Dərslik Bakı 014 bbk 60. T 12


-cü mərhələ. Şkala üçün «keyfiyyətli» mülahizələrin seçilməsi



Yüklə 2,78 Mb.
səhifə62/131
tarix10.01.2022
ölçüsü2,78 Mb.
#108327
növüDərs
1   ...   58   59   60   61   62   63   64   65   ...   131
4-cü mərhələ. Şkala üçün «keyfiyyətli» mülahizələrin seçilməsi.

Seçim zamanı vacibdir ki, seçilmiş mülahizələr çıxış şkalasını bərabər şəkildə örtmüş olsunlar. Bizim halda bu o deməkdir ki, ən azı doqquz mülahizəni hər bir mülahizə qalağından uyğun olaraq seçib götürmək lazımdır. Şkala üçün seçilən mülahizələrin sayı haqqında suala birmənalı cavab yoxdur. Hər şey tədqiqatın məqsədindən və bizim hansı sosial istiqamətlənməni ölçməyimizdən asılıdır. Əgər hazırlanmış şkala kütləvi sorğuda istifadə olunacaqsa, onda tədqiqatın instrumentarilərinə böyük sayda mülahizə daxil etməyə can atmaq lazım deyil.

Real olaraq seçim aşağıdakı şəkildə baş verir. Əvvəlcə median qiyməti «1-ə yaxın» olan mülahizə qrupunu seçirik və onların kvartil amplitudalarını müqayisə edirik. Tələb olunan şkalaya daxil etmək üçün minimal kvartil amplitudası olan mülahizələri seçirik, yəni elə mülahizələri ki, ekspertlər onların barəsində kifayət qədər yekdildirlər. Kvartil amplituda nə qədər kiçik olsa, mülahizə bir o qədər yaxşıdır. Burada kəmiyyət məhdudiyyətləri mövcuddurmu? Xeyr, mövcud deyildir. Daha sonra qalanları ilə də bu qaydada işləyirik.

Mülahizələrin seçimində bəzən belə bir tipdə xoşagəlməz situasiya yaranır ki, bu zaman qrupda ancaq bir, özü də böyük kvartil amplitudaya malik mülahizə olur. Nə etməli?

Hər şeydən əvvəl öndə gələn mərhələlərin tələblərini pozmaq lazım deyil ki, belə bir situasiya yaranmış olsun. Əgər o artıq yaranıbsa, mülahizəni diqqətlə analizdən keçirmək və belə bir suala cavab tapmaq lazımdır: nəyə görə bu mülahizə üzrə ekspertlərin yekdillik dərəcəsi aşağıdır və nəyə görə bu qrupda başqa mülahizələr yoxdur? Buna uyğun olaraq məsələnin həlli öz-özünə gələcəkdir. Bu bölmənin sonunda olan tipoloji tapşırığı yerinə yetirmək və bərabər görünən intervallar şkalasının qurulmasının bütün nüansları ilə tanış olun.

Şkalanın qurulması üçün yuxarıda təsvir olunmuş dörd mərhələnin reallaşdırılmasından sonra hesab etmək olar ki, şkala tədqiqatda istifadə etmək üçün hazırdır. Bizdə millətçilik haqqında mülahizələrin məcmusu və onların nüansları vardır. Bu sosial istiqamətlənməni ölçmək üçün lazım olan xətkeşdir. Bəs ayrıca götürülmüş respondentin sosial istiqamətlənməsini necə ölçmək olar? Bizim xətkeşi təşkil edən mülahizələr sorğu vərəqəsinin müxtəlif yerlərinə və dağınıq şəkildə qoyulur. Respondentə bu mülahizələrlə razılaşmaq və ya razılaşmamaq təklif olunur. Respondentin millətçiliyə münasibətini qiymətləndirmək üçün onun razılaşdığı mülahizələrin medianının qiymətlərini yazıb götürürük. Bu qiymətləri artan və ya azalan qayda ilə sıralayırıq. Onların banisi respondentin millətçiliyə münasibətini xarakterizə edir. Orta tendensiyanı axtarırıq. Belə tendensiyanın xarakteristikası median hesab olunur. Belə çıxır ki, biz medianların içindən median axtarırıq. Məhz həmin median respondent üçün sosial istiqamətlənmənin qiymətidir. Medianların ədədi ortasını da respondentin millətçiliyə qarşı münasibətinin qiyməti hesab etmək olar.

Nəhayət, belə bir sual yaranır: fərdi qiymətləndirmələrdən qrup qiymətləndirmələrinə necə keçmək olar? İstənilən ölçmə üsulunu nəzərdən keçirəndən sonra sosioloq bu sualı verir, ona görə ki, onun üçün müqayisəli kontekst birinci yerdə olunur. İlk baxışda qrupda sadə ədədi orta qiyməti hesablamaq təbii görünür, belə ki, sosial istiqamətlənmənin ölçüldüyü şkalada ölçmə səviyyəsi sıra səviyyəsindən yüksəkdir. Bizim məlumatlar rəqəmlərə bənzəyirlər, çünki biz bir respondentin istiqamətlənməsini başqaları ilə müqayisədə nə qədər / neçə dəfə az/çox olduğunu deyə bilərik. Qrupları təkcə ədədi orta qiymətlərinə görə müqayisə etmək olmaz. Sosial istiqamətlənmənin qrupda qiymətlərinin paylanmasının xarakterini xarakterizə edən başqa göstəricilər də zəruridir. Kitabın müvafiq bölməsində bu suallara qayıdacağıq. Bu gözəl prosedurun nəzərdən keçirilməsini sona yetirərək, onun məcmu qiymətlər şkalasının qurulması prosedurasından olan fərqinə diqqət vermək lazımdır. Sosioloq hər şeyə görə əziyyət çəkməlidir. Əgər yaxşı keyfiyyət lazımdırsa, onda buna nail olmaq çox zəhmət tələb edir.

Əgər sadəlik lazımdırsa, onda keyfiyyəti qurban vermək laxım gələcəkdir. Laykertin şkalasında yekun mülahizələrin yararlı olmasının yoxlanılması nəzərdə tutulmuş olsa da, hər halda Terstounun şkalasnıda bu yoxlama daha dəqiq və keyfiyyətlidir. Birinci halda toplama əməliyyatı nəzəri cəhətdən əsaslandırılmayıbsa da, ikinci halda biz heç bir pozuntuya yol verməmişik. Biz Laykertin şkalası ilə ölçmənin sıra səviyyəsini, Terstounun şkalası ilə isə metrik səviyyəsini əldə edirik. Bu şkalaları respondentin nöqteyi-nəzərindən müqayisə etmək lazımdır. Respondent üçün Terstoun şkalası daha bəsitdir, belə ki, ondan ancaq mülahizəyə razılıq və ya narazılıq reaksiyası tələb olunur.

Siz yəqin ki, fikir verdiniz ki, prosedura nə qədər mürəkkəbdirsə, iki proseduru: ölçməni və məlumatların analizini bir-birindən ayırmaq bir qədər çətindir. Hər şey qarışır, elə ölçməyə olan yanaşma empirik məlumatların analizinin üsulunu törədir. Psixoloqlar və sosioloqlar «diaqnostik prosedur», «diaqnostik metodika» terminlərindən istifadə edərkən, sosial fenomenlərin öyrənilməsinin yanaşmasının / istiqamətinin usulunu nəzərdə tuturlar. Bu qəbildən olan proseduralarda bu cür dolaşıqlar təbii hesab olunurlar. Bu terminlər sosial fenomenlərin öyrənilməsini test ənənələrindən başlanğıc göstəriblər.

Daha bir diaqnostik ənənəni nəzərdən keçirək. Söhbət, əvvəlki kimi, birölçülü şkaladan gedir. Bu ənənə spesifik ölçmə modelinə əsaslanır. Bu modelin çərçivəsində Boqardus və Quttmanın iki şkalasını nəzərdən keçirək. Birincisini sosial distansiya şkalası kimi adlandırmaq qəbul olunmuşdur.




Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin