Qoşulma cədvəli: real və nəzəri sıxlıqlar
Tələbə-
nin gələcək
peşəsi
|
Təhsildən razılığın dərəcəsi
|
Marqi-
nal sıxlıqlar
|
1
|
2
|
3
|
4
|
5
|
|
1.Polito-loq
|
14
20
|
20
30
|
31
20
|
30
25
|
5
5
|
100
|
2.Sosio-loq
|
30
40
|
40
60
|
60
40
|
60
50
|
10
10
|
200
|
3.Kultu-roloq
|
90
60
|
90
90
|
60
60
|
45
75
|
15
15
|
300
|
4. Filoloq
|
31
20
|
30
30
|
19
20
|
15
25
|
5
5
|
100
|
5.Psixo-loq
|
8
10
|
10
15
|
15
10
|
15
12.5
|
2
25
|
50
|
6. Tarixçi
|
27
50
|
110
75
|
15
50
|
85
62.5
|
13
12.5
|
250
|
Marqi-nal sıxlıqlar
|
200
|
300
|
200
|
250
|
50
|
N =1000
|
Statistik müstəqillikdən sapmanı müəyyən etmək üçün real və nəzəri sıxlıqların (statistik müstəqillik üçün) arasındakı fərqdən, yəni növünün müxtəlifliyindən istifadə etmək lazımdır. Dispersiyanın hesablanması üçün formulun tətbiqi halında olduğu kimi, bizə bu fərqin mütləq qiymətləri lazımdır, buna görə də onu kvadrata yüksəldirik. Bu kvadratı nəzəri sıxlığa bölürük, yəni normalaşdırırıq. Bununla da xananın həcmindən müstəqillik əldə olunur. Bütün xanalar həcmlərindən asılı olaraq bərabərhüquqlu olurlar. Sonra cədvəlin bütün 30 xanası üzrə bu sapmaları cəmləyirik və – kvadrat adlandırılan kəmiyyəti əldə edirik. Onun görkəmi belədir:
Bizim misal üçün bu kəmiyyət otuz üzvün cəmi kimi hesablanır:
Statistikada bu kəmiyyət onunla məşhurdur ki, – kvadrat bölgü qanunu adlandırılan bölgü qanununa malikdir. Buna görə də onun köməyi ilə çoxlu müxtəlif məsələ həll olunur, müxtəlif statistik hipotezlər yoxlanılır. Bizi hələlik ancaq əlaqə ölçülərini qurmaq üçün – kvadrat kəmiyyətinin istifadə olunması aspekti maraqlandırır. Bir əlaqə ölçüsü kimi kəmiyyətdən istifadə etmək heç də rahat deyildir, ona görə ki, onun qiyməti istənilən qədər böyük ola bilər və qoşulma cədvəlinin ölçülərindən asılıdır. – kvadrata əsaslanan əmsallarda olan fərq – kvadrat kəmiyyətinin müəyyən normaya salınmasından ibarətdir. Tez – tez istifadə olunan əmsallardan biri Pirsonun qarşılıqlı qoşulma əmsalıdır. O, aşağıdakı görkəmə malikdir:
,
burada N obyektlərin ümumi sayıdır. Bizim halda obyektlər humanitar tələbələrdir. Əvvəllər onların sayını 1000-ə bərabər olan n00 ilə işarə edirdik. Bizim məqsədlər üçün belə daha rahat idi, əlimizdəki halda isə nə ikili indekslərə, nə də ümumiyyətlə indekslərin olmasına ehtiyac yoxdur.
Əgər əmsalın qiyməti sıfra yaxın və ya sıfra bərabər alınsa, bu əlamətlərin statistik müstəqilliyini göstərir. Qiymətin kəmiyyətə yaxınlığı halı statistik asılılıqdan xəbər verəcəkdir. Əmsalın qiyməti belə şərtlərlə gəlib bizə çatmır, amma sosioloq üçün bunun heç bir prinsipial əhəmiyyəti yoxdur. Bizim qoşulma cədvəli üçün X2=125.6, qiymət isə C=0.33-dür. Yenə də belə qiymətin sıfırdan fərqinin əhəmiyyəti haqqında sual yaranır.
Dostları ilə paylaş: |