Həyat səviyyəsinə görə dövlətlərin ranjirlənməsinin nəticələri
Dövlətlər
|
A
|
B
|
V
|
Q
|
D
|
E
|
K
|
L
|
M
|
Həyat səviyyəsinin göstəricisi
|
6,5
|
7,0
|
6,5
|
5,9
|
4,6
|
5,9
|
4,5
|
5,9
|
4,5
|
Ranq
|
2,5
|
1
|
2,5
|
5
|
7
|
5
|
5
|
5
|
8,5
|
Bu cədvəldə ranjirlənmənin nəticələri həyat səviyyəsinin göstəricisinin qiymətinin azalması ardıcıllığı ilə təqdim olunmuşdur. Birinci yerə B dövləti çıxır. İkinci və üçüncü yerləri A və V dövlətləri bölüşdürürlər. Onların ranqı yerlərin toplanması (2+3) və 2-yə bölünməsi ilə müəyyən olunur, yəni (2+3):2=2,5. Dördüncü, beşinci və altınca yerləri üç dövlət (Q, E, L) bölüşdürürlər. Ranq hər üçü üçün uyğun olaraq bərabər alınır, belə ki, bu qayda ilə hesablanır: (4+5+6):3=5. Yeddinciyə ancaq bir dövlət (D) namizəddir, səkkizinci və doqquzuncu yerləri iki dövlət (K və M) bölüşdürür. Onların ranqı 8,5-ə bərabərdir, çünki belə hesablanır – (8+9):2=8,5.
Təbii olaraq bir sual yaranır: bütün bunlar indi nəyə lazımdır? Bizim əlimizdə kəmyyət göstəriciləri vardı, biz isə keyfiyyət göstəricilərinə keçdik və bununla da ölçmənin səviyyəsini pisləşdirdik. Hər şey düzgündür. Nə qədər qəribə olsa da, sosioloq hətta metrik şkala situasiyasında da çox vaxt ranjirlənməyə müraciət edir. Səbəbi isə budur ki, əqər elə həmin dövlətlərin ranjirlənməsini müxtəlif xüsusiyyətlər üzrə keçirsək, onda bir neçə ranjirlənmiş cərgəni öz aralarında uyğunluq dərəcəsinə görə müqayisə edərək, xüsusiyyətlər arasında olan qarşılıqlı əlaqə haqqında nəticə çıxarmaq olar. Bu zaman xüsusiyyətlər müxtəlif təbiətə, müxtəlif ölçü vahidlərinə, müxtəlif ölçmə səviyyələrinə malik ola bilərlər. Burada ranjirləmə məlumatların analizinin bir üsulu kimi çıxış edir.
Belə bir situasiyanı təsəvvür edək ki, elə həmin 9 dövlət həm də onlarda olan işsizliyin səviyyəsinə görə ranjirlənirlər. Cərgələr arasındakı uyğunluğu öyrənərək, həyat səviyyəsi ilə işsizlik səviyyəsi arasındakı əlaqənin gücünü də müəyyən etmək olar. Sosioloq empirik material ilə müqayisəli kontekstdə işləyər və ranjirlənməyə keçid müqayisənin bir növ «dilini» tapmağa kömək edir. Elə bu dilin reallaşdırılması üçün riyazi formalizm, yəni əlaqənin ranq əmsalı adlandırılan şey mövcuddur. Siz bununla kitabın müvafiq bölməsində tanış olacaqsınız. Burada ancaq onu yada salaq ki, Laykert şkalasını təsvir edərkən biz uyğunluq ölçüləri haqqında artıq danışmışıq.
Birinci misala tamamilə zidd olan başqa bir misalı nəzərdən keçirək. «Nezavisimaya qazeta»da siyasi liderlərin nüfuzluluğunun reytinqləri çap olunur. Bu zaman üç siyasətçi tipi seçilib götürülür: ictimai siyasətçi, aparat siyasətçisi və regional siyasətçi. Fərz edək ki, ekspertlər siyasətçiləri üç xüsusiyyətə görə ranjirləyiblər. Birinci xüsusiyyət – ictimai siyasətçilərin nüfuzluluğu kimi nüfuzluluq (onların nüfuz mexanizmi ictimai çıxışlar, proqramlar, ideyalar ilə müəyyən olur). İkinci xüsusiyyət – aparat siyasətçilərinin nüfuzluluğu (onların nüfuz mexanizmi boyunlarına qoyulmuş vəzifələrin yerinə yetirilməsi, formal və qeyri-formal əlaqələr vasitəsilə həyata keçirilir). Üçüncü xüsusiyyət – region siyasətçilərinin nüfuzluluğu kimi nüfuzluluq (nüfuzun mexanizmi regionları himayə etməkdir). Üç ranjirlənmiş cərgəni müqayisə etməklə bu cərgələrdə olan ranqların uyğunluq dərəcəsini müəyyən etmək olar. Bu da xüsusiyyətlərin qarşılıqlı əlaqəsinin gücünü müəyyən etməyə və bununla da siyasi liderlərin reytinqini daha dərindən və dəqiq analiz etməyə imkan verəcəkdir. Bu misalda hər üç xüsusiyyətə görə ranjirləməni həm də siyasətçilərin nüfuzluluğunu ölçmək üçün, yəni ölçmə üsulu kimi interpretasiya etmək olar.
Nəhayət, yenə bir misal gətirək. Fərz edək ki, sosioloq narrativ və ya leytmotiv (yəni qeyri-formal) intervyu çərçivəsində əldə olunmuş mətnlərə əsaslanaraq insanların professional karyerasını tədqiq edir. Həm də bu zaman onu çox da böyük olmayan bir fraqment maraqlandırır – həyat yolunun məhz hansı xarakteristikalarının «müvəffəqiyyətlə baş tutan karyeranın» xarakteristikaları ilə daha sıx bağlı olduğunu öyrənmək. Bu tədqiqat məsələsinin həlli üçün böyük miqdarda respondentin olması şərti ilə ranjirləmədən istifadə etməyi təklif etmək olar. Bunun üçün ranjirləmə obyektlərinin məcmusunu formalaşdırırıq. Qoy bunlar professional qruplar olsunlar, yəni bütün mətnləri, peşələrə uyğun olaraq, ayrı-ayrı qruplara bölüşdürürük (onların sayı respondentlərin sayı qədər olacaqdır). Hər bir qrupda karyerası müvəffəqiyyətli olan respondentlərin (intervyunün mətninə əsasən) payını müəyyən edirik. Bu bizim üçün əsas xarakteristika, öyrənilən fenomendir və onu məqsədli əlamət adlandırmaq rahatdır. Analoji şəkildə bütün bizi maraqlandıran başqa xarakteristikalar üzrə respondentlərin payını müəyyən etdik, bizim tədqiq etdiyimiz şey məhz bu xarakteristikaların məqsədli əlamətə təsiridir. Xarakteristikalar respondentin mənşəyinə, onun həyatında olan imtiyazlara və s. aid ola bilərlər.
Daha sonra hər bir xarakteristika üzrə ayrıca olaraq, o cümlədən məqsədli əlamət üzrə də professional qrupların ranjirlənməsini keçiririk. Ranjirləmənin əsası məsələnin mövzusu olan xarakteristikaya malik insanların payını müəyyən etməkdir. Bununla da ranjirlənmiş cərgələri əldə etmiş oluruq. Onların əsasında xarakteristikaları müqayisə edirik və məsələnin axtarılan həllini tapırıq. Məqsədli əlamətə görə ranjirlənmiş cərgə ilə uzlaşan rangirlənmiş cərgəyə uyğun xarakteristikalar müvəffəqiyyətli karyera ilə bağlı xarakteristikalar hesab olunurlar. Uzlaşma dərəcəsi yenə də riyazi formalizm ilə müyyən olunur, məsələn, yuxarıda qeyd olunmuş ranq korrelyasiyası əmsalları ilə.
Bu məsələnin həllindən biz iki mühüm nəticə çıxardırıq. Birincisi – ranjirləmə analizin, tədqiqat məsələlərinin həlli üsuludur. İkincisi, mətn informasiyasının analizi üçün riyazi formalizm tətbiq oluna bilər. Bu kiçik məsələ kifayət qədər böyük həcmdə mətn informasiyasının olduğu vaxt kəmiyyət qiymətlərinin verilməsinin zəruriliyini və mümkünlüyünü illüstrasiya edir. Təbiidir ki, həcm çox da böyük olmayanda, belə zərurət yaranmır.
Beləliklə, sosioloq üçün zəruri bir prosedura kimi ranjirləmə empirik məlumatların analizinin metodologiyası çərçivəsində iki kontekstdə yaranır. Onlardan birincisi bilavasitə analizlə bağlıdır, bu zaman tədqiqatçı öz məqsədlərinə çatmaq üçün şərti desək birbaşa ranjirləmədən istifadə edir. İkinci kontekstdə isə ranjirləmə ölçmə üsuludur ki, biz bunun ətraflı şəkildə nəzərdən keçirilməsinə başlayırıq.
Dostları ilə paylaş: |