Dərslik Bakı 014 bbk 60. T 12


Sizin üçün ruslarla hansı qarşılıqılı münasibətlər münasibdir (dairəyə alın)?



Yüklə 2,78 Mb.
səhifə65/131
tarix10.01.2022
ölçüsü2,78 Mb.
#108327
növüDərs
1   ...   61   62   63   64   65   66   67   68   ...   131
Sizin üçün ruslarla hansı qarşılıqılı münasibətlər münasibdir (dairəyə alın)?

1. Nigah münasibətləri

2. Şəxsi dostluq

3. Qonşuluq

4. İş yoldaşı olmaq

5.Bir şəhərin, qəsəbənin, kəndin sakini olmaq

6. Bir dövlətin sakini olmaq

7. Müxtəlif dövlətlərin sakini olmaq.

Respondent belə sual təklif etməklə sosioloq aşağıdakı zəmindən çıxış edir. Əgər respondent hesab edirsə ki, rus kişi / rus qadınla nigah münasibətləri, qəbul oluna bilər, onda elə aşağıdakı sadalanan bütün münasibətlər (2, 3, 4, 5, 6, 7) də onun üçün qəbul oluna bilərlər. Əgər respondent üçün ancaq ilk üç qarşılıqlı münasibət qəbul olmayıb, «iş yoldaşı olmaq» münasibəti qəbuldursa, onda aşağıda sadalanan bütün qarşılıqlı münasibətlər (5, 6, 7) də qəbuldur. Belə modelə əsaslanaraq, yəni respondentin cavablarının belə ierarxik tabeçiliyi halında ruslara münasibətin qiymətləndirilməsini kifayət qədər sadə şəkildə müəyyənləşdirmək olur. Həmin qiymət respondentlər tərəfindən işarə olunmuş qarşılıqlı münasibət növlərinin sayına bərabər olur. Bütün növdən olan qarşılıqlı münasibətlərin qəbul edilməsi halında maksimal yaxşı münasibət yeddiyə bərabər olur. Qarşılıqlı münasibətlərin heç birinin qəbul edilməməsi halında minimal qiymət sıfıra bərabər olur.

Bizim məsələdə minimum yəqin ki, sıfırdan fərqlənəcəkdir.

Beləliklə, biz sosial istiqamətlənməni ölçmək üçün yeddi dərəcəli sıra şkalasını əldə etdik. Bu şkala sosial distansiya şkalası alandırılır. Müxtəlif millətlərə, irqlərə olan münasibətləri ölçərkən, belə münasibətləri müqayisə etmək və bununla da bir növ onların arasındakı distansiyanı müəyyən etmək imkanına malik olduq.

Boqardusun şkalası Laykertin şkalasına o mənada bənzəyir ki, burada da respondentə uyğun gələn balların (seçilmiş qarşılıqlı münasibət növlərinə görə) sayı haqqında qanuni olaraq danışmaq olar. Əgər biz, misal üçün ruslara qarşı münasibətdə üç tipoloji qrupu (yaxşı, neytral, pis münasibət bəsləyən) seçib ayırmaq istəyiriksə, onda biz bu tipoloji qruplar üçün ruslara münasibət qiymətinin dəyişməsi intervallarını yaratmalıyıq. Bu mənada Boqardusun şkalası da Laykertin şkalasına bənzəyir.

Nəhayət, ruslara qarşı münasibətlərə qrup qiymətlərin verilməsi ilə əlaqədar məsələni nəzərdən keçirmək vacibdir. Artıq bildiyimiz kimi, bu müxtəlif qrupların mümkün olan hər cür müqayisəsi üçün zəruridir. Sosioloq tədqiqatda bu cür müqayisə növü olmadan keçinə bilməz. Amma, biz sıra şkalası ilə iş gördüyümüz üçün, onda mülahizələr də Laykert şkalası halında istifadə edilən mülahizələrə analoji olmalıdır.

E.Boqardusun əsaslandığı iyerarxiyanın tabeçilik xarakterindən istifadə etmək ideyası 1940-cı illərdə Lui Quttman (L.Guttman) tərəfindən daha ümumi hal üçün genişləndirildi. O, sosial istiqamətləndirmənin qiymətləndirilməsi üçün şkaloqramlı adlandırılan analizi təklif edir. Bu yanaşmanı nəzərdən keçirməklə biz sosial istiqamətlənmənin ölçülməsi problematikasını başa çatlırmış olarıq.



Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin