Təhsilin rasionalizmə əsaslanan modeli. Bu model, hər şeydən əvvəl gənc nəslin mövcud cəmiyyətin ehtiyaclarını ödəmək məqsədilə tələb olunan bilik, bacarıq, vərdiş və praktik qabiliyyət-lərin formalaşmasını təmin etmək üçün elə təşkilati formalardan istifadə olunmasını nəzərdə tutur ki, onlar mövcud dünyanın tələblərinə cavab verə bilsin. Bu model çərçivəsində yalnız elə mədəni dəyərlər mənimsədilir və ötürülür ki, onlar gənc nəslə asanlıqla mövcud ictimai strukturlara inteqrasiya olmağa imkan versin. Bu modelin müasir ideologiyasının əsasını sosial mühəndisliyin bihevioristik (bihavior – əxlaq, davranış) konsepsiyası tutur. Rasionalizmə əsaslanan modeldə yaradıcılıq, sərbəstlik, məsuliyyətlilik, fərdilik, təbiilik və s. kimi fəaliyyətlərə yer verilmir. Ona görə də, təhsil prosesinə, davranışa utilitarizm (eqoizmə, fərdiçiliyə əsaslanan cərəyan) ruhu gətirir və öyrədənə onun fəaliyyətinin dəyərlərini azaldan və mütəhərrik olmayan, təngə gətirən həyat tərzini məcburi qəbul etdirməyə çalışır. Bunun nəticəsində nəinki öyrənmənin, eyni zamanda tədris-təlim prosesinin də yaradıcı xarakteri müzakirə edilmir, proses səmərəliliyini itirir.