Dərslik Bakı 014 bbk 60. T 12


Dördüncü fəsildən çıxan nəticələr



Yüklə 2,78 Mb.
səhifə128/131
tarix10.01.2022
ölçüsü2,78 Mb.
#108327
növüDərs
1   ...   123   124   125   126   127   128   129   130   131

Dördüncü fəsildən çıxan nəticələr

1.Sosioloji tədqiqatlarda məlumatların analizinin məntiqi sxemi və ya məlumatların analizinin məntiqi – analizin ümumi strategiyası (yüksələn və ya alçalan) və məlumatlar analizinin əsas “dilinin” seçilməsi əsasında üzə çıxır.

2.Məlumatların analizinin “dilləri” və ya məlumatların analizinin metametodikaları əsasən tipoloji analizdən, səbəbiyyət analizindən, faktor analizindən ibarətdir.

3.Faktor analizini riyazi metodlar sinifi kimi və faktor analizini məlumatlar analizinin metametodikası kimi; səbəbiyyət analizini riyazi modellər (metodlar) sinifi kimi və səbəbiyyət analizini metametodika kimi; tipoloji analizi metametodika kimi və təsnifat metodlarını riyazi metodlar sinifi kimi fərqləndirmək vacibdir.

4.Hər bir metametodika (tipoloji analiz, səbəbiyyət analizi, faktor analizi) içində həm endogen, həm də ekzogen xarakterli anlayışların olduğu anlayış aparatına malikdir.

5.Endogen anlayışlar empirik interpretasiya olunmalıdırlar, onlardan bəziləri isə riyazi formalizasiya da oluna bilərlər, yəni onlara müvafiq formullar, qrafalar və s. qoymaq olar.

6.Məlumatların analizinin metametodikası kimi tipoloji analiz hər bir sosioloji tədqiqatda keçirildiyi üsuldan (statistik və ya humanitar) asılı olmayaraq praktiki olaraq baş verir.

7.Tipoloji analiz həm analizin yüksələn strategiyası, həm də alçalan strategiyası çərçivəsində istifadə olunur. Birinci halda onun köməyi ilə tipoloji sindromlar axtarılır, ikinci halda isə sosioloqun müəyyən etdiyi mənada tiplərin mövcudluğu haqqında hipotez yoxlanılır.

8.Məlumatların analizinin istənilən metametodikasını, o cümlədən tipoloji analizi həllərinin məntiqi eyni olan məzmunlu məsələlər sinfi kimi interpretasiya etmək olar.

9.Analizin alçalan strategiyası çərçivəsində tipoloji analizin keçirilməsinin mərhələləri aşağıdakılardan ibarətdir:

1).apriori tipologiyasının qurulması (keçirilməsi); 2) tipologiyanın obyektinin müəyyən edilməsi; 3) obyektlərin təsnif edilən məcmusunun formalaşması; 4) “tipologiyanın əsasları” anlayışının mümkün olan definisiyalarından birinin tətbiq edilməsi; 5) tipyaradan əlamətlərə müvafiq empirik indikatorların göstərilməsi; 6) empirik indikatorların xüsusiyyətlərinin analizi; 7) təsnif edilmiş əlamətləri formalaşdırmaq məqsədi ilə empirik indikatorların qarşılıqlı əlaqəsinin strukturunun analizi; 8) təsnifat əlamətlərinin formalaşması; 9) təsnifatın (bölünmənin) alqoritminin seçilməsi; 10) siniflərin interpretasiyasının prinsip və üsullarının müəyyən olunması; 11) ya siniflərin birləşdirilməsi, ya da ayrılması əsasında eynitipli obyektlər qrupunun formalaşdırılması; 12) lazım olanda tipoloji analizin əsas anlayışlarının təshih edilməsi və birinci mərhələyə qayıdış.


Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin