Quttmanın şkaloqramlı analizi
Bu ölçmə üsulu birölçülü şkalanın, sosial istiqamətlənmənin qiymətlərinin kontinuumunun mövcudluğu fərz olunmasında istifadə olunur. Siz bizim birölçülü şkalanmanı, hansı ki, sosioloq tərəfnidən öyrənilən sosial reallığın fenomenlərinin çoxölçülü, çoxfaktorlu, çoxaspektli olmasına görə məhdud istifadə olunur – nəzərdən keçirməyimizə görə - müəyyən dərəcədə narazılığınızı bildirə bilərsiniz. Buna belə cavab vermək lazım gələcək. Birincisi, «əlifbanı» öyrənmədən peşəkarlıq yaranmır, birölçülü şkala isə məhz elə «əlifbadır». İkincisi, mənim fikrimə görə, çox vaxt insan bir xətt üzrə həm görür, həm də düşünür. Bu xoşagəlməzdir, amma özünüzü müşahidə edin. Budur, məsələn, biz insanı onunla ilk görüşdə belə qiymətləndiririk. Əvvəlcə birölçülü olaraq «xoşagələn-xoşagəlməyən», «ağıllı-ağılsız», «gözəl-kifir» və s. Daha sonra onun keyfiyyətlərini bir növ toplayırıq və onun tam obrazı yaranır. Əlbəttə ki, bu sadələşdirilmiş modeldir, amma razılaşın ki, bu o qədər də yanlış deyildir. Üçüncüsü, birölçülüyə kifayət qədər tez-tez rast gəlmək olur. Məgər «konservator-radikal»; «beynəlmiləlçi-millətçi», «demokratizm-totalitarizm» və s. kimi qütbləri olan xətkeşlər ola bilməzmi?
Beləliklə, Quttmanın şkalasını hazırlayan zaman mülahizələrin iyerarxik məcmusunun mövcudluğuna əsaslanırıq. Respondentin bu mülahizələrlə razılığı /narazılığı onun istiqamətlənməsindən xəbər verir. V.A.Yadovun yuxarıda qeyd etdiyimiz kitabında [29, səh.109-112] əməyin təşkilinin yeni sisteminə qarşı münasibətin ölçülməsi misal gətirilir. Q.A.Satarov [30, səh. 880-883] isə kollektivdə sosial iqlimin öyrənilməsi üçün nümunə göstərmişdir. Quttmanın şkalası üç mərhələdə qurulur. «Yeni ruslar» fenomeninə olan münasibəti ölçmək üçün onları nəzərdən keçirək.
1.Müəyyən qayda ilə sıralanmış mülahizələri toplayırıq. Bizim misal üçün praktiki olaraq bir o qədər də çox mülahizə fikirləşib tapmaq olmaz. Bu eyni dərəcədə başqa sosial istiqamətlənmələrə də aiddir. Mülahizələri A, B, Q, D, E ilə işarə edək. Məsələn:
A. «yeni ruslar» - ağıllı, işgüzar adamlardırlar
razıyam (1) razı deyiləm (0)
B. «yeni ruslar» - ən ləyaqətsiz adamlardırlar
razıyam (o) razı deyiləm (1)
V. «yeni ruslar»ın mənəvi prinsipəri yoxdur
razıyam (o) razı deyiləm (1)
Q. «yeni ruslarsız» Rusiyanın gələcəyi yoxdur
razıyam (1) razı deyiləm (1)
D. «yeni rusların» meydana çıxması Rusiya üçün lazım idi
razıyam (1) razı deyiləm (0)
E. «yeni ruslar» ancaq bandit və juliklərdən ibarətdirlər
razıyam (0) razı deyiləm (1)
Siyahını uzatmaq olar. Laykert şkalasında olduğu kimi, bu məcmuda da mülahizələrin iki tipi vardır. Birinci tipin A, Q, D mülahizələri ilə razılıq və B, V, E mülahizələri ilə narazılıq «yeni ruslarla» qarşı pozitiv münasibətin olmasından xəbər verir. Hər iki halda respondent bir bal alır. Respondentin yığa biləcəyi maksimal balların sayı mülahizələrin sayına (6), minimal sayı sıfra (0) bərabərdir. Bu zaman heç də vacib deyildir ki, birinci tip mülahizələrin sayı ikinci tip mülahizələrin sayı ilə üst-üstə düşsün. Mülahizələri həm də neqativ münasibətə əsaslanaraq yürütmək olur, yəni «yeni ruslara» neqativ münasibətin dərəcəsini ölçmək olar.
Bu misalda mülahizələrin parlaq ifadə olunmuş sıralanması yoxdur. Şkalanın qurulmasının növbəti iki mərhələsi mülahizələrin məcmusunda sıralanmağın mövcudluğunu yoxlamağa imkan verir.
2. Həcmcə çox da böyük olmayan pilotaj tədqiqat aparılır. Respondentlərə təklif olunur ki, mülahizələrlə razı olduqları və olmadıqlarını qeyd etsinlər. Fərz edək ki, biz cəmi 9 respondenti sorğuya tutmuşuq. 2.3.3 cədvəlində onların cavabları təqdim olunmuşdur. Birinci tipdən olan A, Q, D mülahizələri ilə razılıq plyus və ikinci tipdən olan B, V, E mülahizələri ilə narazılıq minus ilə işarə olunmuşdur.
Bütün sorğulanların mülahizələrə verdikləri balları (+) hesablayırıq. Onlar 2.3.3 cədvəlinin yekun sətirində təqdim olunublar. Cədvəlin son sütununda respondentlərin topladıqları ballar göstərilmişdir. Əgər mülahizələrin məcmusu ciddi iyerarxik şəkildədirsə (Boqardusun şkalasında olduğu kimi), onda bu balları «yeni ruslara» qarşı münasibətin qiymətləri kimi qəbul edə bilərik. Amma belə əminlik bizdə hələ yoxdur. Biz ayrıca götürülmüş repondentin cavablarının yekun iyerarxiyası– E>A>Q>B>D>V- ilə nə qədər uzlaşdığını bilmirik.
Dostları ilə paylaş: |