Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin


Təlim materialının məzmunu



Yüklə 1,17 Mb.
səhifə331/435
tarix10.01.2022
ölçüsü1,17 Mb.
#113758
növüDərs
1   ...   327   328   329   330   331   332   333   334   ...   435
Pedaqogika I cild

14.1. Təlim materialının məzmunu
Təlim sisteminin əsas komponentlərindən biri təlim ma­te­ria­lı­nın məzmunudur. “Təlim materialının məzmunu” dedikdə şagirdə “Nə­­yi öyrətmək, nəyi aşılamaq lazımdır?”- sualına verilən düzgün ca­­vab başa düşülür. Onu təlim prosesinin məzmunu ilə qarışıq sal­maq olmaz. Müəllimin rəhbərliyi altında həyata keçirilən təlim pro­se­­sinin məzmununa müəllimin fəaliyyəti, şagirdlərin fəaliyyəti və tə­­lim materialının məzmunu daxildir.

Təlim materialının məzmunu özündə başlıca olaraq dörd ele­men­­ti-biliklər sistemini, bacarıq və vərdişlər sistemini, yaradıcı fəa­liy­­yət təcrübəsini, münasibətlər sistemini əhatə edir. Bu dörd ele­ment qarşılıqlı münasibətə girərək bəşər təcrübəsinin zəruri hissə­si­ni özündə saxlayan təlim materialının məzmununu əmələ gətirir.

Hər bir tarixi dövrdə təhsilin məqsədi mövcud ictimai mü­na­sibətlərin xarakteri, konkret səviyyəsi və inkişaf perspektivləri əsa­sında müəyyən edilir. Həmin məqsədə nail olmaq üçün, hər şeydən əv­vəl, şagirdə verilməli bilik, bacarıq və vərdişlər, aşılanmalı mü­na­si­bətlər müəyyənləşdirilir. Təhsilin məzmunu onun qarşısında du­ran məq­sədə çatmaqdan ötrü vasitə yerində çıxış edir. Elmin sistemi, təh­si­lin məqsədi və şagirdlərin imkanları qarşılıqlı əlaqədə təhsilin məz­mununu müəyyən edir. Təlim təhsilin həyata keçirilməsi pro­se­si­dir (təhsilin həyata keçirilməsi texnologiyası kimi baxmaq olar), təlim materialının məzmunu ilə təhsilin məzmunu anlayışları ey­nigüclüdür.

Təlim materialı seçilib sistemləşdirilərkən aşağıdakılar nəzərə alı­nır:

1. Elmin tarixi inkişafında anlayış, qanun, prinsiplər hansı ar­dı­cıllıqla əldə edilmişdirsə, tədris fənnində də həmin ardııllıq əsasən göz­lənilir;

2. Tədris fənninin məzmunu elmin nailiyyətləri baxımından mü­əyyən edilir;

3. Tədris fənninin məzmunu şagirdlərin əqli inkişafı baxı­mın­dan formalaşdırılır.

Bir daha vurğulayaq ki, proqramların tərtibi prinsipləri ilə bağlı mütəxəssislər ara­sında yek­dil fikir yoxdur. Onları belə qruplaşdırmaq olar: 1) proq­ramlar pil­lə­lilik (konsentrik) prinsipi üzrə tətbiq olunmalıdır, şagirdlər aşağı si­nif­lərdə müəyyən məsələ haqqında ilkin məlumat almalı, yuxarı si­niflərdə isə həmin məsə­lə­ləri nisbətən dərindən öyrənməlidirlər; 2) proq­ramlar xətti prinsip üzrə tərtib olunmalı, bir məsələ şagirdə bir də­fə təqdim edilməlidir; ey­ni məsələni müxtəlif siniflərdə, müxtəlif sə­viyyədə öyrətməyə eh­ti­yac yoxdur; 3) proqramlar eklektiv (şa­gird­lərin qabiliyyəti və ma­rağı zəminində) prinsip üzrə tərtib olun­malı, bəzi fənlər qabiliyyət və marağa uyğun şəkildə, həm də dərin­dən öyrədilməli, digər fənlər könüllülük əsasında təqdim olunma­lı­dır; 4) proqramlar spiralvari strukturda olmalıdır; bunun xarakterik xü­su­siyyəti odur ki, şagirdlər başlanğıc problemi diqqətdən kənarda qoy­mur, onunla bağlı olan biliklərin dairəsini yavaş-yavaş (tədricən) genişlən­di­rir və dərin­ləş­dirir, burada konsentrik və xətti struktura xas olan fa­si­lələr yoxdur, biliklərin bir dəfə öyrənilməsi də baş vermir, on­ların daha geniş öyrənilməsi davam edir; 5) proqramlar qarışıq struk­turda tərtib olun­malıdır, bu struktur xətti, konsentrik və spi­ral­vari strukturların kombinasiyasıdır, hansı ki, bu kombinasiya təhsilin məz­mununu təşkil edən zaman manevr etməyə, onun ayrı-ayrı his­sə­lərinin müx­təlif yollarla ifadə olunmasına kömək edir.

Təlim materialının sistemləşdirilməsi zamanı biliyin çox­lu­ğu­na istinad etmək o qədər də doğru yol sayıla bilməz. Məsələ biliyin çox­luğunda deyil. Əgər bu biliklər şəxsi ağılın süzgəcindən keçərək qiy­mətləndirilməyibsə və işlənməyibsə, həmin biliklərin həcminin bö­yüklüyündən asılı olmayaraq, adam yaradıcı şəxsiyyət ola bil­mə­z.

Akademik A.X.Mirzəcanzadədən bir iqtibasa diqqət verək: “Nə­yi öyrənmək lazımdır? Burada yada bir latın ifadəsi düşür: çox şe­yi ancaq bir az (Multum, non multa), yəni kəmiyyət yox, key­fiy­yət. Elə yığcam bilik qazanmaq lazımdır ki, onu müxtəlif şəraitlərdə qə­rar qəbul edəndə tətbiq etmək mümkün olsun” .

Bilik qiymətli xəzinədir. Təlim materialının məzmunu bu xə­zi­nədən zəruri, “açar” roluna malik minimumu özündə ehtiva et­mə­li­dir. Başlıca, düşünən beynin gördüyü canlı işdir. Təlim materialı bu başlıcaya yönəlməlidir. Heroklitə görə, çox bilmək naşılar üçün müd­riklikdir. Əslində çox bilmək müdriklik olmasa da, avamlıq da de­yil, həm də çox bilmək başqalarının müdrikliyi hesabına qaza­nı­l­ı­r.

Antuan de Sent Ekzuperi yazır ki, orta səviyyəli, üçü çox çə­tin­liklə alan şagirdin təbiət qanunları və insanın varlığı haqqında De­kart və Paskaldan çox məlumatı var. Ancaq, məgər həmin şagir­din onlar kimi düşünmək qabiliyyəti varmı?

Bizim məlumatlarla zəngin əsrimizdə əsas sərvət necəliyindən ası­lı olmayaraq məlumat deyil, ağılın gördüyü canlı işdir. Məlumat ölür, ağıl və fikir yaşayır, ikişaf edir. Buna görə də təlim materialı elə məzmun və sistemə malik olmalıdır ki, bu inkişafa kömək edə bi­lə­cək nə varsa hərəkətə gətirilə bilsin. Təlim materialı şagirddə dü­şüncə qabiliyyəti ilə hazırcavablılığı birləşdirməyə kömək et­mə­li­dir. Bu iki keyfiyyət bir adamda birləşdikdə ecazkar bilik ən qiy­mətli, yeni bir keyfiyyəti-ağılı yaradır (Kant).

Təlim prosesində bilik, bacarıq və vərdişlərin for­malaş­dı­rıl­ma­sı onun, təlimin başlıca funksiyasıdır, təhsilləndirici vəzifəsidir. Tə­­lim materialının məzmunu bu funksiyaya xidmət etməlidir. Həm­çi­nin təlimin digər komponentləri kimi təlim materialının məzmunu tər­biyə və şagird şəxsiyyətinin inkişafı funksiyasına müvafiq gəl­mə­li­dir.


Yüklə 1,17 Mb.

Dostları ilə paylaş:
1   ...   327   328   329   330   331   332   333   334   ...   435




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin