1-ci mərhələ. Ekspertlərin köməyi ilə mülahizlərin məcmusunun hazırlanması.
Fərz edək ki, tələbələrin millətçiliyə münasibətini bir sosial hadisə kimi ölçürük. Mülahizələrin «toplanması» prosedurası tədqiqat obyektindən (bizim halda obyekt tələbələrdir) və «millətçiliyin» mənasını başa düşməkdən asılıdır. Məsələn, millətçilik bir sosial hadisə kimi və ya millətçilik insan xarakterinin bir cizgisi kimi nəzərdə tutula bilər.
Bizim obyekt üçün mülahizələr məcmusunun formalaşması prosedurasını auditoriyada keçirmək məsləhətdir. Ekspet rolunda tədqiqat obyektinin müəyyən hissəsi, yəni tələbələr çıxış edirlər. Onların qarşısında elə mülahizələri «düşünüb tapmaq» məsələsi qoyulur ki, onlarla razılaşmaq /razılaşmamaq bir növ insanların «millətçiliyə» olan münasibətini göstərmiş olsun. Bir ifrat tərəfdən başlayaraq və digər ifrat tərəfdə qurtaran mülahizələr çox müxtəlif, yəni tam milli dözümlülükdən tutmuş aqressiv millətçiliyə qədər olmalıdır. Məsələn:
-millətçilik bu günün iyrənc hadisəsidir;
-millətçilik vətənə məhəbbət deməkdir;
-millətçilik və ziyalılıq bir araya sığmır;
-millətçilik mədəniyyətin inkişafı üçün stimuldur və s.
Ola bilsin ki, ancaq bir qrup tələbənin söylədiyi mülahizələr kifayət olmasın. Bu, tədqiqat obyektinin yekcins olmaması sayəsində baş verir. Çox ola bilər ki, humanitar elmlərlə məşğul olan tələbələr və təbii elmlərlə məşğul olan tələbələr mülahizələrin müxtəlif kompeksini təklif etsinlər. Güman etmirəm ki, belə situasiya bizim məsələdə mümkün olsun. Bununla belə, bu mülahizələrin məcmusunun formalaşmasında çox mühüm andır. Tədqiqat obyekti nə qədər bircinsli olsa, bir o qədər az ekspert tələb olunur. Başqa bir situasiyanın olması da mümkündür, bu zaman sosioloqun nöqteyi-nəzərindən mühüm olan bir sıra mülahizələr tələbə-ekspertin nəzərdən kənarda qalır. Təbiidir ki, sosioloq belə mülahizələri də ümumi mülahizə məcmusuna dacil edir.
Əəbiyyatda [29, səh.113-115] mülahizələrin və ekspertlərin zəruri sayı haqqında müxtəlif məlumatlar verilir. Onların sayı tələb olunan sosial istiqamətlənmənin (hansını ki, biz ölçürük) məzmunundan və tədqiqat obyektinin spesifikasından asılı olaraq müxtəlif ola bilər. Oriyentasiya üçün deyək ki, mülahizələr qrupu adətən 20-dən 30-a kimi, ekspertlərin sayı isə 30-dan 40-a kimi ola bilər. Mülahizələrin «toplanması» prosesində sosioloqu mülahizələrin kəmiyyətindən daha çox onların keyfiyyətcə fərqi maraqlandırır. O, bu prosesi idarə edərkən, növbəti mərhələnin məsələsini nəzərdə tutur.
Hər bir mülahizəni sosioloq müvafiq nömrəli ayrıca kartoçkaya (vərəqə) qeyd edir. Mülahizələr göstərir ki, mümkün olan mülahizələrin sayı kifayət qədər asanlıqla tükənir.
Dostları ilə paylaş: |