2-ci mərhələ. Mülahizələrin qruplara bölünməsi.
Bu ən çətin məsələdir, çünki ekspertlər bütün mülahizələrin ayrı-ayrı qruplara ayırmalıdırlar. Qruplar nə qədər çoxdurlarsa, bir o qədər yaxşıdır. Terstoun eksperimental olaraq göstərdi ki, optimal qrupların sayı on birə bərabər olmalıdır. Amma bizim müşahidələrimiz göstərdi ki, ekspertlər bu sayda qruplarla işləyə bilmirlər; belə qrupların sayı az – məsələn, yeddi və ya doqquz olmalıdır. Kitabın bu bölməsinə aid tapşırığı yerinə yetirəndə siz özünüz bundan əmin olacaqsınız.
Mülahizələrin qruplara bölünməsi prosesində nə qədər çox ekspert iştirak edirsə, bir o qədər yaxşıdır. Mülahizələrin formalaşması işində iştirak edənlər də ekspertlərin sırasına qatılırlar. Mülaizələrin ekspert tərəfindən müəyyən sayda qruplara bölünməsi aşağıdakı qayda üzrə gedir. Birincisi və sonuncu qrupa daxil olan mülahizələrlə razılaşmaq millətçiliyə mənfi və müsbət münasibəti əks etdirir. Qalan mülahizələri isə sıra şkalasında birincidən tutmuş sonuncuya qədər bir növ «səpələyirlər». Fərz edək ki, söhbət doqquz dərəcəli şkaladan gedir. Birinci dərəcə - mənfi münasibətə, beşinci - neytral münasibətə, doqquzuncu - müsbət münasibətə müvafiqdir. Bu zaman ekspertlərə deyirlər ki, onlar elə bir situasiya təsəvvür etsinlər ki, bu zaman qruplar arasındakı məsafə eyni olsun. Buna görə də şkala bərabər görünən intervallar şkalası adlandırılır.
Əvvəlcə ekspert bütün mülahizələri (kartoçkaları) üç hissəyə bölərək düzür (elə düzülməlidir ki, bütün kartoçkalarda olan mətnlər görünsünlər). Daha sonra hər bir kartoçka qrupu ilə ayrıca işləyir. Nəhayət, kartoçkaları son dəfə nəzərdən keçirir ki, son «nöqtəni» qoysun. Beləliklə, ekspert mülahizələri doqquz, bir-birindən bərabər olan məsafədə duran «qalaq» şəklində düzməli və ya bərabər məsafədə duran «qutulara» yığmalıdır. Onların bəziləri boş qala bilərlər. Arzu olunur ki, belələri mümkün qədər az olsun. Buradan belə bir nəticə çıxardırıq ki, birinci mərhələdə sosioloq kifayət qədər çox sayda müxtəlif mülahizələr əldə etməlidir. Respondentlərin bizimlə razılaşması millətçiliyə olan münasibətin müxtəlif dərəcələrini əks etdirməlidir.
Bölmənin nəticələrini fiksasiya etmək üçün, məsələn, 30 mülahizə üçün 2.3.1 növlü cədvəli hazırlamaq lazımdır. İlk ekspet ilə işlətdikdən sonra cədvəlin xanalarında «plyuslar» görünür. Verilmiş cədvəldən belə nəticə çıxır ki, 1-ci mülahizəni birinci dərəcəyə, 2-ci mülahizəni dördüncü dərəcəyə, 29-cu mülahizəni yeddinci dərəcəyə aid edilmişdir.
İkinci ekspertlə işlədikdən sonra cədvəlin müvafiq xanalarında (əgər onlar boş idilərsə) yeni «plyuslar» peyda olur. Əgər xanada artıq «plyus» vardırsa, onda biri də əlavə ediləcəkdir. Bütün ekspertlərlə işlədikdən sonra cədvəldə ekspertlərin «davranışı» haqqında və mülahizələrin «davranışı» haqqında bütün informasiya toplanmış olur.
Dostları ilə paylaş: |