Vasitələr: qonq, hədiyyə (müvafiqdirsə, əşyanın özü);
Yarana biləcək problemlər: Səs-küy,
Mövzudan yayınmaq və yayındırmaq,
Vaxtın uzanması,
Təkrarlanma.
Müzakirə xəritələri Məqsəd:
Bu metoddan daha çox humanitar fənlərdə istifadə edilir. Müzakirə xəritəsi debat üçün hazırlıq rolunu oynaya bilər. Arqumentin təhlili şagirdlərə müzakirə olunan məsələ barəsindəki mövqeləri haqqında düşünmək imkanı verir.
Alqoritm: Mövzunu müəyyənləşdirmək; Mövzu ziddiyyətli yanaşmalardan istifadə etməyə imkan verməlidir.
Mövzuya dair problemin üzə çıxarılması, ziddiyyətli sualın qoyulması;
Mövqelərin müəyyənləşdirilməsi (fərdi);
Mövqelərin təsdiqi (mənbələrlə iş, arqumentlərin, fakt və sübutların tapılması);
Şagirdlər arqumentləri müəyyənləşdirirlər. Lehinə və əleyhinə arqumentlərin siyahılaşdırırlar;
Uyğun mövqelərin cütlükdə birləşdirilməsi, arqumentlərin təhlili, oxşar və fərqlərin üzə çıxarılması. Şagirdlər cüt-cüt işləyərək iki ən uzun lehinə və əlehinə siyahısı tərtib edir.
Hər bir cüt başqa cütlə birləşərək siyahıdakı bəndləri bir-birinə əlavə edirlər.
Sinif bu arqumentlər barəsində düşünür və lehinə, yaxud da əlehinə qərar qəbul edir.
Bir mövqelərin (cütlərin) qruplarda birləşməsi, arqumentlərin dəqiqləşdirilməsi.