrləri);
- xarici, alətlə emal edilən detalın qarşılıqlı əlaqəsinin xarakteri və şəraiti.
İlkin verilənləri xarici əlaqələr müəyyən edir. Kəsici alət kəsmə rejimi, istifadə olunan SYM, prosesin yerinə yetirildiyi avadanlıq və s. kimi müəyyən olunmuş şəraitdə işləyir.
Xarici faktorlar çox olduğuna görə qruplaşdırılır və əsas üç qrupa bölünür.
Birinci qrup emal edilən detalı xarakterizə edir və alətlə detalın əlaqələrini müəyyən edir. Bura aid edilir:
- Detalın materialının fiziki, kimyavi və mexaniki xüsusiyyətləri;
- Emal edilən detalın səthinin kələ kötürlüyü;
- Emal edilən səthin dəqiqliyi;
- Emal edilən detalın həndəsi forması;
- Detal üçün pəstah alınmasının metodu;
- Detalın əsas ölçüləri və kütləsi;
- əlavə verilənlər.
İkinci qrup faktorlar bir başa alətə aid olanlardır. Bura aid edilir:
- alətin konstruksiyasının xüsusiliyi;
- alətin əsas ölçüləri;
- alətin materialı;
- itiləmənin lazım olması;
- termiki emalın xüsusiyyəti və işçi səthə yeyilməyə qarşı örtüyün vurulması metodu;
- əlavə verilənlər.
Üçüncü qrup xarici faktorlara alətin istismar şəraiti aiddir:
- kəsmə rejimləri;
- istehsalın xarakteri;
- SYM növü və onun kəsmə zonasına verilməsi;
- Alətin davamlılıq müddətinin reqlamentləşdirilməsi;
- Yonqarın növü və kəsmə zonasından xaric olunması;
- Alətin istifadə olunduğu avadanlığın növü;
- əlavə verilənlər.
Yuxarıda sadalanan bütün amillər ilk növbədə alət materialının və həndəsi parametrlərun seçilməsinə təsir göstərir, onların sayı hər bir konkret hal üçün dəyişə bilər.
Layihələndirmə alt sisteminin tərkibi layihələndirilən alətin növündən asılıdır. Şəkil 8.1-də layihələndirmə alt sisteminin proqram modulları BMA ALS-zenker üçün verilmişdir.
“Dispeçer” proqramında əsas prosedur ilkin verilənlərin göstərilməsi, hesablama prosesinin yerinə yetirilməsi və prosedurların çağırılmasıdır.
“Material” proqramı detalın materialından və istehsalın şəraitindən asılı olaraq zenker üçün alət materialının seçilməsi prosedurudur.
“Diametr” proqramı zenkerin diametrinin və onun müsaidələrinin təyini üzrə prosedurdur.
“Həndəsə” proqramı zenkerin kəsici hissəsinin həndəsi parametrlərinin təyini prosedurudur.
“Qanov” proqramı qanovun dərinliyini və özəyin diametrinin təyini prosedurudur.
“Lent” proqramı lentin ölçülərinin və dişin eninin təyini prosedurudur.
“Profil” proqramı zenkerin qanovunun profilinin təyini prosedurudur.
“Quyruq” proqramı zenkerin quyruğunun seçilməsi və quyruğun və boyuncuğun elementlərinin ölçülərinin təyini prosedurudur.
“Uzunluq” proqramı zenkerin ox boyu ölçülərinin təyini prosedurudur.
“Çap” proqramı layihələndirmənin nəticələrinin çapıdır.
“Qrafika” proqramı zenkerin işçi cizgisinin çap olunmasını yerinə yetirir.
Göstərilən hər bir proqram ümumi proqramın tərkib hissəsinə daxil olan modul olub sərbəsr işləyə bilər, yəni sistemdən çıxarıla bilər və yerinə paramertlər yazıla bilər. Alətin proqram layihələndirilməsində modul prinsipinin tətbiqi istənilən tip alət üçün proqramın strukturunun genişləndirilməsinə, əlavəmodulların daxil edilməsinə imkan yaradır. Kompütürlə layihələndirmənin yekunu alətin işçi cizgisidir.
Dostları ilə paylaş: |